نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Allah övlİyalarInIn təvəllüdünü bayram KeÇİrməK bİd`ət, yaxud şİrKdİrmİ? sonnat.net


Allah övlİyalarInIn təvəllüdünü bayram KeÇİrməK bİd`ət, yaxud şİrKdİrmİ?

Allah övlİyalarInIn təvəllüdünü bayram KeÇİrməK bİd`ət, yaxud şİrKdİrmİ?

Cavab: Allahın layiqli və saleh bəndələrinin xatirəsini əzizləmək, o cümlədən onların təvəllüd günlərini bayram keçirməyin əql sahibləri nəzərindən bəyənilən bir iş olmasına baxmayaraq bu barədə hər növ şübhənin aradan qaldırılması üçün onun şər`ən icazə verilən bir iş olmasının dəlillərini qeyd edirik:


1-Bu kimi mərasimlərin keçirilməsi onlara məhəbbət izhar etmək üçündür.


Qur`an Peyğəmbəri Əkrəm (s.ə.v.v) və onun Əhli-beyti ilə dostluq göstərib onlara məhəbbət bəsləməyi müsəlmanlara əmr edib buyurur:


قُل لَّا اَسْاَلُكُمْ عَلَيْهِ اَجْرًا اِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَي


“(Ey Peyğəmbər,) de: Mən sizdən ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.”[1]


Şübhəsiz, ilahi övliyaların təvəllüd münasibətləri ilə əlaqədar bayram keçirmək insanların onlara eşq və məhəbbətlərinin cilvəsidir ki, bu da Qur`an nəzərindən qəbul olunur.


2-Bu mərasimlərin keçirilməsi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə hörmət və tə`zimdir.


Qur`an Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə kömək etməkdən əlavə, onun məqamını yüksək dəyərləndirməyi də səadət və xoşbəxtlik amili kimi qeyd edir:


فَالَّذِينَ آمَنُواْ بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ اُنزِلَ مَعَهُ اُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ


“O kəslər ki, Peyğəmbərə iman gətirib onu əzizlədilər və ona kömək etdilər, ona göndərdiyimiz nura itaət etdilər, məhz onlar nicat tapanlardır.”[2]


Bu ayədən aydın olur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-i əzizləmək islam nəzərindən bəyənilən bir işdir, eləcə də onun əziz xatirəsini canlandıran mərasimlərin, o həzrətin yüksək məqamını xatırladan mərasimlərin keçirilməsi də Allahın razı olduğu işlərdir. Çünki bu ayədə nicat tapanlar üçün dörd sifət bəyan edilmişdir:


a) İman: “Əlləzinə amənu bihi” – yə`ni o kəslər ki, ona iman gətirmişlər.


b) Onun nuruna itaət etmək: “Vəttəbəun-nurəlləzi unzilə məəhum”: ona nazil olunan nura itaət edərlər.


v) Ona kömək etmək: “və nəsəruhu” ona kömək etdilər.


q) Peyğəmbər (s.ə.v.v)-in məqamına tə`zim etmək və ehtiram göstərmək: “və əzzəruhu” onu əzizlədilər.


Deməli, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə ehtiram göstərmək və ona tə`zim etmək – ona iman gətirib kömək etmək və göstərişlərinə əməl etməkdən əlavə – zəruri bir işdir və Peyğəmbər (s.ə.v.v)-i əzizləmək “vəəzzəruhu” ifadəsinə əməl yetirməkdir.


3-Bu kimi mərasimlərin keçirilməsi Allah-Taalaya tabe olmaqdır.


Allah-taala Peyğəmbər (s.ə.v.v)-i tə`rifləyərək buyurur:


وَ رَفَعْنَا لَكَ ذِكْرَكَ


“Sənin adını dünyada yüksəltdik.”[3]


Bu şərif ayədən mə`lum olur ki, Allah-Taala Peyğəmbər (s.ə.v.v)-in əzəmət və cəlalının bütün dünyada yayılmasını istəyir və Özü də Qur`an ayələrində onu tə`rifləyir.


Biz də öz asimani kitabımıza tabe olaraq böyük, əzəmətli mərasimlər təşkil etməklə kamal və fəzilət nümunəsi olan o böyük şəxsiyyətin məqamını əzizləyir və bu yolla da aləmlərin Pərvərdigarına tabe olmuş oluruq. Aydındır ki, bu mərasimləri keçirməkdə müsəlmanların əsas hədəfi Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in şə`nini yüksək tutmaqdan başqa bir şey deyildir.


4-Vəhyin nazil olması süfrənin nazil olmasından heç də az deyil.


Qur`ani-Məcid ilahi peyğəmbər olan İsanın dilindən belə hekayət edir:


قَالَ عِيسَي ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا اَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيداً لِّاَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ وَارْزُقْنَا وَاَنتَ خَيْرُ الرَّازِقِينَ


“İsa ibni Məryəm dedi: Pərvərdigara, ey bizim Rəbbimiz, bizə asimandan bir süfrə göndər ki, bizim hamımız üçün bayram, Sənin tərəfindən bir nişanə olsunæ bizə ruzi ver, çünki sən ruzi verənlərin ən yaxşısısan.”[4]


Həzrəti İsa (ə) Allahdan istəyir ki, onlara asimani bir süf-rə nazil etsin və onun nazil olma gününü bayram keçirsinlər.


Biz soruşuruq: Əziz bir ilahi peyğəmbər asimani süfrə olan, insanın sadəcə cismi cəhətdən ləzzət almasına səbəb olan bir ruzinin nazil olmasını bayram keçirirsə (və bu iş şirk və bid`ət sayılmırsa) dünya müsəlmanlarının ilahi vəhy nazil olmasını, bütün insanların xilaskarı və bəşər cəmiyyətinə yeni həyat verən bir şəxsin – Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in milad gününü bayram keçirməsi şirk və bid`ət sayılarmı?!


5-Müsəlmanların adət-ən`ənəsi


İslam dini ardıcılları qədim dövrlərdən e`tibarən Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əziz xatirəsinin dirçəldilməsi üçün təşkil etdikləri mərasimi davam etdirmişlər. Hüseyn ibni Məhəmməd Diyar Bəkri “Tarixul-Xəmis” kitabında belə yazır:


وَ لَا يَزَالُ اَهْلُ الاِسْلَامِ يَحْتَفِلُونَ بِشَهْرِ مَوْلُودِهِ عَلَيْهِ السَّلَامُ وَ يَعْمَلُونَ الْوَلَائِمَ وَ يَتَصَدَّقُونَ فِي لَيَالِيهِ بِاَنْوَاعِ الصَّدَقَاتِ وَ يُظْهِرُونَ السُّرُورَ وَ يَزِيدُونَ فِي الْمَبَرَّاتِ وَ يَعْتَنُونَ بِقِرَائَةِ مَوْلِدِهِ الْكَرِيمِ وَ يطْهر عَلَيْهِمْ مِنْ بَرَكَاتِهِ كُلَّ فَضْلٍ عَمِيمٍ


“Dünya müsəlmanları tarix boyu Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in doğum ayında bayram keçirir, bu ayın gecələrində ehsan və sədəqə verir, şadlıq keçirir, müxtəlif yaxşılıqlar edir, onun təvəllüd münasibətilə şe`r oxuyurlaræ bu işlərlə onun hərtərəfli rəhmət və bərəkəti hamıya aşkar olur.”[5]


Deməli, Qur`an və müsəlmanların adət-ən`ənəsindən ilahi övliyaların əziz xatirələrini dirçəltmək üçün keçirilən mərasimlərin caiz və layiqli bir iş olması barəsində ümumi bir hökm əldə olunur. Beləliklə Allah dərgahında əziz olan şəxsiyyətlərin təvəllüdlərini bayram keçirməyi şirk və bid`ət hesab edənlərin sözlərinin tam əsassız olduğu aydın olur. Çünki bid`ət o şeydir ki, xüsusi, yaxud ümumi şəkildə, Qur`an və sünnədən istifadə edilmədən bir şey icazə verilmiş olsun, halbuki Qur`an ayələrindən, müsəlmanların əbədi adət-ən`ənələrindən qeyd olunan məsələnin külli hökmü əldə olundu. Həmçinin bu mərasimlər yalnız Allahın layiqli bəndələrinə ehtiram göstərmək, eləcə də onların Allahın bəndələri və Allaha ehtiyaclı olmalarına e`tiqad bəsləməklə keçirilir. Deməli qeyd olunan əməl tovhid və yeganəpərəstliklə tamamilə uyğundur və ilahi övliyaların təvəllüdləri ilə əlaqədar bayram mərasimi keçirməyin şirk olduğunu deyənlərin sözləri tam əsassızdır.


 


 




--------------------------------------------------------------------------------


[1] “Şura” surəsi, ayə:23


[2] “Ə`raf” surəsi, ayə:157


[3] “İnşirah” surəsi, ayə:4


[4] “Maidə” surəsi, ayə:114


[5] “Tarixul-Xəmis” (Hüseyn ibni Muhəmməd ibni Həsən Diyar Bəkri), Beyrut çapı, 1-ci cild, səh.223

 


Ad
E-mail
*Mətn
Göndər