نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Qədir xütbəsi (4-ci Hissə) sonnat.net


Qədir xütbəsi (4-ci Hissə)

Qədir xütbəsi (4-ci Hissə)





Diqqətli olun, onların dostlarını Allah Təala Quranda bu cür vəsf edir. «İman gətirib imanlarını zülm (şirk) ilə qarışdırmayan şəxslərə (gəldikdə isə ), onlar əmin – amanlıqdadırlar və hidayət olunmuşlar da onlardır» («ƏNAM», айя 82) .


Bilin ki, onların dostları Allahın vəsf etdiyi kəslərdir ki, buyurur:


O kəslər ki, əmin-amanlıqla və aram şəkildə cənnətə daxil olarlar «və mələklər onların pişvazına çıxıb deyərlər: «Salam olsun sizə! Pak oldunuz, əbədi olaraq ora daxil olun» («ZÜMƏR», айя 73).


Onların dostları o kəslərdir ki, onların barəsində Allah Təala buyurur: «Hesabsız olaraq cənnətə daxil olarlar» («KAFИR», айя 40).


Bilin ki, onların düşmənləri şölənənən cəhənnəm oduna daxil olarlar. Onların düşmənləri o kəslərdir ki, «Oraya (cəhənnəmə) atıldıqları zaman onun qaynar halda olan nəriltisini eşidərlər» («MÜLK», айя 7) və «... Hər tayfa oda daxil olduqca öz yoldaşına lənət edər» («ƏRAF», айя 38).


Bilin ki, bu ailənin düşmənləri o kəslərdir ki, Təala onların barəsində buyurur: «... Hər hansı bir dəstə oraya atıldıqda, onun gözətçiləri onlardan soruşar: «Məgər sizə bir xəbərdarlıq edən gəlməmişdi?» Deyərlər: «Bəli! Həqiqətən, bizə bizə bir xəbərdarlıq edən gəlmişdi, biz isə (onu) təkzib etdik və: «Allah heç bir şey nazil etməyib, siz ancaq böyük bir zəlalət içindəsiniz» – dedik. Və deyərlər: «Əgər qulaq assaydıq və ya ağlımız başımızda olsaydı, cəhənnəm əhlinin cərgəsində olmazdıq». Beləliklə günahlarını etiraf edərlər. Lənət olsun cəhənnəm əhlinə!» («MÜLK», айя 8-11).


Ayıq olun! Bu ailənin dostları onlardırlar ki, Allahlarından gizlində qorxarlar (zahirdə nifaq etmək deyil, batində Allahdan qorxarlar). Onlar üçün bağışlamaq və böyük mükafat (əbədi cənnət) olacaqdır («MÜLK», айя 12).


Camaat! Cəhənnəmlə (əzabverici və yandırıcı) cənnət (naz və nemətli) arasında nə çox fərd vardır? Bizim düşmənimiz, Allahın pislədiyi və lənətlədiyi, dostumuz isə Allahın təriflədiyi və sevdiyi kəslərdir. Camaat! Bilin, mən qorxudanam, Əli isə hidayət edən və bələdçidir («RƏD», айя   7).


Camaat! Mən peyğəmbərəm, Əli isə mənim vəsim və canişinimdir. Bilin ki, bizdən olan axırıncı imam qiyam edən və Mehdidir (hidayət olunmuş). Ayılın! O bütün dinlərə qalibdir və zalimlərdən intiqam alandır.


Agah olun, o qalalar fatehi və onları bir-birinə vurandır. O müşriklərin bütün tayfalarını öldürən və Allah övliyalarının qanını alandır. Allahın dininə kömək edən odur. Peyğəmbərliyin dərin elm Dəryasından içən odur. Hər fəzilətlinin fəzilət və hər cahilin cəhalət nişanını vuran odur.


Agah olun ki, o, Allahın yaratdıqlarının ən yaxşısı və onun seçdiyidir. Bilin, o, bütün elmi (Rəsulullahdan(с) irs aparmış və onlara elmi əhatəsi vardır. O, Allahından xəbər verən və imamına agahlıq gətirəndir. O, (Allah tərəfindən məxluqun işləri) ona tapşırılmış dəqiq yolu tapandır:


O, bir şəxsdir ki, hətta keçmiş peyğəmbərlər və onunla üzbəüz olan(yəni Rəsulullah(s)) hamısı onun (ümumdünya) qiyamını müjdələmişlər.


O, əbədi bir höccətdir ki, ondan sonra höccət yoxdur. Ondan ayrı haqq, ondan ayrı nur yoxdur. Heç kəs ona qalib gəlməyəcək, onun ziddinə olana kömək olunmayacaqdır. O yer üzündə Allahın vəlisi, xalqa fərmanı, gizlnvə aşkar işlərdə onun əminidir. Camaat! Mən deyiməli olanları sizin üçün açıq-aydın deyib, sizə anlatdım. Məndən sonra anlatmaq bu Əlinin öhdəsindədir. Sizi, xütbəm tamamlanandan sonra, Əli ilə peyman və(imamət və vilayətinin) təsdiqinə görə əlinizi mənə verib sonrada (bu peymanla) onun əlini sıxmağa dəvət edirəm. Həqiqətən mən Allaha beyət etmiş, Əli isə mənə beyət etmişdir. Mən də Allah tərəfindən sizdən Əli üçün beyət alıram. «... Hər kəs əhdini pozsa, əslində öz əleyhinə pozmuş olur..» («FƏTH», 10).


Camaat! «Həqiqətən, səfa və mərvə Allahın əlamətlərindəndir. Demək Allahın beytinin (Kəbənin) həccini və ya ömrəsini yerinə yetirmək məqsədində olan şəxs üçün hər ikisini təvaf etməyində heç bir günah (maneçilik) yoxdur..» («BƏQƏRƏ», 158).


Camaat! Allahın evinə gedin. Çünki ora gedən hər bir adam ehtiyacız, ondan üz döndərən adam isə fəqir olar.


Camaat! Elə bir mömün yoxdur ki, vüquf yerlərində dayansın. Amma Allah onun günahlarını bağışlamasın və həcci tamamladıqdan sonra onun üçün yeni bir əməl kitabçası açılmasın.


Camaat! Həcc edənlər Allah tərəfindən kömək olunmuş, onların bu yoldakı büdcələri yenidən öz yerlərinə qayıtmış olur. Allah yaxşı işlə məşğul olanların mükafatını zay etməz. Camaat! Həcci kamil din, bəsirət və anlayaraq yerinə yetirin. Bu mərasimdən tövbə etmədən və günahlardan təmizlənməmiş qayıtmayın.


Camaat! Allahın əmri olduğuna görə namaz qılın, zəkat və öz maliyyə vergilərinizi ödəyin. Əgər vaxtı keçməklə (şəri təkliflərinizi yerinə yetirməkdə ) səhlənkarlıq etsəniz, yaxud (hökmünü) unutsanız onda Əli sizin vəliniz və (hökmləri) sizin üçün tənzimləyəndir. Elə buna görə də Allah onu mənədn sonra canişin təyin etmişdir və mən də Allah tərəfindənəm.


Əli sizin suallarınıza cavab verər və bilmədiklərinizi sizin üçün açıqlayar və bilmədiklərinizi sizin üçün açıqlayar.


Bilin ki, Allahın halal-haramı (burada) sadalaya, açıqlaya bilmədiyiniz qədər çoxdur. Mən ümumi olaraq və təmamilə halala əmr və harama nəhy olunmuşam. Sonra isə mənə əmr olundu ki, Allah tərəfindən gətirdiyimin qəbulu barəsində sizdən əhd və ondan sonra qiyamətədək olan imamlar barəsindədir. Onlar onun nəslindən olan mənim övladlarımdırlar. Bunlar ümmətimin qiyam edənləridirlər. Haqla hökm edəcək Mehdi də onlardandır.


Camaat! Sizə bütün halal və rəva işlər barəsində dəlalət etdim, bütün haram işlərdən çəkindirdim. Mən, əsla əmr və nəhyimdən dönmərəm və sözlərimi dəyişmərəm.


Diqqətli olun ki, bu mətləbi qulağınızda sırğa edin və bir-birinizə tapşırın, sözlərimi dəyişdirməyin və onu korlamayın.


Diqqət edin! Sözlərimi bir daha təkrar edirəm:


Agah olun! Namazı bərpa edin, (yoxsulların haqqı olan) zəkatı verin, yaxşılığa dəvət edib pislikdən çəkindirin. Amma biin ki, əmr be mə`ruf və nəhy əz münkərin əsası və özülü budur ki, bu günkü sözlərimə sonadək sadiq qalasınız və burada olanlar onu burada olmayanlara çatdırıb onu qəbul etməyə əmr etsinlər, onunla müxalifət etməkdən və boyun qaçırmaqdan nəhy etsinlər. Çünki bu Allah və mənim tərfimdən olan bir mərdir. (dəyərli vəzifə) Əmr be mə`ruf və nəhy əz münkərin məsum imama itaət etmədən əmələ gəlməsi mümkün deyildir.


Camaat! Quran sizi Əlidən sonrakı öndərlərlə tanış edir. Mən də onları tanıtdım ki, onlar mənim və Əlinin nəslindəndirlər. Allah Təala öz kitabında buyurur:» Tövhidi onun övladları arasında baqi qalan kəlmə qərar verdi» («ZUXRUF», 28).


Mən də (onları tanıtmaq üçün) deydim:


Əgər Qurana və itaətimə əl atsanız əsla azmazsınız: Camaat! Təqvanı, təqvanı sizə tapşırıram. Qiyamətin gəlişindən qorxun. Allah Təala bu barədə buyurur:»Bilin ki, Qiyamətin zəlzələsi böyük və çətin bir hadisədir» («HƏCC», айя 1).


Ölümü, hesabı, mizanı aləmlərin Rəbbi əzəmətli Allahın qarşısında əməllərin hesablanmasını, mükafat və cəzaları yadınıza salın. Hər kəs yaxşı iş görübsə, mükafat, bəyənilməyən iş görən isə cəza alacaqdır.


Camaat! Sizin sayınız bir-bir gəlib mənə eyni zamanda beyət etmək qədərindən çoxdur. Allah Təala mənə fərman verdi ki, sizdən dillə əhd-peyman götürüm. Bu əhd-peyman Əlinin və ondan sonra gələn imamların barəsinədir. Bu imamlar sizə elan etdiyim kimi mənim və onun övladlarıdır. Yəni mənim övladlarım onun belindəndir.


Indi isə hamınız bir səslə deyin: Allah Təalanın Əli və onun övladlarının (ki, gələcəyin imamlarıdırlar) barəsində bizə təbliğ etməyini eşitdik, əməl edəcəyik, razıyıq və boyun qoyuruq.


Ürəklərimiz, canlarımız, dillərimiz və əllərimizlə bu mühüm işdə sənə beyət edirik: (bu peymanla) yaşayacaq, onunla öləcəyik və onunla qiyamətə gələcəyik. Bu mühüm işdə heç bir dəyişiklik etməyəcəyik. Bu işdə iki ürəkli olmayacaq, tərəddüd etməyəcəyik. Bu peymanımızdan dönməyəcək və əhdinizi sındırmayacayıq. Allahım, sənin, Əli və onun övladlarının itaətini də qəbul edirik. Onun belindən olan sənin Həsən və Hüseyndən sonra olan övladlarını da qəbul edirik.


Bu iki nəfərin Allahın və mənim yanımda olan rütbəsini sizə tanıtdırdım və bu mətləbi sizə çatdırdım. Doğrudan da bu ikisi cənnət cavanlarının ağasıdırlar. Onların hər ikisi ataları Əlidən sonra imamdırlar. Mən isə Əlidən əvvəl onların atasıyam.


Yenə də deyin: Allaha, sənə, Əliyə, Həsənə, Hüseynə və dediyim imamlara itaət edir, Əmir əl möminin üçün qəlblə, canla, dillə aldığın əhd-peymana sadiq qalır. O iki imamı görənlər əl və dillə beyət edir və bundan başqa heç nə istəmir, eyni zamanda bu peymandan dönməyimizi təsvvürümüzə belə gətirmirdik.


Allahı bu peymanda şahid tuturuq və Allahın şahidliyi kifayətdir. Ya Rəsulullah(s), sən də bu işdə şahidsən.


Allah gizlin, ya aşkar itaət edənləri, onun mələklərini, ordusunu və bəndələrinin hamısını bu işdə şahid tutruq. Allah Təala hər bir şahiddən yaxşıdır.


Camaat! Dediklərinizə diqqət edin. Allah səsləri və qəlblərinizdə gizlətdiklərinizi yaxşı bilir. («ZUMƏR», айя 41)


Beyət edən adam, həqiqətdə Allaha beyət etmişdir və Allahın əli onların əlinin üstündədir. Camaat! Allahın qəzəbindən çəkinin, Əmir əl möminin Əli və ondan sonra imam olan övladlarına beyət edin. Allah, xəyanət edib, peyman sındıranları həlak edəcəkdir. Peymanına sadiq qalanlara rəhmətedəcəkdir».hər kəs əhdini pozsa, əslində öz əleyhinə pozmuş olur» («FƏTH», айя 10)


Camaat! Sizə dediklərimi deyin. Əlini Əmir əl möminin ünvanı ilə salamlayın və deyin: «Eşitdik və itaət etdik, pərvərdigara sənin bağışını (istəyirik)! Qayıdacaq sənə tərəfdir» («BƏQƏRƏ», айя 285). Bizi buraya hidayət edən Allaha həmd olsun! Əgər Allah bizi (Əlinin vilayət və imamətinə) hidayət etməsəydi, biz özümüz hidayət tapa bilməzdik». («ƏRAF», айя 43)


Camaat! Həqiqətdə, Əlinin fəzilətləri və ləyaqəti barəsində Allahın Quranda buyurduqları o qədər çoxdur ki, bir söhbətdə və bir xütbədə onu sadalayıb qurtarmaq olmaz. Onda onun fəzilətlərini sizin üçün sadalayıb tanıdıram, təsdiq edin!


Camaat! Hər kəs Allaha, onun Rəsuluna, Əliyə və dediyim imamlara itaət etsə, böyük bir doğruçuluğa nail olmuşdur.


Camaat! Əliyə beyət etməkdə, onu sevməkdə və ona Əmir əl möminin ünvanı ilə salamlamaqda öndə gedənlər doğruçuluğa çıxanlar və qaliblərdir. Onlar üçün cənnət bağlarında xüsusi yerlər vardır.


Camaat! Allahın xoşuna gələnləri dilinizə gətirin. Əgər siz və yer üzündəkilər hamı kafir olsanız Allaha heç bir ziyan dəyməz.


İlahi! Mömünləri bağışla və həqiqətləri gizlədən kafirlərə qarşı qəzəblən.


والحمد الله رب ا لعا لمين

 


Ad
E-mail
*Mətn
Göndər