نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Xilafət köynəyini Osman geydi sonnat.net


Xilafət köynəyini Osman geydi

«Belə şuradan Allaha pənah aparıram: Mən haçan birinci şəxslərinin xilafətəhaqqı barəsində tərəddüddə olmuşam ki, bu gün şura üzvləri ilə bərabər sayılam? (Mən yenə də səbir yolunu tutdum və) özümü o quşlardan biri hesab etdim ki, ensələr enər, uçsalar isə onlarla birlikdə pərvaz edərdim.


 


O şurada üzvlərdən biri kin bəslədiyinə görə həqqdən döndü, digər birisi qəlbində olan başqa bir məqsədlə qaynına tərəf meyilləndi. O qrupdan olan üçüncü şəxs, şura nəticəsində xilafətə qalxdı. O, qarnını doldurub-boşaltmaq və ətrafını yuxarı çəkmək yolunda idi. Onunla yanaşı atasının övladları da qalxıb Allahın malını, baharın təravətli otlarını xoşlanaraq yeyən dəvə kimi, dolu ağızla yeyirdilər.


 


Bundan illər keçdi və üçüncünün də həyatının sonu gəldi. Sapları pambıq oldu. Əməlləri onun həyatına son qoydu».


 


Əllamə Şeyx Mуhəmməd Cavad Şərri «Vəhdət örnəyi – Əmirəlmöminin» adlı kitabında yazır:


 


Ömər Əlinin(я) fəqihliyindən bərk təəccübdə idi. Onun «Əli məsciddə olarkən heç kəs fətva verməməlidir» sözü buna sübutdur. Xəlifə siqhi məsələlərdə çoxlu səhvlər edir, Əli(я) isə ona düzəliş verirdi. O, dəfələrlə demişdi. «Əgər Əli olmasaydı, Ömər həlak olardı, « Ömər qarşıya çıxan müşküllərdə Əlinin(я) elminə olan ehtiyacının üstündən aşağıdakı sözlərlə pərdəni götürmüşdür: «Elə bir müşgülüm qalmadı ki, Əbulhəsən onu açmasın».


 


O cümlədən, yəni Xəlifənin Əliyə(я) nisbət təəccübündən biri də budur ki, bir dəfə Əli(я) onunla məsciddə oturmuşdur. Yanlarında da Mədinə camaatından bir neçəsi oturmuşdur. Əli(я) yerindən duran kimi bir nəfər onun barəsində danışmağa başladı və onun təkəbbürlü və xudpəsənd olduğunu söylədi. Ömər o adama dedi: «Kimin Əli(я) kimi təkəbbür etməyə haqqı vardır, Allaha and olsun, əgər onun qılıncı olmasaydı, heç vaxt islamın sütunu qalxmazdı. Bundan əlavə o, ümmətin qəzavətdə ən bilikli, ən şərəfli və sabiqəsi yaxşı olan fərdidir». O, adam Ömərə dedi: Ya Əmirəl-möminin, bəs nə üçün ona öz xilafət işində mane oldun? Ömər dedi: «Onun cavan və azyaşlı olduğuna və Əbdül Müttəlib övladını çox istədiyinə görə onu istəmədik».


 


Sözün xülsəsi budur ki, bütün bu etiraf və dəlillərdən, Əlinin(я) imamət məsələsinin qəti nəss olduğu əldə olunur. Lakin məsləhət düşünən cənablar və Səqifə bandasının başçıları islamın məsləhətini Allah və peyğəmbərdən daha çox fikirləşdiklərinə görə hər bir hiyləyə, o cümlədən, Əlinin(я) yaşı azdır, qorxduq ki, Qureyş onun xilafətinə tabe olmasın, Peyğəmbərdən(с) eşitmişik ki, nübuvvət və xilafət bir ailədə toplanmaz və bu kimi batil şeylərə əl ataraq elə bir iş gördülər ki, onun ən az səmərəsi islam cəmiyyətində böyük bir çat əmələ gəlməsinə səbəb oldu.


 


Yəqin ki, inşaallah, oxucular yazanı bağışlayarlar ki, bəzən cızıqdan çıxır. Lakin nə edim ki, bəzən elə sözlər deyilir ki, ya deyənin cəhalətindən xəbər verir, ya da axmaqlığımdan. Ona görə də yanıb-tökülərək deyirəm ki, bu sözlər hansı boğazdan çıxıbsa, o ya divanədir, ya da biganə. Amma yox, qəti şəkildə biganədir, çünki divanəyə sorğu-sual ki, yoxdur.


 


Ömər deyir ki, Peyğəmbərdən(с) eşitdim ki, buyurdu: Nübuvvət və imamət bir ailədə cəm olmaz. Məgər Peyğəmbər(с) Quranla müxalif olan söz deyər? Allah Təala özü Quranda buyurur:


 


وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلاَ تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ


 


(«ƏRAF», ayə 142)


 


«Musa, qardaşı Haruna dedi: Mənim qövmümdə mənim canişinim ol, islam yolunu tut və fasiqlərin yolu ilə getmə!»


 


Ürəyimin, surətlə şura məsələsini araşdırmaq istəməsinə baxmayaraq, burada cənab xəlifədən bir sual etmək üçün yeri münasib görürəm. O sual da budur: Hər iki firqə həmrəydir ki, Əlinin(я) Peyğəmbərin(с) besəti zamanı, ən azı 10 yaşı vardı. Bunun üstünə 23 il risalət günlərini gəlsək (13 il Məkkədə, 10 il isə Mədinədə) onda Peyğəmbərin(с) rihləti zamanı imamın 33 yaşı olmuşdur. Sizin dediyinizə əsasən, yaşı az olduğuna görə nəss müqabilində ictihad etdiniz və onu azyaşlı olduğuna görə kənarlaşdırdınız. Amma cənab Xəlifə dünyadan gedərkən, iki il nə qədər Əbu Bəkrin və 10 il nə qədər xəlifənin özünün xilafət dövrünü hesablasaq, Əli(я) təxminən 47 yaşı olmuşdur. Bir tərəfdən xəlifənin özü etiraf edir ki, Peyğəmbər(с) istəyirdi ki, onu seçsin mən mane oldum, yenə də deyir ki, heç bir müşkülüm qalmadı, hamısını Əbul Həsən açdı, etiraf edir ki, islam onun qılıncı ilə ayağa qalxmışdır və ümmətin qəzavətdə ən biliklisi ən yaxşı sabiqəsi alanı və ən ləyaqətlisidir.


 


İbn Abbasa deyir ki, sənin dostun Əlini məlum görürəm. Bəs xəlifənin nəzərində 47 yaşlı Əlinin yaşı yenə də xilafət mənsəbi üçün az idimi? Həqiqətdə onu kim məzlum etmişdi? İndi ki, özün gedirdin nə üçün xilafəti ona vəsiyyət etmədin? Niyə onu elə bir şuranın üzvü etdin ki, bilirdin, yaxud da şuranı elə düzəltmişdin ki, Əlinin(я) orada xəlifə seçilməyi absurd idi, bəlkə öldürülməli idi ya da ki, Osmanın xilafətinə tabe olmalı idi?


 


Ad
E-mail
*Mətn
Göndər