نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Osmanın etdiyi iki mühüm iş! sonnat.net


Osmanın etdiyi iki mühüm iş!

Üçüncü xəlifə, öz on iki illik xilafəti boyu iki iş gördü ki, ey kaş özündən qabaqkı iki dostunun siyasi təqvasından onda da olaydı və bu özüldağından iki işi görməyəydi.


 


Sanki, Osmanın bu işi islamın cavan ağacının gövdəsinə vurulmuş iki möhkəm balta misalında idi. Şərh edəcəyik ki, əgər tövhid yolunun sərhədçilərinin fədakarlığı və təlaşı olmasaydı, bu günahın açı təsirləri islam fidanını elə o ilk çağlarında, ya da ki, Müaviyyə ibn Əbu Süfyan hakimiyyəti zamanında qurudardı.


 


Osman öz uzun xilafəti zamanı –öncə Bəni Üməyyəni hakimiyyətə gətirdi və onlara bacardığı qədər beytul-maldan bəxşiş edərək onları yuxarı çəkdi. Həqiqətdə o, islam təlimlərinə əməl, Quran ehkamını işlətmək və Peyğəmbərin(с) tövsiyələrini yerinə yetirmək əvəzinə, bacardığı qədər, Əbu Süfyanın təkidli tapşırığına əməl etdi. Əbu Süfyan dedi: «Rəyasəti kos kimi biri-birinizə ötürün». Yersiz deyildi ki, Osman xilafət kreslosunda oturan kimi Əbu Süfyan, Ühüd şəhidlərinin qəbri üstə gedib ayağını cənab Həmzeyi seyyidüşşühədanın qəbrinə vuraraq dəli bir nərə çəkərək dedi: «Ey Əbu Əmarə, onun üçün qılınc çəkdiyimiz o hökumət indi bizim qullarımızın əl oyununa çevrilmişdir».


 


Sonra isə onun bu ziddi islam işlərinə etiraz edən Peyğəmbər(с) səhabələrini, xüsusilə Əlinin(я) dostlarını yerlərinə oturtdu. Bu iki hərəkətin nəticəsində, demək olar ki, bu cənab, islam xilafətinin Peyğəmbərin(с) dostlarından düşmənlərinə keçməsi üçün bir körpü oldu. İndi isə dəfələrlə təkrarladığımız kimi, bundan başqa istəyimiz yoxdur, tarixi vərəqləyək:


 


Tarixi araşdırmalarda üzbəüz olduğumuz ilk məsələ budur ki, ucqar yerlərdə, küncdə-bucaqda hakimiyyətinə etirazlar olunan Əbu Bəkrin xilafətinin ilk dövrlərində mürtəddlik adı altında etiraf edənlərigeri oturtmaq, birinci xəlifədən sonra, Ömərin islam fəthləri və din təbliği altında qoşun çəkməsi və nəticədə kəsra və qeysərlərin hakimiyyəti altında əyalət və ərazilərin fəth olunması, islamın ədalət səsinin kəsilməsinin əsas amili olmasına baxmayaraq, hər bir dəlilləgeniş ərazilərin müəslmanların ayaqları altına qayıtması və yeni müsəlmanların əlinə təsəvvür olunmaz sərvətin düşməsi dövründə hakimiyyətə gələn üçüncü xəlifə öz hakimiyyət illərində bütün bu qələbələrlə yanaşı özündən iki təxribat təsirli şeyi yadigar qoydu:


 


Onlardan birincisi budur ki, hökumətin başında, Osman kimi qaneedici və layiq olmayan bir fərd dururdu. Buna görə də müharibədən əldə olunmuş qənimətlər ölkəyəxərclənməli olduğu halda Bəni Üməyyə cavanlarına bəxşiş verilirdi.


 


Əgər islam dini bir düşüncə, tərzi təfəkkür və idealoji din kimi inkişaf edirdisə, döyüş qənimətlərinin orada mənası olmamalı idi. Elə buna görə də islam təqvası Bəni Üməyyə rifahı ilə əvəz olundu. Bəni Üməyyə gəncləri böyüklü-kiçikli hökumət mərkəzləri açmağa daha da hərisləşdilər.


 


Ikincisi isə budur ki, qan tökmədən, Əmr be mərufla, təbliğlə, tədricən və addım-addım irəliləməli olan islam, qılınc gücünə, müharibələrlə özünə yol açırdı. Odur ki, az bir zamanda ürəklər deyil, ölkələr fəth olundu. Hakimiyyətlər dəyişir və yerini islam tuturdu. Lakin ədalət, insanlıq, təqva və bir sözlə islam Allaha çatdıran yol olan islam deyil, insanlıq istismarçıların və Allah bəndələrini boyunduruğundan çıxarıb təkcə Allaha tərəf gedən yolu onlara göstərməli olan islam deyil, yalnız və yalnız kəsra və qeysərlərin hakimiyyətindən azad edib ərəblərin hakimiyyətinə tapşıran islam. Buna görə də bu gün də, 14 əsr keçməsinə baxmayaraq tarix kitablarını vərəqləyərkən və ya hər bir tarixçini dinləyərkən, Peyğəmbərin(с) besətindən, sonuncu dini gətirməsindən və bəşərin səadət resepti olan son kitabından deyil, ərəb istilasından, ərəblərin vəhşi hücumlarından, ərəb hakimiyyətindən, Bəni Üməyyə və Bəni Abbasın zülmkar səltənətindən, taxt-tacdan, qarətdən və qarətçilikdən söz açır... Ərəb soyqırımından danışır. Həqiqətdə bu soyqırımlar, kitab yandırmalar islamın pak, iffətli, məsum və füsunkar çöhrəsini toz altında qoymuşdur. Iki nümunəyə diqqət edin:


 


İbn Ə`səm Kufi «Əl-futuh»da yazır: Osman(dayısı oğlu ) Abdullah ibn Amiri Bəsrəyə Əmir təyin etdi. O, 25 yaşlı bir gənc idi... Onun hakimiyyəti zamanı fars əhalisi qiyam etdi. Osman ona yazdı: «Bu qoşunu dəf et və sonra da Xorasan şəhərlərini fəth etməyə başla». Abdullah, boyük bir qantökən ordu ilə Bəsrədən fars tərəfə yollandı... Müsəlmanlar qaçanları təqib edir, döyür və öldürürdülər. Nəhayət o qiyamçılardan çoxunu öldürdülər... Fars gölünə endi, kimi tapdısa öldürdü və çoxlu sərvət əldə etdi... Sonra Xorasana tərəf üz qoydu... Abdullah Nişabura çatcaq şəhərin kənarında düşərgə saldı, qoşunu ətrafa göndərdi. Nişaburun mərkəzini və kəndlərini qarət etdi və şəhər camaatı ilə döyüşə başladı. Əllərinə düşəni öldürür ya da müslə(Burun-qulağını kəsmək) edirdilrə. Nişaburun əmiri adam göndərib aman istədi, bu şərtlə ki, əgər aman versə, şəhər qapılarını açıq qoyacaqdır. O da hansı qapıdam istəsə daxil olsun. Abdullah razı oldu. Ertəsi gün şəhərin qapılarını açdılar. Abdullah və islam ordusu şəhərə daxil oldular. Bütün müsəlmanlar uca səslə bir ağızdan təkbir dedilər. Şəhər camaatına kin bəslədikləri üçün öldürməyə və qarət etməyə başladılar. O gün sübhdənşam namazınadək öldürüb qarət etdilər.


 


Subhanəllah, bu həmin Mуhəmmədin islamıdır ki, 10il Məkkədən uzaq düşməsinə, Məkkə kafirlərinin ruhi və cismi təzyiqlərinə baxmayaraq Məkkə fəth olunduqda buyurdu ki, hamınız azadsınız? Soruşdular ki, ya Rəsulullah(с) hətta vəhşi də? (Həmzənin qatili) Buyurdu: Vəhşi də azaddır, lakin gözümə görünməsin ki, Əmimin xatirəsi gözümdə canlanar. Amma rəhmət, məhəbbət və iffət dini olan bu islamı, beləcə xalqa zorla yeridirdilər –niyə? Ona görə ki, Bəni Üməyyə başda xəlifə olmaqla islamı yaymırdılar, bəlkə ölkələri fəth etmək istəyirdilər.


 


Bu hadisənin bir tərəfi, digər tərəfi ilə budur ki, görün Osmanın əmirləri islam, təqva və səbr dini adı altında xalqa necə hökmranlıq edirdilər?


 


İbn Əbil Hədid «Nəhcül Bəlağə»nin 62-ci məktubunun şərhində Əbul Fərəc İsfahanidən («Əl-əğani» kitabından) nəql edərək yazır: Mуhəmməd ibn Xəlf Vəki Həmmad ibn İshaqın sözündən, o da Əbu Ubeydə, Hişam ibn Kələbi və İsməinin sözündən bizim üçün nəql etdi ki, demişdir: Vəlid, zinakar və içki içən idi. Kufədə içərək Kufə məscidində sübh namazında hazır oldu. Camaatla 4 rəkət namaz qıldı. Sonra da üzünü onlara çevirib dedi:


 


Daha artıq qılımmı? O, namaz halında bu şeri oxuyurdu: «Qəlbim onun və Rübabın qocalmasına baxmayaraq Rübabın eşqinə yanmışdır». Sonra da mehrabın bir küncünə qaytardı. Məsudi «Muruc Əl-zəhəb»də yazır: Vəlid Quranı parçalayıb dedi: «Ey Quran, qaniçən zülmkarları hədələyirsən?Bil, mən bir zülmkar qaniçənəm. Onda Qiyamət günü Allahına qovuşarkən ona şikayət et və de: «Allahım, Vəlid məni parça-parça etdi».


 


Ad
E-mail
*Mətn
Göndər