نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Qədir xütbəsi (3-ci hissə) sonnat.net


Qədir xütbəsi (3-ci hissə)

Qədir xütbəsi (3-ci hissə)



Camaat! İblis Adəmi həsədlə cənnətdən çıxardı. Ona həsəd aparmayın ki, əməlləriniz zay olmasın və ayaqlarınız titrəməsin. Adəm Allahın seçdiyi olmasına baxmayaraq bir xəta ilə yer aləminə düşdü. Sizin halınız necə olacaqdır? Halbuki siz adi adamlarsınız və biriniz Allahın düşmənidir.


Bilin Əli yalnız bəxti dönmüş düşmənçilik edər, Əliyə yalnız özünü saxlayan və iffətlilər məhəbbət bəsləyər və ona yalnız xalis mömün iman gətirər.


«Əsr» surəsi Əlinin(ə) şənində nazil olmuşdur: «And olsun zamana (və ya ikindi çağına) Həqiqətən insan ziyan içindədir. Təkcə iman gətirib saleh əməllər edənlər, bir – birlərinə haqqı və səbri tapşıranlar müstəsnadır»   («ƏSR» surəsi).


Camaat! Allahı şahid tuturam ki, risalətimi çatdırdım. «... Rəsulun öhdəsinə düşən açıq-aşkar təbliğ etməkdən qeyri bir şey deyildir» («NUR», айя 54) .


Camaat! «Ey iman gətirənlər! Allahdan necə qorxmaq lazımdırsa, elə də qorxun! (Və səy edin ki) ancaq müsəlman olduğunuz halda öləsiniz» («ALИ İMRAN», айя 102 ).


Camaat! «... Bəzi üzləri tanınmaz hala salıb, burub arxalarına çevirməyimizdən əvvəl» («NИSA», айя 47). «Allaha və onun Peyğəmbərinə və onunla göndərilmiş nura (Qurana) iman gətirin» («ƏRAF», айя 157).


Camaat! Allahın göndərdiyi və məndə olan nur, məndən sonra Əlidə mövcuddur, sonra isə qiyamı ilə Allahın və bizim hüququmuzu qaytaran Mehdiyədək onun nəslində olacaqdır. Bilin ki, Allah bizi dünyanın bütün təqsirkarlarına düşmənlərə, müxaliflərə, xəyanətkarlarına, günahkarlarına, sitənkarlarına və qəsbkarlarına höccət vermişdir.


Camaat! Sizi xəbərdar edir və qaorxuduram ki, mən Allahın göndərdiyiyəm. Məndən öncə də Allahın göndərdikləri olmuşlar. Onlar hamısı vəfat etmişlər. (Bu təbii qaydaya uyğun olaraq) əgər mən də onlar kimi ölsəm və ya öldürülsəm siz geri qayıdacaqsınızmı? Küfr və cahiliyyət dövrünə qayıdanlar Allaha heç bir ziyan yetirməzlər. Tezliklə Allah Təala şükr edənlərin mükafatını verər. («ALI-İMRAN», айя 144, azacıq dəyişikliklə).


Bilin ki, Əli, səbr və şükrlə vəsf olunan şəxsdir. Ondan sonra isə onun belindən olan balalarım belə olacaqdırlar.


Camaat! İslamı qəbul etməyinizlə Allaha minnət qoymayın. Qoy sizə qəzəblənməsin. Çünki onun əzabına düçar olarsınız ki, sizin rəftarlarınızı izləyər.


Camaat! Tezliklə mənədn sonra başçılar peyda olar ki, sizi cəhənnəmə çağırarlar. Onlara qiyamət günü kömək olunmaz.


Camaat! Yəqin bilin ki, Allah və mən onlara nifrət edir, onlardan bizarıq.


Camaat! Bu başçılar, onların cəhənnəmin ən aşağı təbəqəsindədirlər».Doğrudan da təkəbbürlülərin yeri yaman pisdir» («NƏHL», айя 29).


Ayıq olun bunlar «Əshabi səhifə»dirlər. Siz fikrləşməli və düşünməlisiniz ki, «Əshabi səhifə» kimlərdən ibarətdir. (Əshabi səhifə: bir qrup səhabədirlər ki, müqavilə və qərardad bağlayaraq Peyğəmbərin(s)özündən sonra canişin təyin etmədiyini və Əlinin ondan sonra xəlifə olmadığını desinlər. Səhifəni Səid ibn Əl As yazdı və Əbu Ubeydəyə əmanət olaraq tapşırdılar. Bunlar zahirən Təbuk döyüşündən qayıdanda Peyğəmbərə sui-qəsd hazırlayan on iki nəfər münafiqdir. Lakin Allahın mələyi peyğəmbəri onların niyyətindən xəbərdar etdi və onların niyyətləri boşa çıxdı. (Biharul ənvar c. 12 səh. 196) Deməliyik ki, deyilən ibarələr çox qarışıqdır).


(Ravi dedi: Səщifə hadisəsini az bir qrupdan başqa çoxları unutdu)


Camaat! Mən xilafəti irs aparmaq və imamət formasında, qiyamətədək övladlarıma tapşırıram. Bilin ki, mənə əmr olunanı çatdırdım ki, bütün burada olan və olmayanlara, doğulan və hələ dünyaya gəlməyənlərə dəlil və höccət tamamlansın. Deməli bütün burada olanlara lazımdır ki, bu xəbəri burada olmayanlara çatdırsın. Eyni zamanda, qiyamətədək hər bir ata öz oğluna çatdırsın. Tezliklə məndən sonra bu xilafət məqamımı bir qrup adam padşahlıq və qəsbkarlığa döndərəcəkdir. Ayıq olun! Allahın lənəti qəsbkarlara və onların hökumətinin boyunduruğu altına girənlərə olsun.


«Ey insanlar və cinlər! Tezliklə sizin işlərinizin hesabatına başlayacağıq. (Əgər küfr və tüğyan etsəniz) Allah sizin üstünüzə tüstüsüz alov və əridilmiş mis yağdıracaqdır ki, heç bir – birinizə kömək edə bilməyəcəksiniz». («ƏR-RƏHMAN», айя 31-35)


Camaat! «Allah pisi pakdan ayırd etmədən, möminləri sizin indi olduğunuz vəziyyətdə saxlayan deyildir. Allah sizə qeybi də bildirən deyildir. («ALИ ИMRAN», айя 179)


Camaat! Allah Təala onun ayətlərini təkzib etməyənədək heç bir məntəqəni məhv etməmişdir. Allahın həmişəlik sünnəsi budur ki, zalım cəmiyyəti məvh edir. Necə ki, Allah bunu öz kitabında buyurur. («İSRA» айя 58, «ƏNAM» айя 131, və «HUD» айя 117 kimi ayələrə işarədir).


Bu Əli sizin imamınız və ixtiyar sahibinizdir. O Allahın vədələrindən biridir. Allah vədə verdiyinə əməl edir. Camaat! Sizdən öncə çoxlu adamlar yollarını azmışlar. Allah da onları aradan apardı. Elə həmin o Allah, gələcəkdə yolunu azanları da həlak edəcəkdir. «Məgər qabaqkıları məhv etmədik? Sonra daldan gələnləri də onlara qatarıq. Günahkarlarla belə rəftar edərik. O gün, təkzib edənlərin vay halına! («MÜRSƏLAT», айя 16-19)


Camaat! Allah mənə əmr və nəhy buyurdu, mən də Əliyə əmr və nəhy etdim. Beləliklə, Əli Allahının əmr və nəhylərinə agah oldu. İndi onun fərmanını eşidin ki, hidayət tapasınız. Nəhyinə tabe olun ki, düz yolu tapasınız. Onun istədiyi tərəfə və onun məqsədinə tərəf yönəlin ki, başqa yollar sizi onun yolundan döndərməsin.


Camaat! Mən sizin getməli olduğunuz Allahın siratəl müstəqimiyəm (doğru yol). Məndən sonra isə bu yol Əlidir. Ondan sonra ondan olan övladlarımdırlar. Onlar haqqa hidayət edən və(azğınları) haqqa tərəf döndərənlərdir. Sonra həzrət, həmd surəsini qiraət etdi:


Rəhman və mehriban Allahın adı ilə.


Həmd, aləmlərin rəbbi Allaha məxsusdur. (O) rəhman və mehribandır. Cəza (qiyamət) gününün sahibidir. (Pərvərdigara!) ancaq sənə ibadət edirik və ancaq səndən yardım diləyirik. Bizi doğru yola hidayət et. Nemət verdiyin kimsələrin yoluna ki, onlar qəzəbinə düçar olmamışlar, azğın da deyillər.


Bu sürə mənim və məndən sonrakı imamların şəninə nazil olmuş, onları əhatə edir və onlara məxsusdur.


Bunlar «Allahın övliyalarıdırlar ki, onlar üçün heç bir qorxu yoxdur və onlar qəmlənməzlər» («Yunis», айя 62-ci ayədən bir hissə) .


Ayıq olun! «Allah qoşunu həmin qalib gələndir» («MAИDƏ», айя 56). Bilin ki, Əlinin düşmənləri, həmin təfriqə salanlar, münafiqlər və dava axtaranlardır, onlar haqqın düşmənləri və şeytanın qardaşlarıdırlar ki, «onlardan bəziləri bəzisinə, aldatmaq üçün aldadıcı sözlər təlqin edərlər» («ƏNAM», айя 112) .


Ayıq olun! Əli və onun övladlarının dostları o mömün dəstəsidir ki, Allah Təala onları Quranda yad edərək barələrində buyurur: «(Ya Mуhəmməd!) Allaha və axirət gününə iman gətirən qövmün, Allaha və onun Peyğəmbərinə müxalif çıxanlarla–öz ataları, oğulları, qardaşları və yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, (Allah) onların qəlblərinə iman yazmışdır və öz dərgahından olan bir ruh ilə onları qüvvətləndirmişdir. (Onları) altından arxlar axan və içində əbədi olaraq qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Allahın dəstəsi bunlardır. Agah olun ki, həqiqətən, əsl nicat tapanlar da Allahın dəstəsidir» («MÜCADИLƏ» 22).

 


Ad
E-mail
*Mətn
Göndər