نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
PEYĞƏMBƏRİN SÜNNƏSİ HƏQİQƏT VƏ XƏYAL ARASINDA(1-ci HissəƏhli) sonnat.net


PEYĞƏMBƏRİN SÜNNƏSİ HƏQİQƏT VƏ XƏYAL ARASINDA(1-ci HissəƏhli)

PEYĞƏMBƏRİN SÜNNƏSİ HƏQİQƏT VƏ XƏYAL ARASINDA1_ci HissəƏhli

sünnə və camaat Ömər ibni Xəttabı ilham olmuş ən bilikli səhabələrdən sayırlar. Öz səhih kitablarında yazırlar ki, Peyğəmbər (s) içdiyi suyun artığını ona vermişdir. Peyğəmbər (s)-in bu hərəkətini elmə təfsir edirlər. Lakin onun öz etirafına görə, o, sünnətin çox məsələlərini bilmir, çox vaxtlarını sünnə öyrənmək əvəzinə bazarda ticarət etməklə keçirirdi.


Buxari öz “Səhih” kitabında “Peyğəmbərin sünnəti aşkar olmuşdur, elə bir adam olmamışdır ki, onu görə bilməyə və ondan öyrənməyə” – deyənlərin qarşısında dəlil gətirib yazır: Əbu Musa Ömərdən evinə girməyə icazə istədi. Ömərin işə məşğul olduğunu görüb çölə çıxdı.


Ömər dedi: “Mən Abdullah ibni Qeysin səsini eşitdim. İcazə verin gəlsin. Onu çağırdılar. Ömər dedi: Niyə belə etdin?”


Dedi: “Bizə belə əmr edirdilər.”


Ömər dedi: “Sözünə dəlil gətirməsən, başına böyük bir bəla gətirəcəyəm.” O, ənsarın yığışdığı yerə gedib onlardan sübut istədi.


Dedilər: Yalnız bizim cavanlar şahid durmağa hazırdırlar. Bu vaxt Əbu Səid Xudri qalxıb dedi: “Bəli, bizə bu cür əmr edirdilər.”


Ömər dedi: “Bunu Peyğəmbər (s)-dən eşidib görməmişəm. Mən bazarlarda al-verdə olmuşam.”[1]


Bu hekayədə bir neçə maraqlı incəliyə rast gəlmək olar:


1. Başqasının evinə icazə alıb girmək Peyğəmbər (s)-in sünnəsində aydın olan bir məsələdir. Bütün müsəlmanlar bunu bilirlər. Peyğəmbər (s)-in yanına getmək üçün hamı icazə alırdı. Bu, İslamın ədəbi və iftixarıdır.


Bu göstərir ki, Ömər ibni Xəttabın məxsus gözətçiləri olmuş və heç bir kəsi icazəsiz onun yanına buraxmırdılar. Əbu Musa onun yanına getmək üçün üç dəfə icazə istədi və hər dəfə rədd cavabı alaraq geri qayıtdı. Lakin Bəni Üməyyədən olan dostları onu Peyğəmbər (s)-dən də uca tutaraq, haqqında deyirlər: O, heç bir gözətçisi olmadan küçədə yatar və deyərdi: “Ədalətlə rəftar edib yatdım.”


Onların sözlərindən belə çıxır ki, guya Ömər Peyğəmbər (s)-dən də ədalətli olmuşdur, sanki Peyğəmbər (s)-in gözətçisi var imiş, onun isə yox. Əgər belə deyilsə, bəs niyə görə “ədalət Ömərlə oldu” – deyirlər?


2. Bu rəvayət onun sərt əxlaqa malik olub müsəlmanlarla pis rəftar etdiyini göstərir.


Əbu Musa Əşəri böyük səhabələrdən olmuşdur. O, Peyğəmbər (s)-in hədisini dəlil gətirəndə, “əgər sözünə şahid gətirməsən, bu qamçı ilə sənin qarnına və kürəyinə vuracağam”[2] – deyərək Əbu Musanı yalançı adlandırıb xalqın qarşısında bir hədisə görə hədələmək düzgündürmü? Belə ki, Übeyy ibni Kəb hədisə şahid durduqdan sonra ona xitab edib deyir: “Ey Xəttabın oğlu! Allah rəsulunun səhabələrinə əziyyət vermə!”[3]


Bu hədisə əsasən, Ömərin gördüyü işlərə özbaşınalıqdan başqa ad vermək olmaz. Hər dəfə ona Allahın Kitabı və Peyğəmbər (s)-in sünnəti ilə cavab verdikdə, tez qəzəblənib özündən çıxırdı. Onun bu hərəkəti bir çox səhabənin haqqı gizlətməsinə səbəb olmuşdur. Onlar qorxudan haqqı dilə gətirə bilmirdilər. Əmmar Yasir “təyəmmüm” məsələsində onunla ixtilaf etdikdə, Ömər onu hədələmiş, o da cavabında demişdi: “Əgər istəyirsən, bu hədisi deməyim, demərəm.”[4]


Ömərin səhabələrin Peyğəmbərdən hədis demələrinin qarşısını almasını sübut edəcək çoxlu dəlil vardır. Bu iş Əbu Bəkrin xilafəti zamanı başlanmış və onun on illik xilafəti zamanı daha da şiddətlənmişdi. O, Peyğəmbər (s)-dən olan hədisləri yandıraraq onların nəql olunmasını qadağan etmiş, onunla müxalifətçilik edənlərin bəzilərini zindana salmışdı.[5]


Bu işi ondan qabaq Əbu Bəkr etmiş, ondan sonra isə Osman davam etdirmişdi.


Peyğəmbərin sünnəti xəlifələr əlində yandırılır və gizlədilirdi. Belə olan halda, necə deyirlər ki, onlar Peyğəmbər (s)-in sünnəsinə əməl etmişlər!?


3. Bu hədis Ömərin çox zaman bazarda olub, Peyğəmbər (s)-in məclislərində iştirak etməməsini çatdırır. Elə buna görə də səhabələrin, hətta bəzi uşaqların bildiyi hədisləri belə o bilmirdi. Dediyimizə Əbu Musanın rəvayətini dəlil gətirə bilərik. Əbu Musa ənsardan öz sözünə şahid istədikdə, ona belə cavab vermişdilər: “Allaha and olsun, sənin sözünə bizim yeniyetmələr belə şahid dura bilərlər. Bu zaman onların arasından ən cavanı olan Əbu Səid Xudri ayağa qalxıb bu hədisi Peyğəmbərdən eşitdiyini dedi.


Bu söz öz-özlüyündə Ömər üçün böyük bir təhqirdir. O hətta uşaqların bildiyi sadə sünnətdən xəbərsiz idi. Beləliklə o, Peyğəmbər (s)-in bu hədisi: “hər vaxt ümmətimin arasında bir kəs ondan savadlı və elmli olduğu halda rəhbərliyi ələ alarsa, Allaha, Peyğəmbərə və möminlərə xəyanət etmişdir” – qarşısında cavabdehdir.


Belə hədislərə əməl etməmək Ömər üçün adi bir şey idi. O, hətta Peyğəmbər (s) həyatda olduğu zaman onun hədislərini ayaq altına qoyur, öz ictihadına əməl edirdi.


Bunlardan əlavə, bəzi səhabələrin dəlilləri ilə üzbəüz olduqda, bilmədiyini etiraf edirdi. Bəzən deyirdi: “Ey Ömər! Bütün xalq, hətta evdar qadınlar da səndən biliklidir.” Bəzən də “əgər Əli olmasaydı, Ömər bədbəxt olardı”, başqa bir vaxt “bazarda al-ver etmək məni Peyğəmbər (s)-in hədislərini eşitməkdən saxladı” – cümlələrini işlədirdi.


Əgər o, al-verə məşğul olub hədis eşidə bilmirdisə, sözsüz Quran eşitməkdən də məhrum qalmışdı. Bir dəfə onun Übeyy ibni Kəblə (Quranın məşhur hafizlərindən biri) Quranın qiraətində ixtilafı düşdü. Ömər üzünü ona tutub dedi: “Sənin qiraətin düzgün deyildir. Mən belə bir qiraəti heç vaxt eşitməmişəm.” Übeyy ibni Kəb cavabında dedi: “Ey Ömər! Mənim başım həmişə Qurana qarışıb, səninkisə bazarda al-verə.”[6]


Ömərin həmişə bazarda olması səhabələr, kitab və sünnə ilə tanış olanlar üçün məxfi qalmamışdır.


Mənim fikrim budur ki, Ömərin daxilində ruhi bir kin var idi. Belə ki, hətta ən sıravi müsəlmanların bildiyini, əzbərlədiyini o bilmirdi. Digər tərəfdən də kənarında hələ otuz yaşına çatmamış Əli (ə)-ı görürdü ki, hər şeyi bilir, hər şeydə düz hökm verirdi. Ömər onun nəzərini düz sayaraq çarəsiz səhabə qarşısında etiraf edib deyirdi: “Əgər Əli olmasaydı, Ömər bədbəxt olardı.”


Həmçinin görürük ki, bir qadın məscidin arxa səflərindən ayağa qalxıb minbərdə oturmuş Ömərə etiraz edir, hamının hüzurunda qadının “mehriyyə” məsələsində onu məhkum edərək Qurandan dəlil gətirir. Bu vaxt Ömər dilə gəlib: “Ey Ömər! Bütün insanlar, hətta evdar qadınlar belə səndən biliklidir.”


Həqiqət kitabindan seçilmiş hissələr  


 




--------------------------------------------------------------------------------


[1] “Səhihi Buxari”, 8-ci cild, səh. 157, “adab” kitabı, “izn” babıæ “Səhihi Müslüm”, 6-cı cild, səh.


[2] “Səhihi Müslüm”, 6-cı cild, səh. 178.


[3] Yenə orada.


[4] “Səhihi Müslüm”, 1-ci cild, səh. 193, “təyəmmüm” babıæ “Səhihi Buxari”, 1-ci cild, səh. 88


[5] “Elm əhlindən soruşun” kitabında bu haqda geniş danışmışıq, ora müraciət edin.


[6] “Tarixi ibni Əsakir”, 2-ci cild, səh. 597. Eynilə həmin hədisi “Müstədrəkül-vəsail”, “Səhiheyn”, 3-cü cild, səh. 305 və Əbu Davud öz “Sünən”ində, İbni Əsir isə, “Cameul-üsul”da gətirmişdir.

 


Ad
E-mail
*Mətn
Göndər