نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Əbu Bəkr və Ömərin etdiyi birinci iş Peyğəmbər ailəsinə nə oldu? sonnat.net


Əbu Bəkr və Ömərin etdiyi birinci iş Peyğəmbər ailəsinə nə oldu?

Qüdrətdə olan hakimiyyət başda Əli ibni Əbi Talib olmaqla öz müxaliflərini ictimai cəhətdən də səhnədən çıxartdı.


Əbu Bəkr və Ömərin etdiyi birinci iş Peyğəmbər ailəsinə olan hörmət pərdəsini aradan aparmaq oldu. Bundan sonra Peyğəmbər (s) ailəsi xalq arasında olan hörmətini itirdi.


Həzrət Əli (ə) Peyğəmbər (s)-in əmisi oğlu və Peyğəmbər ailəsinin başçısı olduğu üçün səhabələrdən çoxları ona paxıllıq edirdilər. Belə ki, Allah bu yolla onu çoxlarından üstün qərar vermişdi.


Fatimə (əleyha-salam) Peyğəmbərin ümmət arasında qalan yeganə yadigarı idi. Peyğəmbər (s)-in özünün dediyi kimi, xanım Zəhra (s) ona analıq etmişdi. Peyğəmbər onu dünya xanımlarının xanımı adlandırırdı. Peyğəmbər (s)-in ona olan məhəbbəti və onun fəziləti haqqında olan rəvayətlər ümmət arasında əzizlənib sevilməsinə səbəb olmuşdu.


Lakin Əbu Bəkr və Ömər onun hörmət və ehtiramını xalqın arasında yerə saldılar. Ömər onun evinin ətrafını odunla əhatə edib “əgər evin içindəkilər çıxıb beyət etməsələr” – deyərək, evi yandıracağına and içdi.


İbni Əbdü Rəbbih yazır: Əli (ə), Abbas və Zübeyr Fatimə (s)-nin evində idi. Əbu Bəkr Öməri beyət etmək üçün onları gətirməyə yollayıb dedi: Əgər qəbul etməsələr, onlarla vuruş. O, əlində məşəl gəldi. Xanım Fatimə (s) onu görüb dedi: Ey Xəttabın oğlu! Bizim evi yandırmağa gəlmisən?


Dedi: Bəli, gərək hamınız bütün ümmətin getdiyi yolla gedəsiniz.[1]


Əhli-sünnət kitablarında xanım Zəhra (s)-nın haqqında deyilir: O, dünya xanımlarının xanımı, iki oğlu Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının ağası, Peyğəmbər (s) həyatının ümmət arasında gülləridir. Bütün bunlara baxmayaraq Ömər onları təhqir edib zəlil sayır. Əbu Bəkrlə beyət etdirmək üçün onların evlərini oda çəkməklə hədələyir. Bundan sonra ümmət arasında – ki, çoxları paxıllıq edib onu düşmən sayırdılar – Əli ibni Əbi Talibin hörməti qalarmı? Bundan əlavə, Peyğəmbər (s)-dən sonra dünya malından əlində heç nə olmayan Əli (ə) özünü xalqa sevdirə bilərdimi? (Əvvəldə qeyd etdiyimiz kimi xalq dünya malına üz tuturdu.)


Buxari öz “Səhih”ində yazır: Fatimə (s) Əbu Bəkrdən ata irsini istəyib dedi: Peyğəmbər Allahın ona lütf etdiyi Fədəki Mədinədə və Xeybərin xumsunun qalığını mənə bağışlamışdır. Əbu Bəkr bu şeyləri ona qaytarmaqdan boyun qaçırdı. Fatimə (s) narahat olub ona qəzəbləndi və küsərək ömrünün axırına qədər Əbu Bəkrlə danışmadı. Dünyadan getdiyi zaman həyat yoldaşı ona namaz qılıb gecə ikən dəfn etdi və bu barədə Əbu Bəkrə heç nə demədi. Əli (ə) xanım Fatimə sağ olduğu zaman (az da olsa) camaatın yanında hörməti vardı. O, dünyadan gedəndən sonra ürəyi xalqdan sındı, əlacsız qalıb Əbu Bəkrlə beyət etdi. Bundan qabaq isə bir neçə ay onunla beyət etməmişdi.[2]


Hakim partiya bu yolla müəyyən qədər Əli ibni Əbi Talibi səhnədən çıxartmağa və xalqın gözündən salmağa müvəffəq olmuşdu. Xalq, məxsusən xanım Zəhra (əleyha-salam)-dan sonra ona hörmət etmirdi. Elə buna görə də o, xalqdan incidi. Buxari və Müslümün rəvayətinə görə, çarəsiz qalıb Əbu Bəkrlə sülh və beyət etdi.


Buxari hədisdə “xalqın üzünü görmək istəmirdi” – cümləsini işlədir. Bu cümlə Əbul-Həsən (ə)-ın Peyğəmbər (s) və xanım Zəhra (əleyha-salam)-dan sonra xalqın ona qarşı düşmənçilik etməsini göstərir. İş o yerə çatmışdı ki, o, səhabələr arasında yol gedəndə onların pis sözləri və ələ salmalarına məruz qalırdı. Elə buna görə də onların üzünü görmək istəmirdi.


Bu fəsildə Həzrət Əli (ə)-ın tarixi və məzlumiyyəti haqqında danışmaq istəmirik, yalnız acı dərd gətirən həqiqətin üstünü açmaq istəyirik. O həqiqət sünnət ələmdarı, Peyğəmbər (s) elminin qapısı Həzrət Əli (ə)-ın, Peyğəmbər sünnətini ayaq altına qoyub öz ictihadına əməl edərək firavanlığa çatanlar qarşısında tək qalmasıdır.


 


Həqiqət kitabindan seçilmiş hissələr


 


--------------------------------------------------------------------------------


[1] “Əl-iqdul-fərid”, 4-cü cild, səh. 260. “Bir qrupun Əbu Bəkrlə beyət etməkdən boyun qaçırması” bəhsi.


[2] “Səhihi Buxari”, 5-ci cild, səh. 82. “Xeybər müharibəsi” bəhsiæ “Səhihi Müslüm”, 5-ci cild, səh. 153, “cihad” kitabı.


 


Ad
E-mail
*Mətn
Göndər