نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Son sözlər... sonnat.net


Son sözlər...

Bismillahir-Rəhmanir-Rəhim


Mən fürsətdən istifadə edib hicabı müdafiə etdiklərinə və hicab qadağasına etiraz etdiklərinə görə, ölkə daxilində olan inanclı müsəlman bacı və qardaşlarıma və həmçinin ölkə xaricində olan xüsusən Türkiyədə olan qardaşlarımızı, Gürcüstanda, Rusiyada, İranda olan soydaşlarımıza salamlarımı göndərərək, dərin təşəkkürümü bildirirəm. Ümid edirəm və inanıram ki bundan sonrada layiqincə hicabın azadlığı uğrunda əllərindən gələni edəcəklər və bu məsələ izzətli yolla həll olacaq.

Bildiyiniz kimi dekabr ayının 22-si, dövlət başçısı "Əjdərbəy" məscidinin açılışında iştirak edib. Dövlət başçısı iştirakı zamanı çox gözəl nöqtələrə işarə edərək bildirib ki, bizim dinimiz İslam dinidir və İslami dəyərləri təbliğ etmək çox zəruridir.

Amma düşünürəm ki, dövlət başçısı ətrafındakı nazirləri İslam dininin dəyərləri haqda məlumatlandırsa və elə Təhsil Naziri Misir Mərdanov kimi nazirlərə dinimizi təbliğ etsə daha gözəl olar. Əgər İslam dəyərlərini təbliğ etmək lazımdısa onda Misir Mərdanov başa düşməlidir ki qadağa qoyduğu hicab, İslam dininin ən böyük dəyərlərindəndir.


İttiham aktına gəldikdə isə, onu bildirmək istəyirəm ki, məhkəmə prosesi zamanı dindirilmələr zamanı zərər çəkmişlər ifadə verdilər. Amma bizim həbs olunmağımızın əsas səbəbləri məlum olmadı.


Mən istəyirəm bu gün sizə bizim hansı səbəblərə görə həbs olmağımızından danışım.

Həbs olunmamışdan qabaq söz azadlığından və hüquqlarımdan istifadə edərək dəfələrlə müsahibə və məqalələrimdə iqtidara qarşı fikirlər səsləndirmişəm. Müsahibələrimdə bu dövlətin bir əmanət olduğunu və hakimiyyətin bu dövləti milli və mənəvi dəyərlərinə uyğun olaraq idarə etməsinin vacibliyindən danışmışam. Əgər belə etməsə bu xəyanət hesab olunur fikirlərini səsləndirmişəm.


Mən 8 aydır həbsdəyəm və yenə də öz mövqeyimi bildirirəm ki, iqtidarın xalqımıza, dəyərlərimizə xəyanəti davam edir. Artıq bir ildən çoxdur ki bizim hicablı məktəbli şagirdlərimiz təhsildən məhrum ediliblər. Ən böyük xəyanət və cinayət budur.

Əgər ittiham aktına baxsanız görərsiniz ki, bizim aksiyadan əvvəl verdiyimiz müsahibələri, “İqtidar xalqa xəyanət edir” cümləsini Baş Polis İdarəsində İstintaq İdarəsinin rəisi polkovnik Nazim İsmayılov may ayının 6-sı “Hicaba azadlıq” aksiyanın şüarı kimi qeyd edib. Bəzi üzümüzə duran şahidlərdə aksiyada bu şüarın səsləndiyini deyirdilər. Halbuki bu şüar aksiya zamanı deyil, aksiyadan qabaq həbs olunmamışdan öncə verdiyim müsahibənin başlıq cümləsi idi.


Bu gün sağlam düşüncənin qarşısı açıq-aşkar şəkildə alınır. Amma çox şükürlər olsun ki islamçılar öz mübarizələri ilə bu prinsipi alt-üst etdilər. Çünki onların heç nədən qorxusu yoxdur. Çünki onlar Hüseyn ibni Əlinin məktəbinin şagirdləridirlər.

Dövlət ittihamçısı mənim üçün 5-il azadlıqdan məhrum etmə cəzasının verilməsini istədi. Amma bilsin ki, bizi 5-il deyil, 15 il belə, hətta əbədi azadlığımızı alsalar belə bundan qorxumuz yoxdur. Çünki biz haqq uğrunda mübarizə aparırıq.

Mən çox təəccüb edirəm ki, burda zərərçəkmiş şahidlər, üzümüzə duran polis əməkdaşları məhkəmə salonunda ifadə verərkən çox həyəcanla danışırdılar. Amma çox təəssüf edirəm ki dövlət ittihamçısı çox rahat şəkildə etmədiyimiz bir işə görə, hakimdən bizim cəza verməsini istədi. Bəli dövlət ittihamçısı öz-özlüyündə mənlik deyil deyərək bunun bir sifariş olduğunu özünə təlqin etsə də, bilsin ki, Yezid ibni Müaviyyə bir başa olaraq İmam Hüseyni qətlə yetirmədi. Hətta özü belə orda iştirak eləmədi. Ölüm fərmanın Yezid versə də, onu icra eləyən Şimr kimilər idi. Bu sifariş yuxarıdan gəlibsə belə, unutmayın ki, bu hökmü icra edənlərdə bu cinayətdə şərikdirlər.


Masallı sakini Seyyid Fəramiz öz məhkəmə prosesində, üzünə duran həmyerlisi, məktəb direktoru ilə mübahilə elədi. Ona bildirdi ki, əgər sən yalan danışırsansa, Allah sənin ağlını alsın və ömrünü uzatsın. Bu mübahilənin nəticəsi hami üçün ibrətdir. Hal-hazırda həmin şəxs direktorluqdan kənarlaşdırılıb, dəli kimi hara çatırsa “peçat-peçat” deyir.

Mənim bu gün nifrin eləmək fikrim yoxdur. Mənim yalnız sizə ürəyim yanır, yazığım gəlir.

Mən özümü təqsirli bilmirəm. Çünki mən dinimin, xalqımın milli-mənəvi dəyərlərinə hörmət bəslədiyim üçün bu gün zindandayam. Zindanlarda ölsəm belə, bu yolda canımı malımı versəm belə mən xalqıma xəyanət edə bilmərəm.

Bu gün özünü müsəlman sayan hər bir kəsin vəzifəsidir ki, dinimizə və xalqımıza olunan bu xəyanətin canları və malları ilə qarşısını alsın.


Cəmiyyətimizdə müxtəlif məktəblər var. Onların ən alisi isə Aşura günü təsis olunan Kərbəla məktəbidir. Şəhid Seyyid Mübariz İbrahimovda bu məktəbin şagirdi idi.


Bu məktəb Şəhid Mübariz kimi şəxsiyyətləri cəmiyyətə təhvil verir. Amma çox təəssüf edirəm ki, qarşı tərəfin məktəbi, Hacı Məmmədov və onun kimilərini təhvil verir cəmiyyətə.


Biz son nəfəsimizə qədər Allahın qarşısında söz veririk ki, İslami dəyərləri müdafiə edəcəyik və bu yolda əbədi zindan belə olsa, ən uca zirvə olan şəhidlik zirvəsi olsa belə buna sevə-sevə razılıq verəcəyik.

Sizin əfvinizə ehtiyacımız yoxdur. Siz bizdən gərək sizi əfv etməyimizi istəyəsiniz.

Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh...



Tale Bağırzadə

 


Ad
E-mail
*Mətn
Göndər