نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Osmanin qətl hadisəsi sonnat.net


Osmanin qətl hadisəsi

Tarixçilər, o cümlədən, «Nəhcül Bəlağə»nin şərhçisi və ibn Ə`səm Kufi müttəqfiqdirlər ki, Ömər 23-cü hicrət ili, Zihəccə ayının 26-da çərşənbə günü Mədinə şəhərində, 63 yaşında, Müğeyrə ibn Şöbənin (Kufənin hakimi) Əbu Lölö adı ilə məşhur olan iranlı qulu Firuzun əli ilə, ikibaşlı qılıncla yaralandı. İbn Əbil Hədid, 223-cü xütbənin şərhində xəlifənin qətl hadisəsini ibn Şəhabdan aşağıdakı kimi nəql edir: «Ömər, adətən, ərəb olmayan hədd-buluğa çatmamış oğlanların Mədinəyə daxil olmasına icazə vermirdi. Muğeyrə Kufənin hakimi olduqdan sonra, bacarıqlı bir qulun adını çəkərək Ömərdən icazə alıb onu Mədinəyə gətirdi. Muğeyrə deyirdi: Bu qul xalqa mənfəəti olacaq çox şeylər bacarır. Məsələn: Dəmirçilik, naqqaşlıq və s. Ömər Muğeyrəyə icazə verdi ki, onu Mədinəyə göndərsin. Muğeyrə Əbi Lölö Ömərin yanına gəlib xərracını çoğlunudan şikayət etdi. Ömər soruşdu: Sən hansı işləri daha yaxşı bacarırsan? Əbu Lölö öhdəsindən öhdəsindən yaxşı gəldiyi işləri Ömər üçün sadaladı. Ömər dedi: Sənin bu işlərin müqabilində bu xərrac çox deyil.


 


Bunu çox adam nəql etmişdir. Bəziləri deyirlər ki, Ömər qışqıraraq ağır sözlər işlətdi. Hamısı qeyd edirlər ki, Əbu Lölö əsəbi və qəzəbli halda yanından döndü. Bu hadisələrdən bir neçə gün keçdi. Bir gün Əbu Lölö Ömərin yanından keçirdi. Ömər onu çağırıb dedi: Mənə xəbər vermişlər ki, sən deyirsən əgə istəsəm un etmək üçün küləklə fırlanan bir dəyirman düzəldə bilərəm. Burada Ömər tək deyildi. O qəzəbli qul üzünü turşudaraq Ömərə baxıb dedi:


 


Sənin üçün bir dəyirman qoyacağam ki, camaat hamı ondan danışacaqdır. O gedən kimi Ömər yanındakılara dedi: Bu qulun nəd dediyini eşidirsinizmi? Mənə elə gəlir ki, o məni hədələdi. Bir neçə gün keçdi. Əbu Lölö, dəstəyi ortasında olan ikibaşlı qılıncla silahlanaraq səhərin ala toranında məscidə gəlib bir guşədə pusquda dayandı. Orada Ömərin intizarında idi. Ömər adəti üzrə camaatı sübh namazına oyatmaq üçün məscidə gəldi. Onun yaxınlığına çatan kimi sıçrayıb Ömərə üç zərbə vurdu. Zərbələrdən biri onun göbəyinin altına dəyərək qarnını yırtdı. Elə bu zərbə də Öməri öldürdü. Sonra Əbu Lölö məsciddən çıxarkən qarşısına çıxanı yaraladı. Beləliklə o Ömərdən başqa 11 nəfəri də yaraladı (başqa bir yerdə deyilir ki, Xəlifə, onun göstərişi ilə Əbu Lölö adı ilə məşhur olan bir iranlının tikdiyi dəyirmana baxarkən onun tərəfindən terror edildi). Sonra da öz xəncəri ilə intihar etdi. Ömər bihuş olacağını hiss edən kimi dedi: Abdürrəhman ibn Oufa deyək ki, camaata namaz qılsın sonra bihuş oldu. Onu qaldıraraq evinə apardılar. Abdürrəhman ibn Ouf camaatla namaz qıldı».


 


İbn Əbil Hədid bu xütbənin şərhində xəlifənin qətli hadisəsini nəql etməsindən qabaq Əbu Abbasdan bir söz nəql edərək yayır:


 


«Ömərin yanında idim. Elə bir ah çəkdi ki, elə bildim qabırğaları bir-birindən ayrıldı. Dedim ya Əmirəl-möminin bu ahı sinəndən, möhkəm bir qüssə çıxardı. Dedi: Ey İbn Abbas Allaha and olsun ki, elədir. Fikirləşirəm, fikirləşirəm amma anlamıram ki, bu xilafəti özümdən sonra kimə tapşırım. Sonra mənə dedi: Belə görünür ki, sən öz dostunu ona layiq bilirsən? Dedim: onun irəlidə getməsi, cihadı və Peyğəmbərlə(с) qohumluğunu və elmini nəzərə alsaq, buna maneə olan nədir? Dedi: Doğru deyirsən, amma zarafatcıl təbiətə malik bir adamdır. Dedim: Təlhə necə? Dedi: O, bir kişidir ki, kəsilmiş barmağı ilə şellənir və məqrurluq edir: Dedim: Əbdürrəhman necədir? Dedi: Çox zəif bir kişidir. Belə ki, əgər xilafət ona tapşırsaq, o xilafətin möhürünü aparıb arvadına verəcəkdir. Dedim: Zubeyr necədir? Dedi: Çox tündxasiyət və xəsis adamdır. Bəqinin-ya su quyularının –yanında 3 kq buğdaya görə çənə-boğaz edir. Dedim: Səd ibn Əbi Vəqqas barəsində nə deyirsən? Dedi: O, yalnız at və silah adamıdır. Dedim: Osman necədir? 3 dəfə dedi: Əfsus! Allaha and olsun ki, əgər hakimiyyətə gəlsə, Abu Muit övladının xalqın belinə mindilər və nəticədə də ərəblər onun üstünə hücum edirlər.


 


Sonra Ömər dedi: Ey ibn Abbas, xialfətə məğrur olmayan əzmkar və Allahın yolunda tənə vuranının tənəsi onu ələalmayan adamdan başqası deyildir. Habelə zor tədbiq etmədən möhkəm və iradəli, süst olmadan yumuşaq, israr etmədən bəxşiş verən eyib həddinə çatmayan cəng atan olmalıdır. (İbn Abbas deyir) Allaha and olsun ki, bu Ömərin öz xasiyyətləridir, o, sonra davam edir:


 


Ömər azacıq sükutdan sonra üzünü mənə tutub dedi: Allaha and olsun, bu dəstənin içində xalqı Allahın kitabı ilə Peyğəmbərin(с) sünnəsi ilə apara ilən əncürətli adam sənin ağandır. Bil ki, əgər o onlara hakimiyyəti öhdəsinə götürsə, onlara doğru yolu və əsas yolu aydın göstərər. Bilmirəm, əziz oxuculara öz həyatlarında elə bir adam rast gəlmişdirmi ki, dili ürəyi istəməyəni desin? Yaxud da əməldə dilləri deyəni etməsin? Xülasə bunların üçü də (ürək, dil, əməl) bir işdə müttəfiq deyildirlər? Elə buna görə də məsumdan (я) rəvayət olunmuşdur ki, imamın əlamətləri üçdür:


 


«Qəlblə imam, dillə iqra, rükunlərinə əməl» Tarixdə belə adamlara çox şəxsiyyətli insanlar deyilir. Xeyirlər bəzən Nasirəddin Mirzə elə ağlayardı ki, necə deyərlər ətrafındakıların qəlbini əridərdi. Amma öz qəlbini necə? Bir sıra işlər görərdi ki, tarix alimlərini təəccübə salardı. Eləcə də Harun Ər-rəşidi tərif edirlər, dil təkrar-təkrar imam Musa ibn Cəfərə(я) əmioğlu, əmioğlu... deyir. Amma qəlb kin və həsədlə doludur. Sonda həzrəti zəhərləyir. Məmun Ər-rəşidin də Əli ibn Musa Riza əleyhissalama qarşı rəftarı belə olmuşdur. Məqsədimiz budur ki, xəlifə cənabları da bu çoxşəxsiyyətli insanlaradan olmuşdur. Bir tərəfdən ibn Abbasa deyir: Allaha and olsun ki, bu dəstənin içində xalqı Allahın kitabının hökmlərinə və Peyğəmbərin (с) sünnsəinin hökmlərinə tərəf apara bilən ən cürətli şəxs sənin ağandır. (Həzrət Əli ibn Əbitalib(я)) və habelə özü iqrar edir ki, əgər Osman xəlifə olsa, Əbu Muit övladını xalqın boynuna mindirəcək. Amma əməldə elə plan cızır ki, Osman xəlifə olur. Bu rəvayət də qəribə şeylər vardır: Ömər ibn Abbasa ürək yanğısı ilə söhbət edərək deyir: Fikirləşdim, fikirləşdim anlamadım ki, bu xilafəti özümdən sonra kimə tapşırım. Yəni cənab Ömər müsəlmanların gələcəyinə Allah və Peyğəbərdən(с) daha çox ürək yandırırmış çünki Allah və onun Peyğəmbəri (с) ümməti rəhbərsiz buraxdılar. Amma Ömər ümməti xəlifəsiz buraxmağa qorxur?! Yenə də daha təəccüblüsü budur ki, bu cənab ürək yanğısı ilə Allaha an içir. əməldə isə müsəlmanların məsləhətinin xilafına, öz dediyinə əsasən, qərar qəbul edir. Unutmayaq ki, o «Əşəreyi mübəşşərə»nin üzvlərindəndir və cənnət ona vədə verilmişdir. Amma Əliyə (я) nisbət verilən zarafattəbiətlilik məsələsi ibn Əbil hədidin nəzərindən qaçmamış və onu 83-cü xütbənin şərhində geniş şəkildə araşdıraraq bu nəticəyə gəlmişdir ki, Ömərin məqsədi əsla Əlini(я) tənqid etmək olmamış və Əli(я) onun nəzərində eyibli olmamışdır. Sonra əlavə edərək yazır:


 


Allahın allahlığına and olsun ki, Əli(я) camaatın hamısından bu işə uzaq olmuşdur: O, nə vaxt fürsət tapdı ki bu işi görsün? Onun bütün vaxtı ibadət, namaz qılmaq, fətva vermək, elmi mübahisələr və camaatın hökmləri və Quran təfsirini öyrənmək üçün gediş gəlişində keçirdi. Onun günlərinin hamısı ya çoxu oruc tutmaqla, gecələrini isə hamısı ya namaz qılmaqla keçmişdir. Bu sülh vaxtı olmuşdur. Döyüş vaxtı isə onun vaxtları at belində, sıyrılmış qılınc əlində, orduya rəhbərlik və komandanlıqda keçilmişdir. Özü necə də gözəl buyurmuşdur. Ölümüm yadasalmaq məni oyun və əyləncədən saxlayır». Əlbəttə, şərafətli bir ağıllı barəsində düşmənlər bir eyib tapmadıqda naçar qalıb çox kiçik və zəif bir nöqtə tapmaöa çalışmalıdırlar ki, bununla, tənə vursunlar və öz tabe olanlarına onugöstərərək ondan dönmələrinə və ayrılmalarına bəhanə gətirsinlər.


 


Müşrik və münafiqlər, Peyğəmbər(с) zamanından indiyədək bu növ rəftar etmiş və etməkdədirlər. Yalan şeylər uydurur və Allahın onları pak etdiyi şeyləri onları nisbət verirlər. Allah Təala da bütün bunların müqabilində Peyğəmbərlərin(с) məqamını və ali dərəcəsini bir ay da artırmışdır. Buna əsasən Əmr As və Əlinin(я) onun kimi düşmənlərinin onu belə eyiblərlə böhtanlaması təəccüblü deyildir. Hər bir kəs səbr edib düşünsə anlayara ki, onlar eyni halda istər-istəməz onlardan bu eyibləri tutmaqla onları mədh etmiş və tərifləmişlər. Çünki onlar onun digər eyiblərini tapsaydılar onu nəql edərdilər. Əgər Əmirяlmöminin öz bütün səylərini sərf edərək düşmənlərinə cavab vermək istəsəydi, Allahın onları vadar etdiyi. Bu yoldan başqa yol tapa bilməzdi. Onlar belə düşünürdülər ki, Əlinin(я) məqamını aşağı salırlar. Halbuki bu işləri ilə onun qədr və mənzilətini bir az da artırırdılar.


 


Ad
E-mail
*Mətn
Göndər