نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Nə üÇün İmamət məqamI rİsalət məqamIndan üstündür? sonnat.net


Nə üÇün İmamət məqamI rİsalət məqamIndan üstündür?

Nə üÇün İmamət məqamI rİsalət məqamIndan üstündür?

Cavab: Bu suala cavab vermək üçün əvvəlcə nübüvvət, risalət və imamət kəlmələrinin Qur`anda gəldiyi kimi hər birinin ayrılıqda dəqiq mə`nasını izah edirik ki, imamət məqamının bu iki məqamdan nə üçün üstün olması aydın olsun.


1-Nübüvvət məqamı


“Nəbi” kəlməsi “mühüm və böyük xəbər” mə`nasını ifadə edən “nə-bə-ə” kökündən alınmışdır. Buna görə də “nəbi” kəlməsinin mə`nası “böyük xəbər daşıyan şəxs”, “böyük xəbər verən şəxs” deməkdir. Peyğəmbər mə`nasını ifadə edən nəbi kəlməsi Qur`an terminində elə bir insana deyilir ki, Allahdan müxtəlif yollarla ilahi vəhyi alır, heç bir insanın vasitə olmadığı halda Allah tərəfindən xəbər verir. Alimlər bu kəlmənin tə`rifini belə vermişlər:


اِنَّهُ مُؤَدٍّ مِنَ اللّهِ بِلَا وَاسِطَةٍ مِنَ الْبَشَر


“Nəbi o kəsdir ki, başqa bir insanın vasitəçiliyi olmadan Allahın vəhyini insanlara çatdırsın.”[1]


Deməli, nəbinin vəzifəsi ilahi vəhyin bəyan olunma çərçivəsindədir və ona ilham olunanları camaata bəyan etməklə məhdudlanır. Qur`an bu barədə buyurur:


فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَ مُنْذِرِينَ


“Allah, peyğəmbərləri müjdə verənlər və qorxudanlar olaraq seçdi (göndərdi).”[2]


2-Risalət məqamı


Vəhy terminində “rəsul” kəlməsi o peyğəmbərlərə deyilir ki, vəhyi almaq və Allah tərəfindən xəbər verməkdən əlavə, ilahi risaləti təbliğ etmək məs`uliyyətini də (Allah tərəfindən) öz öhdəsinə alsın, bu risaləti insanlara çatdırsın. Qur`ani-Məcid bu barədə buyurur:


فَاِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُواْ اَنَّمَا عَلَي رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ


“Əgər (haqdan) üz döndərsəniz bilin ki, Bizim Rəsulumuzun (Peyğəmbərin) risaləti aydın şəkildə bəyan etməkdən əlavə heç bir mə`muriyyəti yoxdur.”[3]


Deməli, risalət məqamı nəbiyə əta olunan digər məqamdır. Başqa sözlə desək, nübüvvət və risalət məfhumlarının hər biri Allah tərəfindən vəhy əldə edən peyğəmbərlərin xüsusiyyətlərinin birinə işarə edir. Belə ki, peyğəmbərlər vəhyi alır, vəhy daşıyıcıları olduğuna görə nəbi adlanır, həmçinin peyğəmbərliyi (risaləti) təbliğ etmək vəzifəsini öhdələrinə aldıqlarına görə isə rəsul adlandırılır.


Qeyd olunanlardan belə nəticə alınır ki, peyğəmbərlər nübüvvət və risalət çərçivəsində qərarlaşana qədər yalnız insanlara halal-haramı e`lan edir, onları düz yola hidayət edən xoşbəxtlik və səadət yollarını göstərirlər. Onların Allah tərəfindən xəbər vermək, yaxud onların öhdəsinə qoyulan vəzifəni yerinə yetirməkdən başqa heç bir mə`muriyyət və məs`uliyyətləri yoxdur.


3-İmamət məqamı


Qur`an nəzərindən ilahi imamət məqamı yuxarıda qeyd olunan iki məqamdan tamamilə fərqlənir, o, bəşər cəmiyyətlərinə rəhbərlik və onların işlərini tədbir etmək kimi daha geniş ixtiyarlara malikdir. İndi nurani Qur`an ayələrinə istinad edərək bu məsələ ilə əlaqədar aşkar dəlillərimizi nəzərinizə çatdırırıq:


1-Qur`ani-Kərim böyük ilahi peyğəmbər olan İbrahim Xəlilə imamət məqamının verilməsini belə bəyan edir:


وَاِذِ ابْتَلَي اِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَاَتَمَّهُنَّ قَالَ اِنِّي جَاعِلُكَ لِلنَّاسِ اِمَامًاقَالَ وَمِنْ ذُرِّيَّتِي


“Yada sal o zamanı ki, böyük Allah Öz peyğəmbəri İbrahimi bir neçə imtahanla sınaqdan keçirtdi, o da ilahi imtahanlardan üzüağ çıxdı, bu zaman Allah buyurdu: “Mən səni insanlara imam və rəhbər qərar verirəm.” İbrahim dedi: Bu rəhbərliyi mənim övladlarıma da əta edərsənmi?...”[4]


Bu kəlamdan iki həqiqət aşkar olur:


a) Qeyd olunan ayə imamətin nübüvvət və risalət məfhumundan fərqləndiyini göstərir. Çünki İbrahim (ə) bu ilahi imtahanlardan öncə (onlardan biri də övladını qurban etmək barədə qərara gəlməsi idi) uzun illər nübüvvət məqamında idi. Bu da aşağıdakı dəlillə isbat olunur:


İbrahim qocaman yaşlarında olanda böyük Allah ona övlad (İsmaili və İshaqı) əta etdi. Qur`an onun dilindən nəql edərək belə buyurur:


اَلْحَمْدُ لِلّهِ الَّذِي وَهَبَ لِي عَلَي الْكِبَرِ اِسْمَاعِيلَ وَ اِسْحَقَ


“Həmd olsun o Allaha ki, qocalıq dövründə mənə İsmaili və İshaqı əta etdi.”[5]


Deməli, ilahi imtahanlardan biri olan İsmailin Allah yolunda qurbanlıq edilməsi ardınca böyük imamət məqamı İbrahimə verildi. O, bu imtahanı ömrünün son çağlarında vermiş və insanlara imam seçilmişdi, halbuki ondan əvvəl uzun müddət nübüvvət məqamında idi. (Çünki o, övlad sahibi olmazdan əvvəl nübüvvət nişanəsi olan ilahi vəhy ona nazil olmuşdu.)[6]


b) Həmçinin “və izibtəla İbrahimə Rəbbuhu bi kəlimatin” ayəsindən mə`lum olur ki, ilahi imamət və cəmiyyətə rəhbərlik məqamı nübüvvət və risalətdən çox-çox yüksək bir mərtəbədir. Çünki Qur`anın bəyan etdiyi kimi, həzrəti İbrahim (ə) nübüvvət və risalət məqamına çatdıqdan, ağır imtahanlardan çıxıb üzü ağ olduqdan sonra imamət məqamı ona verilir. Səbəbi də aydındıræ çünki ilahi imamət məqamı vəhyin əxz olunub risalətin insanlara təqdim olunması vəzifəsindən əlavə, ümmətə rəhbərlik və cəmiyyətin işlərinin düzgün şəkildə idarə olunmasını, onların kamal və səadətə çatdırılmasını da öhdəsinə alır. Təbiidir ki, belə bir məqam xüsusi əzəmətə malikdir ki, ona nail olmaq ardıcıl və ağır imtahanlardan çıxmadan mümkün deyildir.


2-Yuxarıdakı ayədən mə`lum olur ki, İbrahim (ə)-in qarşısına çıxan ağır imtahanlardan başı uca çıxdıqdan sonra Mütəal-Allah cəmiyyətə rəhbərlik və imamət məqamını ona vermişdir. Bu zaman İbrahim (ə) Allahdan o məqamın öz övladlarında da olmasını istəmişdi.


Qur`anın digər bir ayəsinə əsasən mə`lum olur ki, Mütəal-Allah İbrahim (ə)-ın istəyini qəbul etmiş, nübüvvət məqamından sonra cəmiyyətin rəhbərliyini və ümmətə hakimiyyəti də onun saleh övladlarına əta etmişdir. Qur`an bu barədə buyurur:


فَقَدْ آتَيْنَآ آلَ اِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا


“Biz İbrahim övladlarına (asimani) kitab, hikmət və böyük bir hakimiyyət əta etdik.[7]


Bu ayədən mə`lum olur ki, imamət və cəmiyyətə rəhbərlik nübüvvətdən tamamilə fərqli olan bir məqamdır ki, Mütəal-Allah onu Öz peyğəmbəri İbrahimə, ağır imtahanları verdikdən sonra əta etmişdir. İbrahim (ə) Allahdan bu mənsəbi – cəmiyyətə hökuməti və rəhbərliyi öz övladlarında da qərar verməsini istədikdə Allah bu yüksək məqamın onun övladlarından ədalətli olanlarda qalmasını qəbul etdi və onlara asimani kitab, risalət və nübüvvət rəmzi olan hikmət və böyük mülk (rəhbərlik və hakimiyyət) əta etdi. Beləliklə, İbrahim (ə)-ın istəyi və duası qəbul olundu. Buna görə də onun zürriyyəsindən bə`ziləri, o cümlədən Yusif, Davud, Sü-leyman və s. nübüvvət məqamından əlavə, cəmiyyətə rəhbərlik və hökumət məqamına da çatmışdılar. Deməli, imamət məqamı nübüvvət və risalətdən başqa bir məqa-mdır, onun ixtiyar və mə`suliyyətlərinin geniş olmasına görə çox yüksək dəyərə və üstün mövqeyə malikdir.


İMAMƏT MÖVQEYİNİN ÜSTÜNLÜYÜ

Yuxarıda deyilənlərdən aydın olur ki, nəbi və rəsulun əhatə dairəsi nübüvvət və risalətin daşıyıcıları olması baxımından yalnız təzəkkür vermək və yolu işıqlandırmaqdır. Hərgah nəbi, yaxud rəsul imamət məqamına çatsalar daha böyük və ağır mə`suliyyətləri öhdələrinə almış olurlar, bunun ardınca da nümunəvi və səadətli cəmiyyət yaratmaq üçün müqəddəs şəriət qanunlarını icra etməyə və ilahi proqramları həyata keçirməyə vəzifəli olurlar ki, öz ümmətlərini hər iki dünyanın xoşbəxtliyi olan bir yolda qərar versinlər.


Aydındır ki, belə böyük və ağır mə`suliyyətləri qəbul etmək böyük mə`nəvi əzəmət, qüdrət və xüsusi ləyaqət tələb edir. Daim təmayüllərlə mübarizəni tələb edən, üzü-cü çətinliklərlə yanaşı olan bu vəzifə Allah yolunda daha artıq ürəyiyananlığı, yüksək dərəcədə səbirliliyi gərəkli edir və bu da Allah eşqi olmadan, Onun razılığını cəlb etmədən mümkün deyildir. Buna görə də Öz layiqli bən-dələrinin ən fəzilətlisini, yə`ni islam Peyğəmbərini ümmə-tə rəhbərlik və imamət məqamına seçərək onu iftixarlı etdi, cəmiyyətə rəhbərliyi və hökuməti onlara əta etdi.


NÜBÜVVƏTlə İMAMƏT BİR-BİRİNİ GƏRƏKLİ EDİRMİ?

Bu sualın cavabının ardınca digər bir sual irəli çıxır: O da bundan ibarətdir ki, nübüvvət məqamına çatan hər bir peyğəmbər hökmən imam da olmalıdır və yaxud imamət məqamına malik olan bir şəxs mütləq peyğəmbər də olmalıdırmı?


Bu sualın cavabı mənfidir. İndi bu məsələni vəhy əsasında izah edirik. Qur`andakı Talut və onun zalım Calutla mübarizəsi ilə əlaqədar olan ayələrdən aydın olur ki, həzrəti Musanın vəfatından sonra Mütəal-Allah nübüvvət məqamını İşmuil adlı bir şəxsə əta etdi, halbuki imamət, rəhbərlik və hökuməti Talutun öhdəsinə qoymuşdu. Hadisə belə olmuşdu:


Musanın vəfatından sonra Bəni-İsraildən bir qrupu öz əsrinin peyğəmbərinə dedilər: Bizim üçün bir rəhbər tə`yin et ki, onun sərkərdəliyi altında cihad edək. Peyğəmbərləri onlara dedi:


اِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوَاْ اَنَّي يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَ نَحْنُ اَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَ لَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ قَالَ اِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَ زَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَ اللّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ وَ اللّهُ وَاسِعٌ عَلِيمٌ


“Həqiqətən Allah Talutu sizin üçün rəhbər tə`yin etdi. Bəni-İsrail qövmü dedi: Necə o bizə sərkərdə ola bilər, halbuki bu işə biz daha artıq layiqik və onun çoxlu mal-dövləti, sərvəti yoxdur?! Peyğəmbərləri dedi: Böyük Allah onu sizə seçmiş, ona daha artıq elm və fiziki qüvvə əta etmişdir. Allah Öz mülkünü, istədiyi hər kəsə əta edər. Allah geniş ehsan və elm sahibidir.”[8]


Bu ayədən aşağıdakı məsələlər aydın olur:


1-Müəyyən məsləhətlər nübüvvətin imamətdən və rəhbərlikdən ayrı olmasını tələb edə bilər, eyni bir zamanda nübüvvət bir kəsin, ümmətə rəhbərlik isə başqa bir şəxsin ola bilər və hər biri ona verilən mənsəb ilə əlaqədar ləyaqətə malik ola bilər. Bu iki məqamın bir-birindən ayrılması mümkün olduğuna görə Bəni-İsrail heç vaxt “ey Peyğəmbər, sən ondan daha layiqlisən” - deyə e`tiraz etmədilər, əksinə e`tiraz məqamında sadəcə olaraq “biz ondan daha artıq layiqik” - dedilər.


2-Talutun bu məqamını Allah ona bağışlamışdı. Çünki ayədə “Allah Talutu sizə rəhbər seçdi”, eləcə də “Allah onu sizə seçmişdir” – deyə buyurulur.


3-Talutun ilahi məqam və mənsəbi orduya sərkərdəlikdə xülasələnmirdiæ əksinə o, Bəni-İsrail qövmünün rəhbəri və sərkərdəsi idi (çünki məlik–hakimiyyəti öhdəsinə alan şəxsə deyilir). O gündə bu rəhbərlikdən məqsədin Bəni-İsrailə Allah yolundakı cihadda rəhbərliyi olmasına baxmayaraq, onun bu ilahi məqamı ona sair işləri də görməyə icazə verirdi ki, hamısı da hökumət işlərindən idi. Çünki həmin ayənin sonunda buyurulur:


اِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا


“Allah Öz mülkünü istədiyi hər kəsə bağışlayır.”


4-Cəmiyyətə, ümmətə imamət və rəhbərliyin ən mühüm şərti çoxlu elmə, fiziki və mə`nəvi cəhətdən kifayət qədər qüdrətə malik olmaqdır, xüsusilə o dövrün rəhbərləri ordu ilə birlikdə hərəkətdə və fəaliyyətdə olmalı idi.[9]


Deməli, nübüvvətlə imamət bir-birini gərəkli etmiræ bə`zən bir insan nübüvvət məqamına çata bilər, lakin ümmətin rəhbərliyini öhdəsinə almaq vəzifəsinə malik olmaya biləræ yaxud bir şəxs Allah tərəfindən ümmətə rəhbər tə`yin oluna bilər, amma peyğəmbər olmaya bilər. Bə`zən Mütəal-Allah hər iki məqamı ləyaqəti olan bir şəxsə əta edir. Qur`anda buyurulur:


فَهَزَمُوهُمْ بِاِذْنِ اللّهِ وَقَتَلَ دَاوُدُ جَالُوتَ وَ آتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاءُ


“Talutun ordusu Calutun ordusunu darmadağın etdi və bu zaman Davud peyğəmbər Calutu öldürdü. Allah ona (peyğəmbərlikdən əlavə) cəmiyyətin rəhbərliyini və hikməti əta etdi, istədiyi şeyləri ona öyrətdi.”[10]


 


 


--------------------------------------------------------------------------------


[1] “Rəsailul-əşr” (Şeyx Tusi), səh.111


[2] “Bəqərə” surəsi, ayə:213


[3] “Maidə” surəsi, ayə:92


[4] “Bəqərə” surəsi, ayə:124


[5] “İbrahim” surəsi, ayə:39


[6] Bu barədə “Saffat” surəsinin 99-102, “Hicr” surəsinin 53-54, “Hud” surəsinin 70-71-ci ayələrinə müraciət edin.


[7] “Nisa” surəsi, ayə:55


[8] “Bəqərə” surəsi, ayə:247


[9] Ustad Cə`fər Sübhaninin “Mənşuri Cavid – Qur`an” kitabından


[10] “Bəqərə” surəsi, ayə:251

 


Ad
E-mail
*Mətn
Göndər