نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
PEYĞƏMBƏRİN SÜNNƏSİ HƏQİQƏT VƏ XƏYAL ARASINDA(2_ci Hissə) sonnat.net


PEYĞƏMBƏRİN SÜNNƏSİ HƏQİQƏT VƏ XƏYAL ARASINDA(2_ci Hissə)

PEYĞƏMBƏRİN SÜNNƏSİ HƏQİQƏT VƏ XƏYAL ARASINDA(2_ci Hissə)


Həqiqətdə, bu etiraflar haqqı qəbul etməkdən çox öz nadanlığının üstünə pərdə çəkməkdir. O, fürsətdən istifadə edib özünü xalqa təvazökar kimi göstərmək istəyirdi. Bu gün görürük ki, camaatın çoxu bu sözə inanmışdır.


Ömər daxildə olan küdurəti ilə Peyğəmbər (s)-in sünnətini aradan aparmağa çalışırdı. O öz ictihadına əməl edərək Quran və sünnətlə mübarizə aparırdı. Buna çoxlu şahidlər vardır.[1]


Ömərin həyatında axtarış aparsaq, görərik ki, o, Peyğəmbər (s)-in besətindən sonra çox az vaxtını Peyğəmbər (s)-lə keçirərdi. O özü öz haqqında belə deyir: “Mən ənsardan olan qonşularımdan biri ilə Mədinə şəhərinin ətraf məhəllələrində olan Bəni Üməyyə ibni Zeyd məhəlləsində yaşayırdıq. Biz onunla bir gündən bir (bir gün o, o birisi gün isə mən) Peyğəmbərin yanına gəlib təzə xəbərlərdən və nazil olmuş ayələrdən xəbər alıb qayıdır, sonra bir-birimizə danışırdıq.[2]


“Bir gündən bir Peyğəmbərin yanına gəlirdik” – sözündən məlum olur ki, onun evi məsciddən uzaq imiş. Elə buna görə də zamanını iki yerə bölmüşdü. Bir günü Peyğəmbər (s)-ə sərf edir, digər gününü isə istirahət edərək yol uzaq olduğu üçün özünə zəhmət vermirdi! Ya da uzaq deyilmiş, sadəcə olaraq bazarda al-verə məşğul olurmuş.


Hər halda, əgər əvvəldə qeyd olunan rəvayətlərə diqqət yetirsək, bizə yəqin hasil olar ki, o, çox vaxt Peyğəmbər (s)-lə olmamışdır.


Hətta müsəlmanların cəm şəkildə keçirdiyi “fitr” və “qurban” bayramlarında da iştirak etmirdi. Elə buna görə də bəzən heç vaxt ticarətə görə namazdan qalmayan səhabələrdən soruşurdu: “Allah rəsulu “fitr” və “qurban” namazlarında nə oxuyurdu?”


Müslüm öz “Səhih” kitabının “iki bayram namazı” bölümündə Übeydullah ibni Ömərdən nəql edir ki, Ömər ibni Xəttab Əbu Vaqid Leysidən soruşdu: “Peyğəmbər “qurban” və “fitr” namazlarında nə oxuyurdu?”


O cavab verib dedi: “Qaf, vəl-Quranil-məcid” və “İqtərəbətis-saətu vənşəqqəl-qəməru” surələrini.”[3]


Əbu Vaqid Leysi özün nəql etmişdir ki: “Ömər ibni Xəttab məndən soruşdu: Allah Peyğəmbəri bayram namazında hansı surəni oxudu?”


Dedim: “İqtərəbətis-saətu” və “Qaf, vəl-Quranil-məcid”.[4]


Əgər Əbu Vaqid Leysi və Übeydullahın rəvayətlərinin yanına onun öz etirafını qoysaq, nə qədər Peyğəmbərdən uzaq olub bazarda ticarətlə məşğul olması və bir çox sünnət və Quran ayəsindən xəbərdar olmaması məlum olur. Beləliklə, çox fətvalarının üstü açılar, alimlər çaşqınlıqdan çıxar və başa düşərlər ki, nəyə görə Ömər fətva vermişdir ki, cünub olan şəxs su tapmadıqda, namaz qılmamalıdır!


Quran və sünnətdə gəlməsinə baxmayaraq, o, “təyəmmüm” məsələsini bilmirdi. Haqqında ayə nazil olmuş “kəlalə” barəsində özündən cürbəcür fətvalar verirdi, hətta ölənə qədər onun hökmünü bilmədi.[5]


Əgər Ömər ayağını yorğanına görə uzadıb qəzavət üçün lazım olan elmi öyrənsəydi, müsəlmanlar üçün daha yaxşı olardı. Təəssüf olsun ki, belə olmadı, təkəbbürlük göstərərək Allah və Peyğəmbərin halalını haram etdi. Həccin və qadınların mütəsini, “müəllifətu qulubihim”in payını haram etdi. Bir məclisdə üç təlaqın haram olmasına baxmayaraq, Allah və Peyğəmbər (s)-in haramını halal etdi və bir çox daha başqa məsələlər.[6]


Əbu Bəkr və Ömərin ilk gündən Peyğəmbər (s) hədislərinin deyilməsinin qarşısını almalarının əsas səbəbi elə bu idi. Səhabələrin yazıb topladıqları hədisləri də elə buna görə yandırdılar. Onlar bu əməlləri ilə bir neçə məqsəd güdürdülər:


1. Peyğəmbərin Əli (ə) və ailəsi haqqında buyurduqlarını bir kəs eşitməsin və bilməsinæ


2. Onun siyasət və hökmləri ilə zidd olan bütün sünnəti gizlətməkæ


3. Peyğəmbər (s)-in sünnətindən çox az bildiyi üçün bunu ört-bastır etməkæ


Əhməd ibni Hənbəl İbni Abbasdan nəql edib deyir: Ömər ibni Xəttab namazda şəkkin hökmünü bilmədikdə dedi: “Oğlan! Peyğəmbər, ya səhabələrdən eşitmisənmi namazda şəkk olunan zaman nə etmək lazımdır?”[7]


Doğrudan da təəccüblüdür, müsəlmanların xəlifəsi kamil namazın necə qılınmasından xəbərsizdir və onu cavan bir uşaqdan sual edib soruşur. Baxmayaraq ki, bu öz-özlüyündə çox sadə bir əməldir. Hətta savadsız adamlar da onun hökmünü bilirlər. Bundan da təəccüblüsü əhli sünnənin onu ən bilikli səhabə bilməsidir. Həqiqətən, əgər daha savadlısı belə olsa, onda gərək başqaları barədə heç nə danışmayaq.


Bəli, hərdən bəzi səhabələr onunla kiçik müxalifətçilik edirdilər. Lakin işi öz mənfəətlərinə və xilafətə zərbə vuracaq həddə çıxarmırdılar. Necə ki, qabaqda qeyd olan rəvayətlərdə bununla üzləşirik. Ömər də onların qarşısında iftixarla öz sözündən qayıdır. “Bazarda al-ver məni öyrənməkdən saxlamışdır” – deyərək etiraf edirdi. Guya, bu çox böyük bir fəzilət imiş.


İlahi, Əli (ə)-ın sözüylə onun sözündə nə qədər fərq vardır ki, buyurur: “Mənim hər gün Peyğəmbərlə iki dəfə xüsusi görüşüm olardı, biri səhər, biri də axşam.”


Bu, Əli (ə)-ın Peyğəmbərlə olan xüsusi görüşünə işarədir. Bundan əlavə, hamı ilə birgə o, Peyğəmbərin hüzuruna yetişirdi.


Əli (ə) Peyğəmbərə hamıdan yaxın idi. Doğulduğu gündən Peyğəmbər (s)-in yanında xüsusi diqqət və ehtirama nail idi. O, Peyğəmbərin qucağında böyümüşdü və böyüdükcə “necə ki, dəvə balası anasından ayrılmaz və onun arxasınca gedər” ondan ayrılmırdı, hər yerdə onunla idi. İlk dəfə Həra dağında ayə nazil olduğu zaman, o, Peyğəmbərin yanına get-gəl edirdi. Sanki nübüvvətdən qidalanıb, Peyğəmbərin sünnə və elmi ilə böyümüşdü.


Sünnəyə ondan da yaxın kim idi? Əgər düşmənçilik edənlər haqqa qayıdıb insaflı olsalar, görərlər ki, heç kəs Əli (ə)-la qarşı-qarşıya dura bilməz.


Bu özü şəhadət verir ki, O, – Allahın salamı ona olsun! – eləcə də onun şiə və ardıcılları sünnənin sirləri və nişanələridirlər. Lakin başqaları Peyğəmbər (s)-in sünnəsindən bu qədər bəhrə aparmamış, hətta uzaq qalmışlar. Cəhalət üzündən də özlərini “əhli-sünnə” adlandırmışlar.


Biz bu kitabın gələcək bəhslərində Allahın köməyi ilə mətləbi daha geniş surətdə açıqlayacağıq. Necə ki, Quran buyurur:


“Ya əyyuhəlləzinə amənu ittəqullah, qulu qəvlən sədidən yuslih ləkum əmaləkum və yəğfir ləkum zunubəkum...”


“Ey iman gətirənlər! Təqvalı olun, möhkəm söz deyin ki, O sizin işinizi sahmana salar, günahınızı bağışlar. Hər kəs Allah və Peyğəmbərə itaət etsə, böyük fəzilətə nail olmuşdur.”


 


Mənbəyi: Həqiqət kitabindan seçilmiş hissələr


 


 




--------------------------------------------------------------------------------


[1] Mən bəzi bu şahidləri “Düz danışanlarla birlikdə” və “Zikr əhlindən soruşun” kitablarında gətirmişəm.


[2] “Səhihi Buxari”, 1-ci cild, səh. 31, “elm” kitabı.


[3] “Sünəni Beyhəqi”, 3-cü cild, səh. 294æ “Səhihi Müslüm”, 3-cü cild, səh. 21, “namaz” kitabı.


[4] “Səhihi Müslüm”, 3-cü cild, səh. 21, “namaz” kitabı.


[5] Seyyid Əbdül-Hüseyn Şərəfuddin Musəvi Amilinin “Quran müqabilində ictihad” kitabına bax.


[6] “:ənzül-ümmal”, 11-ci cild, səh. 57. Beyhəqi öz “Sünən”ində sənədlə gətirmişdir ki: Ömər Peyğəmbərdən soruşdu: Babası və neçə qardaşı qalmış ölünün irsi necə bölünür? Peyğəmbər buyurdu: Nə üçün bunu soruşursan? Mən elə bilirəm ki, sən ölüncə onun məsələsini bilməyəcəksən. Səid ibni Müseyyib deyir: Ölüncə onun hökmünü bilmədi.


[7] “Müsnədi Əhməd ibni Hənbəl”, 1-ci cild, səh. 190.

 


Ad
E-mail
*Mətn
Göndər