نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Müsəlman qadın və İslam sonnat.net


Müsəlman qadın və İslam

Mehriban və bağışlayan Allahın adı ilə


Dinimizə görə qadın hüquq və əxlaq baxımından toxunulmaz və hörmətə laiqdir.


Allahın vacib buyurduğu bəyəndiyi və bəyənmədiyi əmələrində qadın və kişi fərqliliyi qoymamışdır. Hətta bəzən zəif deyil zərif məxluq kimi qadının ibadət və ona olan itaətinə daha çox önəm vermişdir.


İslamiyyət örnək və əxlaq məktəbi olduğundan nümunəvi qadınlar yetişdirməkdə daim qabaqcıl olmuşdur. Xanım Zəhra ( s.ə) bu silsilədə islami isməti qazanmış yeganə məsumə qadındır. Zəhra nəinki bəşərin hətta Pərvərdigarın fəxri seçilən bir qadındır. Əbəs yerə deyil ki, bir çox hədis və rəvayətə görə məşhər günü Xanım Zəhra gələndə bütün bəşərə nəzərlərini yerə salmaq əmr olunar ki, səbəbi də günahlarımız ucbatından Zəhranın simasını müşahidə etməyi nəinki ləyaqətimiz bəlkə, taqətimizin olmamasıdır.

Bu gün qadınlarımız ləyaqət, mərifət, həya və iffət bir sözlə hər baxımdan Zəhralıq təşnəsidir. Düstur budur ki, islamiyyət qadını Xanım Zəhra timsalında yetişdirir və cəmiyyətə təhvil verir.


Xanım Zəhra 14 əsr bundan əvvəl ərəb cəmiyyətində ömr sürdü, buna baxmayaraq islamın yetişdirdiyi salehə bir xanım kimi verdiyi faydalar itaətkar bir həyat yoldaşı, sevimli və yüksək tərbiyəçi bir ana, işgüzar xanım kimi, iffətli qadın kimi hələ də bəşəriyyətə işıq saçır və daim də saçacaq.


Deməli hər qadın islamın yetişdirdiyi xanımlığı qazanmalıdır, bir müsəlman kimi. Qadınlığımızı ən yüksək ləyaqət mərtəbəsinə yetişdirməliyik ki, cəmiyyətimizdə islaha, əmin –amanlığa, dinimizdə iftixara, Allah qarşısında o istədiyi itaətə nail ola bilək. O uca olan Allah bizi Zəhrasına xatir Zəhralıqdan binəsib etməsin. Amin!





Günel Şirinova

 


Ad
E-mail
*Mətn
Göndər