نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Osmanın xilafətinin son günləri sonnat.net


Osmanın xilafətinin son günləri

İbn Əbil Hədid «Nəhcül Bəlağə»nin 30-cu xütbəsinin şərhində Əbu Cəfər Təbərinin (Təbərinin «Tarix»indən nəql edərək) dilindən yazır: Qiyamçılar «Zu Xəşəb» məntəqəsində dşərgə salıb əgər Osman, onların xoşu gəlmədiyi işdən əl götürməz və çəkinməzsə, onu öldürməyi qərara aldılar. Osman bundan xəbər tutdu. O, Əlinin (я) evinə gəlib dedi: Əmioğlu, mən sənin yaxın qohumunam, mənim sənin boynunda qohumluq haqqım vardır. Gördüyün kimi bu qövm gəlib aşağı salmaq istəyir. Sənin xalq nəzərində hörmət-izzətin vardır. Onlar səni eşidir və qəbul edirlər. Xahiş edirəm ki, onların yanına gedib məni onların əlindən alaraq onları geri qaytararsan. Əgər onlar bu cür mənim üstümə gəlsələr bu iş məndən qorxmamazlığa səbə olacaq və işlərimin süstlüyünə səbəb olacaqdır. Əli(я) buyurdu:


 


Nə ilə və nə şərtlə onları geri qaytarım?


 


Dedi: Bu şərtlə ki, sən nə desən və nə məsləhət görsən ona əməl edərəm.


 


Əli(я) dedi: Mən hər dəfə səninlə söhbət etmişəmsə, sən camaatın qarşısına çıxıb söz vermisən amma əməl etməmisən. Bu Mərvan, Müaviyyə, İbn Amir və Abdullah ibn Sədin işləridir ki, onlara itaət etmiş, mənim sözlərimi isə qulaq ardına vurmusan. Osman dedi: İndi onlarla müxalifət edib sənə itaət edəcəyəm.


 


İmam(я) göstəriş verdi ki, bir qrup atlansın və 30 nəfərlə Misirlilərin qərargahına gəldi. Orada onlarla söhbət etdi. Misirlilər dedilər: Sənin sözlərini qəbul edirik və qayıtmağa qərar verdilər. Əli(я) qayıdarkən Osmanın yanına gəlib buyurdu: Özün camaata bir söz de, qoy eşidib sakitləşsinlər. Əgər belə etməsəm, vilayətlər, sənin ziddinə elə qalxmışlar ki, qorxuram sabah yenə də deyəsən ki, Əli, atlanıb onların yanına get.


 


İbn Əbil Hədid yazır: Osman çıxıb xütbə söylədi vı camaatın qarşısında tövbə edib dedi: mən ilk adamam ki, ibrət götürüb etdiklərimə görə Allahdan bağışlanmağımı istəyirəm. İndi minbərdən düşən kimi başçılarınız gəlib öz rəylərini bildirsinlər. Kimə zülm olunmuşsa desin, onun haqqını bərpa edim və istədiyini yerinə yetirim.


 


Allaha and olsun, sizi razı edəcək, Mərvan və qohumlarını özümdən uzaqlaşdıracaq və sizdən üz döndərməyəcəyəm. Camaat ona rəhmət söyləyib ağlamağa başladılar. Elə ağladılar ki, saqqalları islandı. Osman da ağladı.


 


(Amma evinə çatan kimi Mərvan dedi: ) Atam-anam sənə qurban, Allaha and olsun, çox istərdim ki, sən bu sözləri mühafizə olunduğun halda deyəydin, o halda mən bunla razılaşan ilk adam olardım. Lakin sən bu sözləri bıçaq sümüyə dayanan və su başdan aşan zaman dedin. Bu da çarəsizlik və acizlik əlamətidir. Allaha and olsun, günahda qalıb onun bağışlanmasını Allahdan istəyə bilmək, qorxudan tövbə etməkdən yaxşıdır. Sən bu sözlərlə camaatı özünə qarşı cəsarətli etməkdən başqa bir iş görmədin.


 


Osman dedi: Nə danışdımsa danışdım, daha onu geri qaytarmaq olmaz, belə fikirləşib danışdım. Mərvan dedi: İndi camaat dağlar kimi evinin ətrafına toplaşmışlar. Osman dedi: Nə istəyirlər, nə işləri vardır? Dedi: Sən özün onları çağırdın. Onlardan biri ona olunan zülmdən danışır, digəri haqqını tələb edir, üçüncüsü filan hakimi işdən kənarlaşdırmağını istəyirlər və s. Bunları özün öz başına gətirdin. Əgər sözüb səbr etsəydin daha yaxşı olardı.


 


Osman dedi: Sən get onlarla söhbət et. Mən onlarla danışım geri qaytarmaqdan həya ediəm. Mərvan bir-birini tutub yuxarı qalxan xalqın qarşısına çıxıb dedi: Nə işiniz vardır? Qarətə gələnlərə oxşayırsınız, üzünüz qara olsun! İstəyirsiniz ki, bizim hakimiyyətimizi əlimizdən alasınız? Gedin buradan! Allaha and olsun əgər bizimlə toqquşsanız, həyatı sizə acı edər, başınıza elə işlər açarıq ki, xoşunuza gəlməz və bu işlərin nəticəsinin yaxşı olmadığını görərsiniz. Evlərinizə qayıdın, Allaha and olsun, biz əlimizdə olanı zor gücünə həvalə etmərik.


 


Camaat naümid olub, Osman və Mərvanı söyə-söyə qayıtdılar. Onlardan birisi Əlinin(я) yanına glib ona xəbər verdi. Əli(я) üzünü Abdürrəhman ibn Əsvəd ibn Əbdu Yəğusa tutub dedi: Osman söhbət edəndə orada idinmi? Dedi: Bəli. Buyurdu: Mərvan söhbət edəndə də orada idinmi? Dedi: Bəli. Əli(я) buyurdu: Allaha pənah, ay Allahım bəndələri, evimdə otururam deyir: Məni buraxmısan və məə köməkdən əl çəkmisən! Əgər danışıb o istəyəni çatdırmaq istəyirəm, Mərvan gəlib onunla elə oyun oynayır ki, onu oyuncağa çevirir. Yaşlı və Rəsulullahın(с) səhabəsini istədiyi tərəfə çəkir.


 


Əli(я) qəzəblənərək elə o dəqiqə Osmanın evinə gedib dedi: Sanki Mərvan sənin dinindən və ağlından azdırayanadək səndən əl çəkməyəcəkdir və sanki sən onun üçün köç dəvəsisən ki, səni istədiyi səmtə çəkir! Allaha and olsun, Mərvanın nə ağlı nə də dini vardır. Belə görünür ki, səni burulğana salır, amma oradan çıxarmır. Mən də bundan sonra etiraz və məzəmmət üçün sənin yanına gəlməyəcəyəm. Sən öz şərtini itirdin və ağlını əldən verdin, yenidən qalxıb getdi.


 


Əli(я) bir daha Osmana kömək etmədi. Mühasirə çətinləşdi, Osmanın suyunu bağladılar. Yalnız bu zaman Əli(я) yenidən ona kömək etməyə başladı. Amma suyun bağlanması Əlini(я) bərk qəzəbləndirdi. O, Təlhəyə buyurdu: Onun üçün su daşıyan dəvələr göndərin. Bu təklif Təlhənin xoşuna gəlmədi. Amma Əli(я) Osmana su çatdıranadək sözünün üstündə durdu.


 


Habelə, Əbu Cəfər Təbəri rəvayət edir:


 


Əli(я) msəcidə getdi. Oradan Üsamə ibn Zeyd ilə birlikdə camaatla dolu olan Təlhənin evinə gedib ona dedi: Ey Təlhə bu nə işdir Osmanın başına gətirmisən? Təlhə dedi: Ey Əbəl Həsən artıq iş-işdən keçmişdir! Əli(я) onun evindən çıxıb özünü beytül-mala çatdırdı. (sanki Təlhə beytul-malı zəbt etmək fikrində idi). Əli(я) buyurdu: Bunu açın! Açarları tapmadılar. Əli(я) xəzinənin qapısını sındıraraq orada olanları camaata bölüşdürdü. Camaat o dəqiqə Təlhənin yanından dağılışdılar. O, tək qaldı. Osman buna çox sevindi.


 


Təbəri, Abdulllah ibn Əli Rəbiə Məxzumidən (Osmanın evinin mühasirəsi barəsində) nəql edərək yazır:


 


O zaman Osmanın yanına getdim, Əlimi tutub dedi: Qapı ağzındakı bu adamların sözlərinə qulaq ver. Onlardan bəzisi deyirdi: Nə gözləyirsiniz? Bəzisi deyirdi: Tələsməyin, bəlkə əl götürdü və işlərindən qayıtdı. Bu zaman Təlhə oradan keçdi. İbn Udeys Bəlvi onun yanına getdi. Onunla pıçıldaşыb qayıdaraq öz dostlarına dedi: Osmanın evinə girib-çıxmağa heç kəsə icazə verməyin. Abdullah ibn Əyyaş dedi: Osman mənə dedi: Bu bir işdir ki, Təlhə ona göstəriş vermişdir! İlahi, Təlhənin şərrini məndən uzaqlaşdır. Çünki o bu dəstəni bu işə vadar etmiş, mənə qarşı qiyam hazırlamışdır. Allaha and olsun, ümid edirəm ki, xilafət ona çatmasın və qanına bələşsin! (Abdullah ibn Əyyaş) deyir: Osmanın evindən çıxmaq istədim. Mуhəmməd ibn Əbu Bəkr onlara göstəriş verməyənədək məni çıxmağa qoymadılar.


 


Təbəri Əlavə edir: Mühasirə uzun çəkdiyinə görə Misirlilər fikirləşdilər ki, Osmana qarşı olan bu günah qətl kimi bir şeydir. Bu işlə Osmanı öldürməyin arasında heç bir fərq yoxdur. Osmanı diri salamaqdan da özləri üçün qorxurdular. Odur ki, qapıdan evə daxil olmağı qərara aldılar. Qapı bağlı idi. Hüseyn ibn Əli(я), Abdullah ibn Zubeyr, Mуhəmməd ibn Təlhə, Səid ibn As və bir qrup Ənsarın övladları onların daxil olmasına mane olurdu. Osman onlara dedi: Siz mənə kömək etməkdən azadsınız, lakin onlar qəbul etmədilər və getmədilər.


 


Bu heyndə Əsləm qəbiləsindən səhabələrdən olan Niyar ibn Əyaz adlı bir kişi qalxıb Osmanı səslədi vəona əmr etdi ki, xilafətdən istefa versin. O Osmanla söhbət edib ona istefa təklifi edərkən Osmanın köməkçilərindən olan Kəsir ibn Səlt Kindi evin içindən Niyar ibn Əyaza bir ox vuraraq onu öldürdü, Misirlilər və başqaları fəryad edərək İbn Əyazın qatilini istədilər ki, onun qanını alsınlar. Osman dedi: Məni qoruyan adamı əsla məni öldürmək istəyənlərə təslim etmərəm. Camaat evə hücum etdilər. Qapı onların üzünə açıldı. Od gətirib qapını və onun kölgəsalanını yandırdılar. Osman yanındakı köməkçilərinə dedi: Peyğəmbər(с) mənəbir söz demişdi. Mən ona dözürəm. Məni müdafiə edən bir adamı onlara verməyim heç layiqlidirmi? Osman Həsən ibn Əliyə(я) dedi: Atan səndən bərk nigarandır. Onun yanına get. Amma Həsən ibn Əli(я) qəbul etmədi və Osmanın yanında öz yerində qaldı.


 


Bu zaman Mərvan qılınc çəkərək camaatla vuruşmaq üçün bayıra çıxdı. Bəni Zis qəbiləsindən bir kişi onun boynuna elə bir zərbə vurdu ki, o yerindəcə qaldı.


 


O yıxıldı. Boynunun damarlarından biri kəsilmişdi. O ömrünün sonunadək əyriboyun qaldı. (Mərvanı dayəsi mərəkədən çıxardı).


 


Camaat evə hücum etdi. Bir nəfəri onu öldürməyə göndərdilər. O adam Osmanın otağına daxil olub dedi: İstefa ver ki, səndən əl götürək. Dedi: Vay olsun sənə , mən nə cahiliyyət nə də islam dövründə zina etməmiş, ğina oxumamışam və ona qulaq asmamışam, yersiz arzu etməmiş Peyğəmbərə(с) beyət edəndən əlimi övrətimə qoymamışam. İndi Allahın mənə geyindirdiyi köynəyi əynimdən çıxartmaram, Allah xoşbəxtləri əzizbədbəxtləri isə Zəbun eləsin. O kişi otaqdan çıxdı. Soruşdular: Nə üçün? Dedi: onu öldürməyi rəva görmürəm. (ibn Əbil Hədid və İbn Ə`səm yazırlar ki, Osmanı öldürməyə bir neçə adam onun otağına girmişdi, lakin qayıtdılar. Amma otaqdan qıraqda və olanda darul xilafənin mühafizəçilərindən bir neçəsini öldürdülər. Mühasirə edənlərdən də öldürülən oldu. Hər iki tarixçinin dediyinə əsasən, bu vurhavurda Mуhəmməd ibn Əbu Bəkr və İbn Ə`səmin yazdığına əsasən Malik Əştər otağa daxil oldular. Amma heç biri onu öldürmədilər. Mуhəmməd ibn Əbu Bəkr Osmanın saqqalından yapışdı. Osman dedi:


 


«Qardaşoğlu, saqqalımı burax, atan vaxt onu belə tutmazdı. Mуhəmməd dedi: Əgər gördüyün bu işləri atamın sağlığında etsəydin, o da sənin saqqalını beləcə tutardı».


 


Təbəri yazır: Bu zaman Soudan ibn Həmran, Əbu Hərb Qafiqi və Quteyrə ibn Vəhəb Səksəki otağa girdilər. Qafiqi əlindəki əmudla Osmana bir zərbə vurdu. (İbn Ə`səm yazır: Kənanə ibn Bəşir gəlib Əmirяlmömininin başına bir əmud vurdu. Soudan ibn Həmran Muradi onun başına bir qılınc endirdi, digərləri də sağdan-soldan qılınclayıb onu ardıcıl olaraq yaraladılar).


 


İbn Əbil Hədid yazır: Deyilmişdir: Osmanı Kənanə ibn Bəşir Tuceybi və ya Quteyrə ibn Vəhəb öldürmüşlər. Bu zaman Osmanın azad etdiyi qullar otağa daxil oldular. Onlardan biri Soudan ibn Həmranın boynunu vurub onu öldürdü. Quteyrə ibn Vəhəb o qulu öldürdü. Digər bir qul sıçrayıb Quteyrəni öldürdü. Osmanın evi tarac oldu. (Qulların Soudan ibn Həmran və Quteyrənin öldürülməsini eyni ilə İbn Ə`səm də nəql etmişdir).


 


İbn Əbil Hədid, Təbərinin dili ilə və ibn Ə`səm hər üçü yazır ki, Osmanın cəsədi üç gün yerdə qaldı. Axırda Həkim ibn Nizam və Cubeyr ibn Mutəm Əlinin(я) yanına gəlib maneəni dəf edərək Osmanın torpağa tapşırılmasında bir tədbir tökməsini istədilər. Əli(я) oğlu Həsəni (я) Misirlilərin yanına göndərdi ki, əl saxlasınlar, qoy Osman torpağa tapşırılsın. Deməli 3-cü gün məğrib və işa namazlarının arasında, Həsən ibn Əli(я) Abdullah ibn Zubeyr, ƏbuCəhm ibn Huzeyfə və bir neçə başqaları cənazəni qəbristana gətirdilər. Misirlilər cənazəni daşlamaq istəyirdilər. Bunun qarşısı alındı. Amma onlar namaz qılmağa mane olurdular. Həkim ibn Nizamın vasitəsilə namaz qılındıqdan sonra cənazəni Bəqi qəbristanından xaricdə «Həşşi Koukəb»də torpağa tapşırdılar.


 


Müaviyyə hakimiyyətə gəldikdən sonra göstəriş verdi ki, qəbristanın divarını dağıtsınlar. Divar dağıdıldıqdan sonra müsəlmanlar öz ölülərini Osman dəfn olunan yerlərdə torpağa tapşırmağa başladılar. Beləliklə də Osmanın qəbri müsəlman qəbirləri ilə birləşdi.


 


Onun qətli hicrətin 35-ci zihəccə ayının 18-ə təsadüf edir. Osmanın o zaman 82 yaşı vardı. Onun xilafət dövrünü 11 il 4 ay 14 gün yazmışlar


Ad
E-mail
*Mətn
Göndər