نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Qədir xütbəsi (2-ci hissə) sonnat.net


Qədir xütbəsi (2-ci hissə)

Qədir xütbəsi (2-ci hissə)



Camaat! Sizin çoxluğunuzun qarşısında axırıncı dəfə çıxış edirəm. Sözümü dinləyib qəbul edin. Allahınızın fərmanına itaət edin ki, sizin ixtiyarınız onun əlindədir və məbudunuz odur. Ondan sonra Muhəmməd(s) sizin peyğəmbəriniz və rəhbərinizdir. O Peyğəmbər(s) ki, hüzurunuzda dayanıb söz deyir. Məndənsonra isə Allahın əmri ilə Əli(Ə) sizin başçınız və imamınızdır. Ondan sonra isə başçılıq və imamlıq, qiyamətdə Allah və Rəsulu(s) ilə görüşənədək həmin zuryətim, onun övladlarından olacaqdır.


Allahın halal və haramından başqa halal və haram yoxdur. Allah halal-haramı mənə tanıtdı və mən də Allahın mənə öyrətdiklərini, Quranın həqiqətlərini, halal-haramı Əliyə(ə) həvalə etdim.


Camaat!Elə bir elm yoxdur ki, Allah mənə öyrətməmiş olsun. Mən də bütün bildiklərimi təqvalıların öndəri Əlinin(ə) ixtiyarına qoydum.


Elə bir elm yoxdur ki, Əliyə(ə) öyrətməmiş olam. O da bir imamdır ki, onları sizə bəyan edəcəkdir. Camaat! Əlidən(ə) ayrı düşməyin və onun barəsində yolunuzu azmayın.


Onun vilayəti və imamlığı önündə özünüzü böyük görüb təkəbbür etməyin. O haqla rəhbərlik edən və haqqa əməl edən batili məhkum edib ondan nəhy edən adamdır. Onu Allah yolunda heç bir məzəmmət edənin tənəsi saxlaya bilməz.


Bundan başqa, Əli(Ə) Allaha və onun Rəsuluna(s) iman gətirən ilk adamdır. O, özünü Rəsulullah(s) fəda etdi. O, heç kəsin Rəsulullahla(s) ibadət etmədiyi zaman onunla yoldaşlıq edir və onunla birlikdə idi.


Camaat! Əli(Ə) Allah tərəfindən seçilən imamdır. Allah Təala onun vilayətini inkar edənin tövbəsini əsla qəbul etməz və o Allahın bağışlanması ona şamil olmaz. Allah onun fərmanı ilə müxalif olanlarla belə rəftar etməli və onları həmişə və əbədi əzabla cəzalandırmalıdır.


Allahla müxalifətdən qorxun, çünki elə bir oda düçar olarsınız ki, onun yanacağı camaat və kafirlər üçün hazırlanmış od püskürən daşdır.


Camaat! Allaha and olsun ki, əvvəlki peyğəmbər və rəsullar, mənim sonuncu peyğəmbər olmağımı hamıya müjdə vermişlər. Həm də mən yerin göyün yaradılmışlarına höccətəm. Bu barədə şəkk edən kəss cahiliyyət dövrünün kafirləri kimi kafirdir. Mənim bu sözümdən bir şeyə şübhə ilə yanaşan adam sanki, tamam peyğəmbərliyimə şübhə etmişdir. Hər kəs bu mətləbə şübhə ilə yanaşarsa, yandırıcı od onun üçündür.


Camaat! Bu Allah tərəfindən mənə bir fəzilətdir, boynuma qoyulmuş bir minnət, mənə olunan bir ehsandır. Ondan başqa məbud yoxdur. Mənim əbədi sitayiş və şükrüm həmişəlik olaraq ona məxsusdur.


Camaat! Əlini(ə) özünüzdən ütün tutun. Çünki o məndən sonra qadınlı-kişili insanların hamısından layiqlisidir. Bizim vasitəmizlə Allah ruzi göndərir və xalqı qoruyur. Məlundur, məlundur, qəzəblənilmişdir, qəzəblənimişdir, o adam ki, mənim bu sözümü rədd edib onunla müvafiq olmasın.


Camaat, diqqət edin! Cəbrail Allahın tərəfindən məni bu işdən agah etdi ki, Əli(Ə) ilə düşmən olan və onun vilayətini qəbul etməyənə mənim qəzəbim və lənətim olsun.


... Hər kəs gələcəyi üçün qabaqcadan nə göndərdiyinə baxsın. («HƏŞR», айя 18)


Allahın əmrilə müxalifət etməkdən çəkinin. Çox möhkəm ayaqlar sonradan əsməyə başlamış və xətaya tərəf getmişdir.


Allah sizin etdiklərinizdən xəbərdardır.


Camaat! Əli(ə), Allahın öz kitabında qeyd etdiyiجنب الله (cənbullah)dır.


Allah Təala buyurur: (Elə edin ki, sonra) bir kəs: «Allah itaət barəsində etdiyim təqsirlərə görə vay olsun mənə..».- deməsin. («ZÜMƏR», айя 56)


Camaat! Quranda dərindən düşünün, ayələrini anlayın, möhkəmatına yaxşı baxın, mütəşabihinə uymayın.


Allaha and olsun ki, sizin üçün Quranın mühərrəmat və nəhylərini ayələrinin təfsirini indi mən əlindən tutub özümə tərəf qaldırdığım şəxsdən başqa heç kəs aydınlaşdırmaz. Budur mən elan edirəm:


Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əlidə(ə) onun mövlası və ixtiyar sahibidir. O, Əli(Ə) Əbitalib oğludur və mənim vəsimdir. Onu seçmək tövsiyəsi Allah tərəfindən mənə çatdırılımışdır.


Camaat! Əli(Ə) və övladlarımın pakları kiçik qiymətli ağırlıqdır və Quran böyük qiymətli ağırlıqdır. Bunlardan hər biri digərini vəcf edir və bir-biri ilə müvafiqdir. Bu ikisi bir-birindən «kövsər» hovuzunda mənim yanıma daxil olanadək ayrılmazlar. Bunlar camaatın arasında Allahın Əmini və yer üçündə ilahi həkimlərdir.


Agah olun! Allahın əmrini çatdırdım. Bilin ki, vəzifəmi yerinə yetirdim. Ayıq olun ki, bəyanatı sizə eşitdirdim. Diqqət edin, ilahi əmri açıqladım. Bilin ki, Allah Təala dedi və mən də onun tərəfindən deyirəm:


Diqqət! Mömünlərə bu qardaşım və bu şəxsdən başqa heç kəs əmir deyildir. Məndən sonra mömünlərə imamlıq və əmirlik etmək ondan başqa heç kəsə halal və rəva deyildir.


(Əvvəldən, Peyğəmbər(s) xütbə üçün minbərə çıxanda Əli(Ə) bir pillə ondan aşağıda dayanmışdı. Rəsulullahın(s)sözü bura çatanda öz əlini Əlinin(ə) biləyinə vurdu, o da əlini Rəsulullaha(s) tərəf uzatdı. Sonra Peyğəmbər(s) öz qüvvətli əli ilə  Əlinin(Ə) biləyindən yuxarı qaldırdı. O qədər qaldırdı ki, ayaqları Rəsulullahın dizinin bərabərinə qədər gəldi). (Burada xütbənin ravisi Əlinin(ə) necə qaldığını və Rəsulullahın(s) əli ilə necə qaldırdığını şərh edir. bu Peyğəmbərin(s)xütbəsinin bir hissəsi deyildir. Lakin xəbərin mətnində qeyd olunmuş və qarışıq ibarələrlə gəlmişdir). Sonra buyurdu:


Camaat! Bu Əli(Ə) mənim qardaşım, vəsim və bilik xəzinəmdir. Ümmətə rəhbərlik və Allahın kitabının təfsirində mənim canişinimdir.


Bu Əli(Ə) xalqı Allaha tərəf çağırar və onun razılığı ilə əməl edər. onun düşməni ilə döyüşər. Allahın itaətində köməkçi, ona günah etməkdən çəkindirəndir. Rəsulullahın(s) canişini, mömünlərin əmiri və yolgöstərən rəhbərdir. O, əhdini sındıranları, zalimləri və dindən çıxanları öldürəndir. Allahın əmri ilə deyirəm və sözlərimdə pərakəndəlik yoxdur. Çünki Allahın göstərişi ilə deyirəm:


İlahi! Əlini(ə) sevəni sev, onunla ədavət edənə düşmən ol. Onu inkar edənə lənət et. Onun haqqı barəsində özünü görməməzliyə vurana qəzəb et!


İlahi! Mənə nazil etmisən ki, özündən sonra imamlıq və rəhbərlik sənin vəlin Əliyyə(я) məxsusdur. Mən bu hökmü bunlar üçün bəyan etdim və Əlini(ə) bu məqama, bəndələrinin dinini kamil etdiyin və onlara nemətini tamamladığın məqama təyin etdim. Onların dininin islam olmasını xoşladım və dedim:


«Hər kəs islamdan başqa bir din seçərsə, ondan qəbul olunmaz və o axirətdə ziyankarlardandır». («ALИ-ИMRAN», айя   85)


İlahi! Səni şahid tuturam ki, sənin əmrini təbliğ edib bəndələrinə çatdırdım.


Camaat! O ulu Allah, onun imamlığı ilə sizin dininizi kamil etdi. Onun imaməti qarşısında itaət etməyən, onun nəslindən olan övladlarımın, qiyamətə və Allah dərgahına yetişənədək, imamətini qəbul etməyən adamın əməlləri zay olar və o əbədi chənnəmdsə qalar.


«Belə adamların əzabları azalmaz və onlara rəhmət nəzəri olmaz». («BƏQƏRƏ», айя 167)


Camaat! Bu Əli(Ə) mənə sizin hamınızdan çox kömək etmişdir. Mənə sizin ən yaxınınızdır. Əli mənim yanımda sizin hamınızdan şərəfli olmuş, mən və Allah ondan razıyıq. Əli(Ə) barəsində nazil olan ayələrdən başqa heç bir ayədə Allah xoşlanmamışdır. Hər yerdə ki, Quran mömünləriAllahın xitab etdiyi tərəf kimi götürür, birinci xitab olunan odur. Quranda ondan başqa heç kəsin barəsində mədh gəlməmişdir. هل اتى على الأنسان   «Həl əta» surəsində cənnətə getmək barəsində Allahın verdiyi şəhadət ona məxsusdur. O surəni ondan başqa heç kəs barəsində nazil etməmiş və orada ondan başqa heç kəs təriflənməmişdir.


Camaat! Əli(Ə) Allahın dininin köməkçisi və Peyğəmbərin(s)ehtiramının müdafiəçisidir. O, pak təqva və yolgöstərənlə yol tapmışdır. Sizin Peyğəmbəriniz ən yaxşı peyğəmbər, vəsiniz ən yaxşı vəsi, oğlanları isə ən yaxşı canişinlərdir.


Camaat! Bütün peyğəmbərlərin övladları onun öz belindəndir, mənim övladlarım isə Əlinin nəslindəndir.

 


Ad
E-mail
*Mətn
Göndər