نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
YEZİDİN KÜFR VƏ MÜRTƏDLİYİNƏ DAİR DƏLİLLƏR sonnat.net


YEZİDİN KÜFR VƏ MÜRTƏDLİYİNƏ DAİR DƏLİLLƏR

Də᾽vətçi: «Yezidin küfr və mürtədliyinə dair bir çox dəlil vardır. Məsələn, o həm sözlərində, həm də şe᾽rlərində içindəki küfrünü biruzə vermişdir. Xüsusilə şəraba aid şe᾽rləri açıq dəlillərdir. Məsələn, bir şe᾽rində belə deyir:

Üzüm şərabı hər sübh mənim əlimdə doğur,


Hər axşam isə, mənim ağzımda batır.


Əgər şərab Məhəmmədin dinində haramdırsa,


O halda, onu İsa Məsihin dininə görə iç.


 


Başqa bir şe᾽rində belə deyir:


 


Dünya sadəcə, bu dünyadır ki, var,


Bu aləmdən başqa bir aləm yoxdur.


Əgər həqiqətən belədirsə, bəs niyə mən,


Bu aləmin ləzzətlərindən əl çəkməliyəm?!


 


Bu şe᾽rlərin hamısı onun divanında mövcuddur. Əbul-Fərəc bin Cəvzi «Ər-Rəddu Ələ᾽l-Mütəəsibil-Ənid» adlı kitabında dediklərim qeyd olunmuşdur. Onun kafir, zındıq və mülhid olduğuna dair dəlillərdən bir digəri, Sibt bin Cevzi᾽nin «Təzkirə»də və atası Əbül-Fərəcin geniş şəkildə nəql etdiyi şe᾽rlərdir. O şe᾽rlərindən birinin əvvəlində (sevgilisinə xitab edərək) belə deyir:


Aliyə gəl yanıma, yaxınlaş mənə, sözünü mənə söylə,


Çünki sakit və yavaş danışmağı sevmirəm mən.


Qiyamətdən söz açan o şəxs, yalan sözlər söyləyir.


O, qəlbləri saz və sözdən uzaqlaşdırır.


Çünki «Diqul-Cin» adıyla tanınan və şiənin böyük fəqih, alim, fazil və ədiblərindən olan İbrahim bin İshaq, Abbasi xəlifələrindən Harunur-Raşidin yanında Yezidin bütün şe᾽rlərini oxuduqda, Harun Yezidə lə´nət edərək, belə dedi: «Bu zındıq, Yaradanı və qiyaməti tamamilə inkar etmişdir».


Onun küfr və azğınlığına dəlil olan şe᾽rlərindən bə᾽ziləri nə᾽şəli vaxtlarında oxuduğu nəğmələrin sözləridir. Birində dostlarına xitabən belə deyir:


Durun saza və sözə qulaq verin,


Xalis şərab üçün ay dostlar.


Dini və imanı atın kənara,


Saz, azan səsini unutdurdu mənə.


Müğəni yaşlı qadınları,


Cənnət və hurilərə dəyişərəm.


Məqtəl kitablarında, hətta Sibt bin Cəvzi «Təzkirə» kitabının 148-ci səhifəsində belə nəql edir: Rəsulallahın (s) Əhli-beyti Şama gətirildikdə, Yezid arvadı Ciyrun[1] tərəfə baxaraq bu küfr dolu şe᾽rini oxudu:


Ali Məhəmməd əsirlərinin karvanı göründükdə,


Bir qarğa ucadan qarıldamağa başladı.


Dedim ki, ey qarğa[2] qarıldasan da, qarıldamasan da, 


Mən Peyğəmbərdən borcumu aldım.


O bunu demək istəyirdi: «Ühüddə, Bədirdə və Hüneyndə öldürülən əmisi və qohumlarının intiqamını, Peyğəmbərin övladlarını öldürməklə aldım».


Yezidin küfrünə dəlalət edən dəlillərdən digəri də, həzrət Peyğəmbərin övladını şəhid etdikdən sonra şənliklər təşkil etməsi və Əbdullah bin Zəbariyə aid olan küfr şe᾽rlərini oxumasıdır. Sibt bin Cevzi, Əbu Reyhani Biruni və başqa bu kimi alimlər bu şe᾽rləri qeyd etmişlər. Yezid bu şe´rlərdə, müşrik və kafir olan və böyük Bədir döyüşündə Allah və Rəsulunun əmriylə öldürülən atalarının dirilməsini arzu edir. Şe᾽rin 2-ci və 5-ci beyitlərini Yezid özünə həsr etmişdir. O, bu şe᾽ri, müsəlman, yəhudi və xristianların yanında oxunmuşdur. O şe᾽r budur:


Kaş ki, Bədir döyüşündə ölən qəbiləmin başçıları,


Xəzrəc qəbiləsinin (Ühüd döyüşündə) məğlubiyətini görəydilər.


Görsəydilər, sevinərək deyərdilər: «Əlinə sağlıq, ey Yezid».


Bədirdə ölənlərimizə qarşı, biz də bu gün onların böyüklərini öldürərək, bərabərləşdik.


Bəni-Haşim, səltənətlə oyun oynadılar.


Nə göydən bir xəbər gəlmiş və nə də vəhy nazil olmuş.


Bəni-Əhməd övladlarından intiqam alamasam, Mən Həndəf[3] ailəsindən deyiləm.


Biz qanımızın əvvəzini, Əlinin igid və qəhraman oğlunu öldürməklə aldıq.


Əbul-Fərəc, Şeyx Əbdullah bin Məhəmməd bin Əmir Şibrəvi «Əl-İthaf bi-Hubbil-Əşrəf»də, Xətib Xarəzmi «Məqtəul-Hüseyn» adlı kitabının ΙΙ cildində və s. alimləriniz yazırlar ki, məl᾽un Yezid, imam Hüseynin (ə) mübarək dodağına və dişlərinə əlindəki çubuq ilə vuraraq, bu dediyim şe᾽rləri söyləmişdi.


 


 


Pişəvər gecələri kitabindan seçilmiş hissələr


 


 


 


--------------------------------------------------------------------------------


[1] Yaqut Himvi «Mucəmul-Buldan»da belə deyir: «Ciyrun, sütunları üzərinə yazılmış geniş tavandır. Bura Şamın giriş qapısına yaxındır. Onun ətrafında bir şəhər vardır ki, qədimdə dövlətlilərdən biri orada bir qala, sonralar isə, «Sabiin» orada imarət tikdirdilər. Onun içində müştəri çəkmək üçün bir məbəd də var idi. Ora xalqın əyləncə yeri idi.


[2] Qarğa səsi ərəblərdə pisə yozulur.


[3] Həndəf, Yezidin atalarından biridir.

 


Ad
E-mail
*Mətn
Göndər