نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
"Prezidentə 100 minlik müraciət"ə rəsmi reaksiya varmı? sonnat.net


"Prezidentə 100 minlik müraciət"ə rəsmi reaksiya varmı?





2011-ci ilin yayında Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin keçirdiyi “Prezidentə 100 minlik müraciət” kampaniyasına heç bir rəsmi münasibət yoxdur


Mərkəz rəhbəri İlqar İbrahimoğlu yanvarın 10-da “Media forum” saytına belə deyib.


“İmzala ki, təhsil alaq” şüarı ilə aparılmış kampaniya ərzində 132 mindən artıq imza toplanıb. Kampaniyaya ilahiyyatçılar, dindarlar, ictimai xadimlər, yazarlar, müxtəlif peşə sahibləri, inanclı vətəndaşlar dəstək verib. Onlar orta məktəb şagirdlərinə təhsil müəssisəslərinə hicabla gəlmək icazəsi verilməsini istəyiblər. İmzalı müraciət Prezident Administrasiyasına göndərilib.


İlqar İbrahimoğlunun sözlərinə görə, hakimiyyət müraciətə rəsmi münasibət bildirməsə də, dərs ili başlanandan məktəblərdə hicabla bağlı problemdə artım müşahidə edilməyib: “Problemin kəskinləşməsi müşahidə olunmur. Bundan əlavə, dövlət başçısı hicabla bağlı ilk dəfə olaraq mövqe səsləndirdi. O, ötən ilin dekabr ayında “Rossiya” kanalına müsahibəsində “hicab - hər kəsin hüququdur” kimi mesaj verdi.


Hicab probleminin tam həlli mümkündürmü? Bu suala birmənalı cavab vermək mümkün deyil. Zaman göstərəcək. Bizim üçün önəmli olan odur ki, problem həllini tapsın, ötən illərdə olduğu kimi məktəbli qızlar əqidələrinə uyğun şəkildə dərsə gedə bilsinlər”.


Ad
E-mail
*Mətn
Göndər