نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Osmanın ilk xütbəsi sonnat.net


Osmanın ilk xütbəsi

İbn Əbil Hədid «nəhcül Bəlağə»nin 139-cu xütbəsinin şərhində şüəbidən nəql edərək yazır: (Osman, xilafətə seçildikdən sonra birbaşa) evinə getdi. Bəni Üməyyədən o qədərə onun yanına gəldi ki, ev doldu. Qapını öz üzlərinə bağladılar. Bu aradaƏbu Süfyan ibn Hərb dedi: Bu evdə sizdən başqa birisi varmı? Dedilər: Xeyir. Dedi: Ey Bəni Üməyyə, indi xilafəti kos kimi biri-birinizə ötürün. Əbu Süfyanın and içdiyinə and olsun, nə hesab var, nə əzab, nə cənnət var nə də cəhənnəm, nə dirilmək var və nə də qiyamət!!!


 


Deyir: Osman onun üstünə bağırdı vəonun dediklərindən narahat oldu. Göstəriş verdi, onu bayıra qovdular. (Bunu Şüəbi deyil, İbn Əbil Hədid özü nəql edir)


 


Şüəbi deyir: Abdürrəhman ibn Ouf Osmanın yanına gəlib dedi: Sən nə etdin, Allaha and olsun ki, minbərə qalxıb Allaha sitayiş əmr be məruf və nəhy əz münkər etmədən və xalqa yaxşı şeylər vəd etmədən evinə gəlmək də yaxşı iş görmədin.


 


Deyir: Osman gəlib minbərə çıxdı, Allaha həmd-səna etdi və dedi: «bu bir məqamdır ki, indiyədək ora can atmışam və bu yerdə deyilməli olan sözlər hazırlamamışam. Mуhəmməd ümməti üçün heç bir xeyirdən əl götürməyəcəyəm. Allahdan kömək istəməliyəm». Minbərdən endi.


 


Yenə də o, 230-cu xütbənin şərhində, xütbə deyərkən dilitopuq vuran insanlardan danışmaq münasibəti ilə yazır: Şeyximiz Əbu Osman Cahiz, Əl-bəyan və Ət-təbyin» kitabında rəvayət edir ki, Osman minbərə qalxdı. Dili topuq vurdu və bu qədər dedi: «Bilin ki, Əbu Bəkr və Ömər belə yerlər üçün öncədən sözlər hazırlayırdılar. Sizin sözçü imamdansa, ədalətli imama ehtiyacınınız vardır. Tezliklə sizin üçün münasib xütbələr olunacaqdır». Bunu deyib minbərdən endi.


 


Ad
E-mail
*Mətn
Göndər