نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Osmana nifrətə səbəb olan əməllər sonnat.net


Osmana nifrətə səbəb olan əməllər

1. İbn Əbil Hədid «Nəhcül Bəlağə»nin 30-cu xütbəsinin şərhində yazır: Osmanın işlərinin geriləməsinə səbəb olan işlər barəsində olan ən doğru mətləb Təbərinin «Tarix»də yazdığı həmin bu mətləbdir ki, aşağıda ixtisarla qeyd edirik:


 


Osman bir sıra bidətlər və məşhur işlər görürdü. Camaat da bunlara öz iradlarını bildirirdilər. Bu işlər Bəni Üməyyəni hakimiyyət gətirmək, xüsusilə onların dağıdıcı, alçaqsifət və dindar olmayanlarını hakimiyyət gətirmək, qənimət və malları onlara vermək, Əmmar, Əbu Zər və Abdullah ibn Məsud barəsində etdikləri və ömrünün sonlarında baş verən digər işlərdən ibarətdir. O cümlədən, Osmanın Kufədəki işçisi Vəlid ibn Uqbənin içki içməsi və buna çoxunun şahid olması səbəb oldu ki, onun Kufənin hakimliyindən kənarlaşdırsın. Yerinə isə Səidm ibn Ası təyin etdi. Səid Kufəyə gələn kimi Kufə camaatından bir qrup seçdi ki, onun qarşısında əfsanə söyləsinlər. Bir gün Səid dedi: Əraq Qureyş və Bəni Uməyyənin xüsusi bostanıdır. Malik Əştər Nəxəi dedi: Sən elə düşünürsən ki, Allahın bizim qılınclarımızla açıb müsəlmanlara verdiyi Əraq nahiyyəsi sənin sənin və sənin qövmünün bostanıdır? Səidin mühafizəçilərinin başçısı Əştərə dedi: Sən Əmirin sözünü rədd edirsən və ona qarşı kobudluq etdi. Əştər, üzünü Nəxə qəbiləsindən olnlara və ətrafında olan Kufə əşraflarına tutub dedi: eşitmirsinizmi? Onlar Səidin hüzurundaca sıçrayım mühafizəçilərinin başçısını yerə çırpdılar və məclisdən çıxardılar... (sonra şərh edir ki, Səid ibn As Osmanın razılığı ilə Malik Əştər və onun bir neçə dostunu Şama Müaviyyənin yanına sürgün etdi).


 


2. Yenə də o 3-cü xütbənin (Şiqşiqiyyə) şərhində yazır: Osman, öz hakimiyyət illərində «Fədək»i Mərvanın(kürəkəni) xüsusi əmlakı etdi: Rəsulullahın(с) müsəlmanlara vəqf etdiyi məşhur Mədinə bazarını Mərvanın qardaşı Haris ibn Həkəmə bağışladı.


 


Mədinənin ətrafındakı otlaqları Bəni Üməyyədən başqa müsəlmanların mal-qarasına qadağan etdi. O, Allah Təalanın fəthini nəsib etdiyi Afrikanın Şimali-qərb nahiyyəsini, yəni Trablisdən Tuncaya qədər olan hissəsini müsəlmanları şərik etmədən (süd qardaşı) Abdullah ibn Əbi Sərhə bağışladı.


 


Beytül-maldan Mərvana 100 min dirhəm bağışladığı gün Əbu Süfyan ibn Hərbə 200 min dirhəm bəxşiş etdi. O da öz qızı Ümmü Abanı Osmana verdi. Bu zaman Beytül-malın xəzinədarı olan Zeyd ibn Ərqəm xəzinənin açarlarını gətirib Osmanın qarşısına qoyub ağlamağa başladı. Osman dedi: Qohumluq əlaqələrinə riayət etməyimə görə ağlayırsanmı? Dedi: Xeyir, güman edirəm ki, Peyğəmbər(с) zamanında Allah yolunda xərclədiklərini götürürsən. Allaha and olsun, əgər Mərvana 100 dirhəm versəydin , yenə də çox idi. Osman dedi: Ey Ərqəmin oğlu, açarları bura qoy. Biz tezliklə səndən başqa birisini taparıq.


 


Əbu Musa Əşəri də onun üçün Əraqdan çoxlu varidat gətirdi. O da, onun hamısını Bəni üməyyənin arasında bölüşdürdü. Osman öz qızı Ayişəni Haris ibn Həkəmə verdik. Beytül-maldan da 100 min dirhəm ona verdi. Bu, Zeyd ibn Ərqəmi xəzinədarlıqdan kənarlaşdırdıqdan sonra baş vermişdi.


 


Osman bunlardan əlavə dəbir sıra işlər görürdü ki, müsəlmanlar ona irad tuturdular. Əbu Zəri (Allah rəhmət eləsin) Rəbəzəyə sürgün etməsi və və Abdullah ibn Məsudu qabırğaları sınanadək kimi.


 


3. İbn Quteybə «Tarix Əl-xülafə» kitabında yazmışdır. Osman azad şəkildə ictihada qurşandı və bu işdə öz iki dostundan da irəli keçdi. O qədər irəlilədi ki, səhabələr ona etiraz etdilər. Onlar Abdürrəhman ibn Oufun yanına gəlib onu məzəmmət edərək deyirdilər: Bu işi sən öz əllərinlə etmisən. Osmanla müxalifət artdıqda o səhabənin arasında söhbətə başlayıb dedi: «Nə üçün Ömərə, ictihadına görə etiraz etmirdiniz, sizi qamçı ilə qorxutduğuna görəmi?»


 


Иbn Quteybənin rəvayətində qeyd olunur:


 


Camaat Osmana etiraz edərkən o minbərə qalxıb dedi: Ey Mühacir və Ənsar, siz elə şeylərdə mənə irad edirsiniz ki, onları Ömərdən qəbul edirdiniz. Amma o sizi döyərək cilovlayırdı və heç kəs ona qorxmadan və gözünün kənarı ilə baxa bilmirdi. Bilin ki, mənim tərəfdarlarım ondan daha çoxdur!!!


 


4. Fiqhi məsələlərdə də, cənab xəlifə özündən əvvəlki dostları kimi müsəlmanların dinində bidətlər qoydu. Beyhəqi «Sünəni Kubra» kitabında Abdürrəhman ibn Yezidin dilindən nəql edir: Abdullah ibn Məsudla birlikdə idik. Mina məscidinə gəlib soruşdu: Əmirяlmöminin (Osman) neçə rəkət namaz qıldı? Dedilər: Dörd rəkət. O da 4 rəkət namaz qıldı.


 


Ravi deyir: Ona dedim: Sən deyilmidin Peyğəmbərdən(с) nəql edirdin ki, burada iki rəkət qıldı? Dedi: Niyə, elə indi də sizə o cür rəvayət edərəm, lakin Osman imamdır. Mən onunla müxalifət etmirəm, ixtilaf pisdir!!! (Abdullah ibn Məsud Osmanla müxalifəti pis hesab edir. Amma Allahın peyğəmbəri ilə müxalifət yaxşı? Ya bir dəfə müxalifət etməyi qabırğalarının sınmağına səbəb oldu deyə daha müxalifət etmək istəmədi?)


 


5. İbn Əbil Hədid 72-ci xütbənin şərhində yazır: Osman ibn Əffanın əmisi Həkəm ibn Əbi Əl-As, Məkkənin fəthində müsəlman olanlardan idi və onların ürəklərini cəlb etmək üçün onlara Beytül-maldan pul verilirdi. Həkəm, Osmanın hakimiyyəti zamanı, o öldürülməmişdən bir qədər əvvəl öldü.


 


Rəsulullahın(с) onu Mədinədən sürgün etmək səbəbi barəsində ixtilaf vardır. Deyilmişdir ki, o hiylə və məkrlə bir yerdə gizlənir və Peyğəmbərin(с) əshabın böyükləri ilə müşrik, münafiq və kafirlər barəsində dediklərini eşidərək onları faş edirdi. İşin üstü açılaraq onun belə etdiyi sübut olunduqdan sonra Peyğəmbərdən(с) onu sürgün etdi. (Osman, hətta Əbu Bəkr və Ömərin cəsarət etmədiyi Peyğəmbər(с) zamanı sürgün olunanları qaytardı. O, Həmzənin qatili vəhşi, Həkəm ibn As və s. kimilərini Mədinəyə qaytardı. İbn Əbil Hədid 25-ci xütbənin şərhində, bu barədə Osmanın dilindən yazır:


 


Peyğəmbər(с) kafirin də tövbəsini qəbul edirdi. Mən də əmim Həkəmi tövbə etdiyinə görə Mədinəyə qaytardım. Əgər onun mənimlə olan qohumluğu Əbu Bəkr və Ömərlə də olsaydı, o iki nəfər də ona pənah verərdilər.


 


Amma mənim Allah malından olan bəxşişlərimizə etdiyiniz etiraz barəsində deyə bilmərəm ki, hökumət mənim öhdəmdədir və mənə tapşırılmışdır. Bu malı ümmət üçün məsləhət bildiyim yerə xərcləyirəm. Əgər xərcləyə bilməyəcəyəmsə, nəyə görə xəlifə olmalıyam?


 


Eləcə də İbn Əbil Hədid 135-ci xütbənin şərhində Osmanın dilindən nəql edir ki, deyirdi: «Nə üçün fəzl və bəxşişdə istədiyimi etməyim? Onda nə məqsədlə imam və rəhbər olum?»


 


Yenə də 223-cü xütbənin şərhində nəql edir: Osman Əbu Musa Əşəriyə yazdı: Bu məktub sənə çatan kimi camaatın aylığını ver, qalanını isə mənə göndər. O belə də etdi. Zeyd ibn sabit əmlakı olduğu kimi gətirib Osmanın qarşısına qoydu. Osmanın oğlanlarından biri gəlib bir qızıl qolbağı götürüb getdi. Zeyd ağladı və Osman dedi: Səni ağlamağa nə vadar etdi? Zeyd dedi: Ömər üçün də beləcə mal gətirmişdim. Onun oğlan uşaqlarından biri gəlib bir dirhəm götürdü. Ömər əmr etdionun əlindən bu bir dirhəmi olanlar. Uşaq ağladı. Halbuki sənin oğlun belə bir şeyi götürdü. Amma heç kəs dillənmədi. Osman dedi: Ömər öz ailə və yaxınlarını Allahın raazılığına görə məhrum edirdi, mən isə öz ailə və yaxınlarına Allahın razılığına görə bəxşiş verirəm!


 


6. Doktor Taha Hüseyn «Əl-fitnə Əl-kubra» kitabında yazır: Xəlifə -onun görüşünə gələn bir qrupun başçısı Xalid ibn Abdullah ibn Useyd Əməviyə 300 min dirhəm verdi, göstəriş verdi ki, bu qrupun üzvlərinin hər birinə 100 min dirhəm versinlər. Bu zaman Beytül-malın xəzinədarı, məbləğin çoxluğuna görə onu verməkdən boyun qaçırdı. Xəlifə ona dedi: «bu işlərdən sənə nə, sən yalnız xəzinədarsan». O da cavabında dedi: Mən sənin şəxsi xəzinədarın deyil, bütün müsəlmanların xəzinədarıyam. Sonra daişindən istefa məqsədilə Beytul-malın açarlırını Peyğəmbərin(с) minbərindən asdı. (Xəlifə bütün bu etirazlara məhəl qoymadan dörd qızını Qureyşdən olan kişilərlə evləndirərək onların hər birinə 100 min dinar(təxminən bir milyon dollar) mərhəmət etdi!!!


 


7. İbn əbil Hədid «Şiqşiqiyyə» xütbəsinin şərhində yazır: Osman, Zövra adlı uca qəsrin inşasından sonra süfrə hazırlayıb camaatı dəvət etdi. Abdürrəhman ibn Ouf da gəldi. O, bina və yeməkləri gördükdə dedi: Ey Əffanın oğlu, mən sənin barəndə təkzib etdiklərimi(israfı) indi təsdiq edirəm və sənə beyət etməkdən Allaha pənah aparıram. Osman qəzəblənərək qulamına tapşırdı ki, onu məclisdən xaric etsin və onu məclisdən çıxardılar. Osman camaata göstəriş verdi ki, heç kəs onunla oturub-durmasın. İbn Abbasdan başq aheç kəs onun yanına getmirdi. O da Quran öyrənmək üçün İbn Abbasın yanına gedirdi. Abdürrəhman xəstələndi. Osman onu yoxlamağa getdi. Onunla söhbət etdi. Amma Abdürrəhman cavab vermədi və bu cavab verməmək ölənədək davam etdi. (Yəqin ki, oxucular diqqət edirlər ki, əvvəla Osman Abdürrəhmanın rəyi ilə iş başına gəldi. İkinci-hər ikisi əşəreyi mübəşşərənin üzvü və guya cənnət əhlidirlər. Üçüncü –cənab Abdürrəhmanın özü də ölərkən nağd varidatı 2. 5 milyard dinar idi)


 


8. Yenə də o 135-ci xütbədə, Əhməd ibn Əbdüləziz Cövhərinin «əxbari Səqifə» kitabından nəql edərək yazır: (Əbu Bəkr Harisi adlı bir şəxs deyirdi: Peyğəmbər(с) məscidində idim. Namaz başlandı. Osman qabağa keçdi, təkbirətül ehram deyən kimi) hücrəsindən bir qadının səsi eşidildi. Əvvəla dedi: Ay camaat, sonra danışdı, Peyğəmbər(с) və Allahın onu məbus etdiyi şeylərdən yad etdi. Sonra dedi:Allahın göstərişlərini ataraq onunla əhdinizə müxalif oldunuz, bu cür sözlər deyib sükut etdi. Ondan sonra başqa bir qadın da bu cür danışdı və məlum oldu ki, bunlar Aişə və Həfsədir. (Əbu Bəkr və Ömərin qızları, Peyğəmbərin(с) həyat yoldaşları)


 


Osman namazı tamamladıqdan sonra üzünü xalqa tutub dedi: Bu iki qadın fitnəkardırlar, onların məni söyməkləri rəvadır. Çünki mən onların kök və əsllərinə bələdəm. Səd ibn Əbi Vəqqas dedi: Bu sözləri Rəsulullahın(с) iki sevimlisinə deyirsənmi? Osman dedi: Sənin nə xəbərin vardır? Sonra da tələsik Sədə tərəf qaçdı ki, onu vursun. Səd onun qabağından qaçaraq məsciddən çıxdı. (Allah eləsin ki, ya bu rəvayət doğru olmasın, ya da əşəreyi mübəşşərə. Çünki biri-biri ilə üzlaşmırlar).


 


9. Habelə İbn Əbil Hədid Zubeyr ibn Bəkkardan nəql edir ki, Süfyan ibn Üyeynədən, İsraildən, Həsəndən nəql olunmuşdur: O deyirmiş cümə günü məsciddə idim ki, Osman gəldi. Bir nəfər yerindən qalxıb dedi ki, mən Allahın kitabını oxumaq istəyirəm. Osman dedi: Otur, Allahın kitabını səndən başq aoxuyanlar vardır. O, oturdu. Digər bir nəfər qalxıb Allahın kitabını oxumaq istədiyini bildirdi. Osman ona da dedi: Otur. O oturmaqdan boyun qaçırdı. Osman darğalara xəbər göndərdi ki, onun yerində oturtsunlar. Camaat qalxıb onunla onların arasını kəsdilər. Sonra da çınqıl atmağa başladılar. Belə oldu ki, şiddətli çınqıl atmaqdan göy görsənmədi. Osman çarəsiz qalıb minbərdən enərkən evinə getdi və cümə namazı qılmadı.


 


10. Həzrət xəlifənin ardıcıl kömək və himayəsi sayəsində, Müaviyyənin Şamdakı mövqeyi digər yerlərlə fərqlənirdi. O, Şamda tam səlahiyyətli rəhbər idi. O, Rum qyesərləri kimi yaşayırdı. Nəzarətçi və şahidi yox idi. Müsəlmanların beytül-malını öz şəxsi əmlakı formasında istədiyi kimi xərcləyirdi. Bir sözlə onun məntiqi belə idi:


 


«Əmlak Allahındır və mən də Allahın xəlifəsiyəm»


 


Ümumiyyətlə Osman ibn Əffan ürəyi istəyən kimi müsəlmanların beytül-malından hədiyyə və bəxşişlər verir, istədiyi adamı yuxarı çəkir, kimi istəyirsə, vurur, sürgün edirdi. Məntiqi də çox güclü idi!!!


 


Nə üçün istədiyimə bəxşiş verməməliyəm? Onda nə üçün imam və rəhbər olum?


 


İbn Ə`səm Kufi «Əl-fütuh» və ibn Əbil Hədid «Nəhcül Bəlağənin şərhi» kitablarında bu qənaətə gəlmişlər ki, nəticədə belə əməllər(İsraf, əliaçıqlıq) səhabələrə ağır gəldi. Onlar Abdürrəhman ibn Oufa şikayət etdilər ki, bunların hamısının günahını səndə görürük. Abdürrəhman dərhal Əli ibn Əbu Talibələ(я) görüşüb dedi: Ey Əbul Həsən, Allahın Allahlığına and olsun ki, mənim Osmanın işlərindən xəbərim yoxdur. Camaat deyir ki, o belədir. sən qılıncını götür ki, mən də qılınc götürüm. Osman Abdürrəhmanın bu sözünü eşitcək dedi: Abdürrəhman münafiqdir.


Ad
E-mail
*Mətn
Göndər