نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Ərdəbilin imam cüməsi: Azərbaycan Respublikasının... sonnat.net


Ərdəbilin imam cüməsi: Azərbaycan Respublikasının...


 

Ərdəbilin imam cüməsi dedi: "Azərbaycan Respublikasının təxribatçı rəftarı qarşısında sonsuz izzətlə qonşuluq haqqını qoruduq. Amma onlar bizim ölkəmizə və xeyirxah qonşularına qarşı öz şən və izzətlərinə yaraşmayan oyuna əl atdılar".


Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi və imam cümə Vilayət 90 manevrini İranın istikbar və zalım rejimlər qarşısında elmi qüdrətinin nümayişi adlandırdı.


Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili Ərdəil şəhərində bu həftəki cümə namazının xütbələrində dedi: "İslam rəvayətlərinə əsasən, elm toplumun qüdrət və sültanıdır və hər kəs ona yiyələnə bilsə, bütün işlərdə qalib olar. Bu sahildən geri qalanlar həmişə hücuma məruz qalıblar".


Amili, İranın nüvə alimi Əli Məhəmmədini terror edən şəxsin açıqlamalarına təəssüf etdiyini bildirərək vurğuladı: "Bu şəxsin sionistlərin əli ilə bizim qonşuluğumuzda olan Azərbaycanda  terror əməliyyatı təlimi görməsi barədə açıqlamaları, İslam ölkəsi olmasını iddia edən, lakin sionistlərə bir çox dairələrə daxil olmalarını icazə verən bir ölkə üçün xəcalət və rüsvayçılıqdır".


Ərdəbilin cümə xətibi daha sonra açıqladı: "Azərbaycan Respublikasının təxribatçı rəftarı qarşısında sonsuz izzətlə qonşuluq haqqını qoruduq. Amma onlar bizim ölkəmiz və xeyirxah qonşularına qarşı öz şən və izzətlərinə yaraşmayan belə bir oyuna əl atdılar".


Seyid Həsən Amili əzəmətli Vilayət  90  manevrinə işarə edərək dedi: "Vilayət  90  manevri çox geniş şəkildə keçirildi və bizim dilavərlərimiz bu manevrlə regionda çoxlu hərbi manevrlər keçirən ABŞ-a möhkəm və əzici cavab verdilər, onların bütün məqsədlərinin puç və əbəs



arannews.ir


Ad
E-mail
*Mətn
Göndər