نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Həqİqİ şəfaətÇİlərdən şəfaət İstəməK şİrKdİrmİ? sonnat.net


Həqİqİ şəfaətÇİlərdən şəfaət İstəməK şİrKdİrmİ?

Həqİqİ şəfaətÇİlərdən şəfaət İstəməK şİrKdİrmİ?

Sualın izahında deyilməlidir ki, şəfaət Allaha məxsus olan bir haqqdır. Qur`anda bu barədə buyurulur:


قُلْ لِلّهِ الشَّفَاعَةُ جَمِيعًا


“De: Şəfaət haqqı bütünlüklə Allaha məxsusdur.”[1]


Deməli, Allahdan başqasından şəfaət istəmək Allahın mütləq haqqını Onun bəndəsindən istəməkdir və belə istək də həqiqətdə Allahdan başqasına pərəstiş – şirk olub ibadətdə tovhidlə uyğun gəlmir.


Cavab: Sualda şirk dedikdə Allahın zatında, xaliqiyyətində və ya tədbirində şərik qoşmaq deyil, təbiidir ki, ibadət və pərəstişdə Ona şərik qoşmaq iddia olunur. Aydındır ki, bu məsələnin bəyanı ibadətin və pərəstişin dəqiq təfsirinə bağlıdır. Bildiyimiz kimi, ibadətin mə`nasının təfsiri bizim ixtiyarımıza verilməmişdir ki, məxluq qarşısında hər növ xüzu və bəndədən bir şey istəmək ibadət hesab olunsun.


Qur`an buyurur ki, mələklər Adəmə səcdə etdilər:


فَاِذَاسَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ فَسَجَدَالْمَلَائِكَةُ كُلُّهُمْ اَجْمَعُون


“Onun xilqətini kamil etdikdə, ona Öz ruhumuzdan üfürdükdə (mələklərə əmr etdik:) ona səcdə edin, hamısı səcdə etdilər.”[2]


Eyni halda bu səcdənin Allahın fərmanı ilə olmasına baxmayaraq mahiyyət baxımından Adəmə ibadət etmək deyildi. Çünki Allah heç vaxt belə bir işə (Adəmə iadət etməyə) fərman verməz.


Həmçinin həzrət Yə`qubun övladları və hətta onun özü belə Yusifə səcdə etdi:


وَرَفَعَ اَبَوَيْهِ عَلَي الْعَرْشِ وَخَرُّواْ لَهُ سُجَّدًا


“O, atasını və anasını taxtda oturtdu və onlar ona (Yusüfə) səcdə etdilər.”[3]


Əgər belə bir xüzu (tə`zim, ehtiram) Yusifə pərəstiş və ibadət olsaydı nə ismət məqamına malik olan Yə`qubun özü bu işi görər və nə də övladlarının bu işi görməsinə razı olardı. Halbuki səcdədən yüksək bir xüzu yoxdur.


Deməli, xüzunun və ya başqasından kömək istəməyin məfhumunu ibadətin mə`nasından ayırmalıyıq. İbadət və pərəstişin həqiqəti budur ki, insan hər hansı bir varlığı özünə mə`bud seçsin, onun qarşısında ibadət etsin, yaxud hər hansı bir varlığı Allahın məxluqu hesab etsin, bununla belə Allahın dünyanı idarə etmək, günahları bağışlamaq kimi işlərinin o məxluqa həvalə edildiyini güman etsin. Amma əgər bizim hər hansı bir şəxsin qarşısında tə`zim etməyimiz onun ilahiləşdirilməsi, yaxud Allaha aid olan işlərin ona həvalə edilməsi əsasında olmazsa belə bir ehtiram və tə`zim mələklərin Adəm qarşısında, Yə`qubun övladlarının Yusifin müqabilində tə`zim və ehtiram etmələrindən başqa bir şey olmayacaqdır.


Sualın fərz olunduğu halda da demək lazımdır ki, hər vaxt şəfaət haqqının həqiqi şəfaətçilərə həvalə edildiyini, onların heç bir qeyd-şərt olmadan şəfaət etmələrini və bəndələrin günahlarını bağışlatmalarını təsəvvür etsək belə bir e`tiqad şirk olacaqdır. Çünki bu halda Allahın işini Ondan başqasından istəmiş oluruq. Amma əgər Allahın pak bəndələrindən bə`zilərinin şəfaət məqamına malik olmadan müəyyən hüdudlarda günahkarların barəsində şəfaət etmə haqqına malik olmalarını və onun da ən mühüm şərtinin Allahın razılığı və izni olduğunu fikirləşsək bu halda belə bir şəfaətin saleh bir bəndədən istənilməsi onun mə`bud hesab edilməsini, eləcə də Allahın işlərinin ona həvalə edilməsini gərəkli etmiræ əksinə bu, bir iş şə`ninə yaraşan şəxsdən həmin işi istəməkdir.


Tarixdən mə`lumdur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in həyatında günahkarlar günahlarının bağışlanması üçün o həzrətin hüzuruna gəlir və o həzrət də onlara şirk nisbəti vermirdi. İbni Macənin “Sünən” kitabında Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən belə rəvayət olunur:


اَتَدْرُونَ مَا خَيَّرَنِي رَبِّي اللّيْلَةَ؟ قُلْنَا اللّهُ وَ رَسُولُهُ اَعْلَمُ قَالَK فَاِنَّهُ خَيَّرَنِي بَيْنَ اَنْ يَدْخُلَ نِصْفُ اُمَّتِي الْجَنَّةَ وَ بَيْنَ الشَّفَاعَةِ فَاخْتَرْتُ الشَّفَاعَةَ قُلْنَا يَا رَسُولَ اللّهِ اُدْعُ اللّهَ اَنْ يَجْعَلَنَا مِنْ اَهْلِهَا قَالَ هِيَ لِكُلِّ مُسْلِمٍ


“Bilirsinizmi ki, Allah bu gecə məni hansı şeyləri seçməkdə ixtiyar sahibi etdi?” Dedilər: “Allah və Onun Peyğəmbəri daha yaxşı bilər.” Buyurdu: “O, məni iki işin hansı birini seçməkdə ixtiyar sahibi etdi: Mənim ümmətimin yarısını behiştə daxil etmək və şəfaət etmək. Mən şəfaəti seçdim.” Biz dedik: “Ey Peyğəmbər, öz Pərvərdigarından istə, bizi şəfaətə layiqli etsin.” Buyurdu: “Şəfaət hər bir müsəlman üçün olacaq.”[4]


Bu hədisdə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dostları aşkar şəkildə onlara şəfaət etməsini istəyir və “udullahə...” deyirlər.


Qur`an buyurur:


وَلَوْ اَنَّهُمْ اِذ ظَّلَمُواْ اَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا


“Və əgər onlar özlərinə zülm etdikləri zaman sənə tərəf gəlib Allahdan bağışlanmaq istəsələr və Allahın Rəsulu da onlar üçün bağışlanmaq istəsə Allahın tövbələri qəbul edən və mehriban (olduğunu) görərlər.”[5]


Başqa bir ayədə Yə`qubun (ə) övladlarının dilindən buyurulur:


قَالُواْ يَا اَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا اِنَّا كُنَّا خَاطِئِينَ


“(Yə`qubun övladları) dedilər: Ey ata, Allahdan bizim günahlarımız üçün məğfirət (bağışlanmaq) istə, həqiqətən biz xətakarlardan olduq.”[6]


Həzrəti Yə`qub (ə) da onlar üçün istiğfar etmək və`dəsi verdi və heç vaxt onları şirklə müttəhim etmədi:


قَالَ سَوْفَ اَسْتَغْفِرُ لَكُمْ رَبِّيَ اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ


“(Yə`qub) dedi: Tezliklə Rəbbimdən sizin üçün məğfirət istəyəcəyəm, həqiqətən O, bağışlayan və mehribandır.”[7]


 


 


--------------------------------------------------------------------------------


[1] “Zumər” surəsi, ayə:44


[2] “Sad” surəsi, ayə:72-73


[3] “Yusif” surəsi, ayə:100


[4] “Sünəni ibni Macə”, 2-ci cild, “Zikruş-şəfaət” babı, səh.586


[5] “Nisa” surəsi, ayə:64.


[6] “Yusif” surəsi, ayə:97


[7] “Yusif” surəsi, ayə:98

 


Ad
E-mail
*Mətn
Göndər