نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
ÜÇÜNCÜ XӘLİFӘ OSMAN İBNİ ӘFVAN sonnat.net


ÜÇÜNCÜ XӘLİFӘ OSMAN İBNİ ӘFVAN

İkinci xəlifə Ömər ibni Xəttabın vəfatından sonra onun müəyyənləşdirdiyi altı nəfərlik şura Osman ibni Әfvanı müsəlmanların üçüncü xəlifəsi təyin etdi. Üçüncü xəlifənin qarşısında qoyulan ilkin şərtlərin ən mühüm tərəfi onun Peyğəmbər (s), Әbu Bəkr və Ömərin rəftarlarına uyğun xilafət etməsi idi. Lakin çox təəssüflər olsun ki, üçüncü xəlifə bu şərtlərin əksinə olaraq, Peyğəmbər (s) və əvvəlki iki xəlifənin rəftarlarına da əməl etmədi.

Məşhur əhli-sünnət alimləri İbni Xəldun, İbni Ә᾿səm Kufi, Məs᾿udi, İbni Әbil Hədid və başqaları yazırlar:

«Osman ibni Әfvan xilafətə çatdığı gündən Peyğəmbər (s) və iki şeyxin (Әbu Bəkr və Ömər) rəftarlarına uyğun əməl etmədi.»

Mə᾿sudinin «Mürucuz-zəhəb» kitabında, İbni Әbil Hədidin «Şərhu-nəhcil-bəlağə» kitabında yazdıqlarına əsasən Osmanın ümdə səhvlərindən biri Әbu Bəkr və Ömərin əksinə olaraq israfçılığa yol verməsi idi. O, ilk xəlifə idi ki, gözəl qapıları olan böyük daş imarət tikdirdi. O, Azərbaycan torpaqlarından gələn beytul-malın 20 faizini 100 min dirhəm nəqd pulla birlikdə əmisi oğlu Mərvan ibni Həkəmə bağışladı.

Lakin həmin kitablarda qeyd olunur ki, ikinci xəlifə Ömər, oğlu Abdullahla birlikdə həcc ziyarətinə gedib qayıtdıqdan sonra xərclədikləri cəmi 16 dirhəm pulun israfçılıq olduğunu deyirdi.

Xəlifə Osmanın ən böyük səhvi Peyğəmbərin (s) tapşırıqlarına zidd olaraq, Bəni-üməyyə tayfasına öz hakimiyyət orqanlarında geniş yer verməyi idi. Osman ibni Әfvan özü də Bəni-üməyyə tayfasından idi. Lakin o, öz tayfasının əksinə olaraq İslamın çətin günlərində iman gətirmiş, həmişə Peyğəmbərin (s) ətrafında olmuşdu. Bəni-üməyyə tayfası barəsində gələcək bəhslərimizdə geniş söhbət açacağıq. Qısa şəkildə qeyd edirik ki, bu tayfa bütün əhli-sünnət alimlərinin yazdıqlarına görə, Qurani-Kərimdə «lənətlənmiş ağac» adını almışdır.

«...Biz sənin gördüyün yuxunu xalq üçün bir imtahan qərar vermişik; Həmçinin lənətlənmiş ağacı Quranda zikr etmişik...»

İmam Fəxri Razi «Məfatihul-ğeyb» kitabında, Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Fazil Nişapuri «Ğəraibul-Quran» kitabında, Qazi Şukani «Fəthul-qədir» kitabında, Şəhabuddin Alusi «Ruhul-məani» kitabında və Məhəmməd Təbəri «Təfsiri Kəbir» kitabında yazır: 

«İsra surəsində «lənətlənmiş ağac» İbni Abbasın nəql etdiyi hədisə əsasən Bəni-üməyyə tayfasıdır. Peyğəmbər (s) yuxuda onların meymun şəklində onun mənbərinə çıxdıqlarını gördüyü gecə bu ayə nazil olmuşdur.»

Xəlifə Osmanın Bəni-üməyyə tayfasına əsassız şəkildə xüsusi ehtiramla yanaşmasına, hətta onlara səlahiyyətli vəzifələr tapşırmasına bir neçə misal gətiririk.

1. Bütün tarixçilərin yazdığına əsasən, Osmanın əmisi Həkəm ibni Әbil As oğlu Mərvanla birlikdə Peyğəmbər (s) tərəfindən lənətlənərək Mədinə şəhərindən sürgün olunmuşdu.

Hakim Nişapuri «Әl-müstədrək» kitabında İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında yazır:

Mərvan ibni Həkəm uşaq olduğu zaman Peyğəmbər (s) onun barəsində buyurdu: «O, ilan oğlu ilan, məl᾿un oğlu məl᾿undur...»

İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında Hələbi «Әs-sirətul-hələbiyyə» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, İmamul-hərəm «Zəxairul-uqba» kitabında və Duməyri «Həyatul-həyəvan» kitabında yazır:

«Həkəm ibni Әbil As Peyğəmbərin (s) evinə daxil olmaq üçün icazə istədi. Həzrət onun səsini tanıyıb - buraxın gəlsin... Allah ona və onun belindən gələnlərə lənət eləsin! - deyə buyurdu.»

İmam Fəxri Razi öz təfsirində İsra surəsinin 60-cı ayəsində işlənmiş «lənətlənmiş ağac» kəlməsini şərh edərkən Ummul-mö᾿minin Aişədən nəql edir:

«(Mərvan ibni Həkəmə üzünü tutaraq) Allah sənin atanı lənətləyən zaman sən onun belində idin. Sən məl᾿unun bir parçasısan...»

Bu iki şəxs (Həkəm və Mərvan) Әbu Bəkr və Ömərin dövründə Osmanı dəfələrlə vasitəçi salsalar da, Mədinəyə daxil ola bilmədilər. Lakin xəlifə Osman hakimiyyətə gələn kimi onları Mədinəyə gətirdi və hətta xilafətin idarə işlərini Mərvana tapşırdı.

2. Xəlifə Osmanın xilafət işlərində ağına-bozuna baxmadan ləyaqətsiz adamlara vəzifə verməsinə daha bir nümunə Vəlid ibni Üqbəni Kufə şəhərinə hakim təyin etməsi idi.



Məs᾿udi «Mürucuz-zəhəb» kitabında yazır:

«Peyğəmbər (s) Vəlid ibni Üqbənin barəsində buyurdu: O, cəhənnəm əhlindəndir.»

Siyuti «Tarixul-xüləfa» kitabında, Әbul Fərəc «Әğani» kitabında, İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Təbəri «Tarixul-uməmi vəl-müluk» kitabında, Beyhəqi «Sünən» kitabında» İbni Әsir «Üsdul-ğabə» kitabında və Yəqubi «Tarix» kitabında yazır:

«Vəlid ibni Üqbə xəlifə Osmanın hökmü ilə Kufə şəhərində hakim olarkən bir gecə sübhə qədər eyş-işrət məclisində şərab içdi. Sübh azanı verildikdən sonra məst halda məscidə gedib camaat namazına imam durdu. O, iki rəkət sübh namazını dörd rəkət qıldı. Xalq səs-küy salanda Vəlid, istəyirsiniz bir az da artırım, dedi.»

3. İslam tarixinə silinməz ləkə olan Müaviyə ibni Әbu Süfyanın Şam şəhərinə hakim təyin olunması da üçüncü xəlifənin səhvlərindən biri idi. Müaviyənin kim olduğunu bir neçə cümlə ilə yazmaq təbii ki, kifayət etməz. Buna görə də bu ləyaqətsiz şəxsin əhli-sünnət kitablarında lənətlənməsi və onun mənfur cinayətləri barədə xüsusi söhbət açacağıq. Amma əziz oxucular intizarda qalmasınlar deyə, görkəmli alim Məhəmməd Təbərinin öz tarix kitabında nəql etdiyi bir hədisi gətiririk:

«Bir gün Peyğəmbər (s) gördü ki, Әbu Süfyan bir ulağa minmiş, Müaviyə ulağın cilovunu tutmuş, Yezid isə ulağı arxadan qırmancla sürür. Həzrət buyurdu: Allah o ulağa minənə də, cilovunu tutana da, qırmancla sürənə də lənət eləsin...»

Xəlifə Osmanın bu diqqətsizlikləri, xüsusilə hakimiyyət orqanlarında yerləşmiş Bəni-üməyyə tayfasının zülmləri bütün xalqı Osmana qarşı üsyan etməyə vadar etdi. Nəhayət Osman ibni Әfvan öz səhvləri ucbatından bir dəstə qiyamçı tərəfindən öldürüldü.

Xəlifə Osmanın dövründə baş verən hadisələr o qədər acınacaqlı idi ki, bütün səhabələr xəlifəyə etiraz edir, ona ağıllı məsləhətlər verməyə çalışırdılar.

İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında, Məs᾿udi «Әxbaruz-zaman» kitabında və Sibt ibni Cuzi «Xəvassul-ummə» kitabında yazır:

«Ummul-mö᾿minin Aişə fəryad edərək Osmanın barəsində deyirdi: Öldürün bu yəhudi sifəti, Allaha and olsun ki, o kafir olmuşdur.»

Lakin xəlifənin öldürülməsinin nə demək olduğunu bilən Әli (ə) bütün tarixçilərin yazdığına görə var qüvvəsi ilə bu fitnənin qarşısını almağa çalışırdı.

İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:

«Әli (ə) son nəticədə Osmanın öldürüləcəyini başa düşdüyü üçün onun yanına gedib çoxlu nəsihətlər verdi. Tövsiyələrinin sonunda Әli (ə) xəlifə Osmana dedi: Səni and verirəm Allaha ki, bu ümmətin qətlə yetirilən xəlifəsi olma! Әvəllər deyilərdi ki, bu ümmətin bir xəlifəsi öldürüləcək. Onun qətli ilə müsəlmanlar arasında başlanan qanlı müharibə qiyamətə qədər qurtarmayacaqdır...»

 


Ad
E-mail
*Mətn
Göndər