نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
İlahi dərgaha atılan daş sonnat.net


İlahi dərgaha atılan daş

Bu gün Qərb və Avropa ideoloji qəliblərində demokratiya və din azadlığı adı altında İlahi dərgaha daş atılması kimsəyə gizli deyil. Halbuki “göy üzü daş saxlamaz”.


Ulu dərgaha daha böyük daş atıb başını bəlaya salan Roma Papası XVI Benediktin Bizans çarı Manuil II Paleoloqdan həqiqət kimi təqdim etdiyi sitata baxaq: “Məhəmmədin gətirdiyi İslam bəşər tarixinə qan-qada və müharibələrdən başqa bir şey gətirməyib”, “Məhəmmədin yeni nə gətirdiyinə nəzər salın. Siz onun təbliğ etdiyi qılınc gücünə inanc yaymaq kimi qəddar və insanlığa zidd göstərişlərini görərsiniz. Zorakılıq Allaha və ruha zidd bir hərəkətdir...Tanrı yalnız xeyir işlər görüb şərdən uzaq durmağımızı istəyir. İslamda isə Tanrı insanlara o qədər laqeyd və soyuqqanlı təqdim olunur ki, müsəlmanın ağlı ilə Tanrı arasında bir bağ görünmür”(329,7).


Burada sadə xristian xalqlarının “yeni mədəniyyət”, “müasir sivilizasiya” tiryəki ilə uydurularaq çağdaş küfr mexanizminə salınması üçün edilən cəhlər təəccüb doğurur. Halbuki, Uca Yaradan Qurani-Kərimdə Öz Rəsuluna(s) buyurur: “Sənin Rəbbin mərkəzlərinə ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri məhv etdik!”(Qəsəs, 28/59).


Artıq Qərb və Avropa elminin bugünkü həqiqi varislərinin də İlahi mərifətin yəqinliyinə yetişərək Quranın nəinki, keçmişi, hətta gələcəyi ehtiva edən şifrələnmiş, hikmətli və elmli bir kitab olmasını etiraf etməyə başlaması bəşəri idealların alqışlanacağına ümid verir.


İslamın bədxahlarını dəstəkləyənlərlə isə aşağıdakı ayələri xatırlatmaq istərdik: “Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli və əbədi diri və himayə edən varlıq Odur... Onun kürsüsü göyləri və yeri əhatə etmişdir.”(2/255). “Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (2/257).


Möminlərə gəlincə isə: “Ey iman gətirənlər! Əgər (sınaqdan sonra məlum olan doğru yoldan çıxan azğınlara qarşı mübarizəyə) qalxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər. Siz isə (Allaha) heç bir zərər verə bilməyəcəksiniz”(9/38-39).



Musarza Musəvi


Ad
E-mail
*Mətn
Göndər