نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Qədir xütbəsi (1-Cİ HİSSƏ) sonnat.net


Qədir xütbəsi (1-Cİ HİSSƏ)

Qədir xütbəsi (1-Cİ HİSSƏ)

 


Qədir-Xum da Rəsulullahın xütbəsi:


بسم الله الرحمن الرحیم


الحمد لله الذی علا فی توحده ، و دنی فی تقرده ، وجل فی سلطانه و عظم فی ارکانه ، و احاط بکل شئ علماً و هو فی مکانه و قهر جمیع الخلق بقدرته و برهانه ، مجیداً لم یزل ، محموداً لا یزال باری ء المسموکات و داحی الموحدات ، و جبار الرضین و السموات.


سبوح قدوس ربّ الملائکه و الروح ، متفضّل علی جمیع من براه متطول علی جمیع م انشاه.


یلحظ کلّ عین و العیون لا تراه ، کریم حلیم ذو اناه.


قد وسع ل شی ء رحمته ، و من علیهم بنعمته ، لا یجعل بانتقامه ، و لا یبادر الیهم بما استحقوا من عذابه ... ... ... ...




Qədir-Xum xütbəsinin tərcüməsi




Bağışlayan və mehriban Allahın adı ilə


Həmd-səna, təkliyində uca, yeganəliyi ilə mövcudata yaxın səltənətində yenilməz və qüdrət rüknləri əzəmətli olan Allah üçündür. Hərəkət etmədən və yer dəyişmədən onun elmi bütün şeyləri əhatə etmişdir. Qüdrət və burhanı ilə bütün yaranmışlara qalibdir.


Böyüklüyü daimi, həmd və sitayişi həmişəlikidir. Yer səthini genişləndirən, hündürlükləri yaradan və yerin-göyün sultanıdır. Hər növ eybdən çox pak, mələk və ruhları yaradandır. Yaratdığına və icad etdiyinə yetirən və artırandır. O, gözləri görür, gözlər isə onu görmür. Kəramətli və səbrlidir, qullarına möhlət vermiş, onlarla yaxşı davranır. Geniş rəhməti hər şeyi əhatə etmiş və hər şeyə bol nemətlər ehsan etmişdir. (boyun qaçıranlardan) İntiqam almağa tələsmir. Əzaba layiq olan tapıldıqda onun əzabını sürətləndirmir.


Gizlin mətləbləri bilir, batində olanlara elmi vardır. Gizlinlər ona məxfi deyil və məxfilər onun səhhətinə səbəb olmur. O, hər şeyi əhatə etmiş və qalibdir. Bacarıq və qüdrəti hər şeyə yetərdi. Onun bənzəri yoxdur. Şeylərə mövcud olmadıqları zaman varlıq verəndir.


Qisti (ədaləti) bərpa edən əbədi varlıq, əziz və həkim olan Allahdan başqa məbud yoxdur. Gözə görünməkdən daha alidir, amma o, gözləri görür. O, lətif agahdır. Heç kəs onu görməklə vəsfedə bilməz və heç kəs onun gizlin və aşkarının necəliyini tapa bilməz. Yalnız özünün tanış etdiyi dəlillər və tanışlıqdan başqa heç kəs onun necəliyini bilə bilməz.


Şəhadət verirəm ki, müqəddəsliyi və paklığı aləmi bürümüş Allah odur. Nuru əbədiyyəti bürümüş Allah odur. Onun əmrləri məşvərətsiz olaraq yetərlidir. Işlərin təqdir və ölçü götürülməsində şəriki yoxdur və tədbirlərində heç bir ixtilaf və fərq yoxdur.


Yeni varlıqları analoqu olmadan, qabaqcadan təsvir etmiş, yaratdıqlarını heç kəsdən kömək almadan, zəhmətə düşmədən və heç bir çarə axtarmadan yaratmışdır.


Yaratdı sonra mövcudat var oldu. İcad etdi, sonra aləm zahir oldu. Deməli odur o Allah ki, ondan başqa məbud yoxdur. Yaratdığı dəyərli və gözəldir.


Ədalətlidir, zülm etməz. Kərim bir zatdır ki, aləmin bütün işləri ona qayıdır. Şəhadət verirəm o, o Allahdır ki, hər şey onun qüdrəti qarşısında təvazökarlıqla baş əyir və əzəməti qarşısında çox kiçikdir.


Mülklərin sahibi, fələklərin dolandırandır. Məlum zamanadək öz hərəkətinə davam edən günəş və ayın göstəriş verənidir. Bir-birini tez-tez əvəz edən gecə və gündüzü bu örtüyə bürüyən qüdrət sahibidir.


Hər bir zalimi sındıran və hər bir boyun qaçıran şeytanı məhv edən odur. Onun ziddi, bənzəri və şəriki yoxdur. Hamının məqsədi və ehtiyaclıların pənahı olan yeganə varlıqdır. Doğmur və həm də doğulmamışdır. Heç kəs onun yoldaşı və oxşarı ola bilməz.


İstədiyini həyata keçirən, iradəsinə uyğun hökm edən ali məqamlı yeganə Allah odur. Hər şeyi bilir və hesablayır, öldürür və dirilidir, yoxsul və varlı edir, güldürür və ağladır, bəxşişini geri alır və verir, səltənət və hökm vermək onundur, sitayiş ona məxsusdur. Yaxşılıqlar hamı onun əlindədir və qüdrət sahibidir. Gecəni gündüzə, gündüzü isə gecəyə çevirir. Ondan başqa çox bağışlayan məbud yoxdur. Duanı qəbul edən, bəxşiş verən, nəfəsləri sayan, cinn və insanların bəsləyənidir.


Ona çətin olan bir iş yoxdur. Dərdlilərin fəryadı onu dilxor, israr edənlərin təkidi onu pərişan etmir və yormur.


Layiqləri xəta və azmaqdan qoruyandır. Düzgünləri müvəffəq edən, mömünlərin ixtiyar sahibi və aləmin bəsləyənidir. Belə bir Allahın haqqı vardır ki, bütün yaranmışlar ona şükr etsinlər. Şadlıq, qəmlilik, çətinlik, rahatlıq hallarında ona həmd etsinlər.


Ona, onun kitablarına və rəsullarına inanıram. Əmrinə qulaq asıb itaət edirəm. Onun razılığı olan işi tez yerinə yetirirəm. Hökmünə boyun qoyub təslim oluram. Çünki itaətinə meylim var və əzabından qorxuram. O, elə bir Allahdır ki, nə bir nəfər onun qəfil əzabından amandadır, nə də onun zülmündən qorxusu vardır.


Onun qarşısında bəndəliyimlə şəhadər verirəm ki, mənə vəhy olunanları yerinə yetirəcəyəm. Çünki qorxuram ki, əgər yerinə yetirməsəm mənə bir məhv edici əzab nazil olsun. Onun isə məndən heç kəsin dəf etmək qüdrəti olmaz. Allahdan başqa bunun çarəsi yoxdur.


İndi o mənə elan etdi ki, mənə nazil olanı çatdırmışam. Onun peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş oluram. Allah Təala zəmanət verir ki, məni qoruyacaqdır. Onun qorumağı mənə kifayətdir. Mənə belə bir vəhy göndərmişdir:


Bağışlayan və mehriban Allahın adı ilə.


Ey Peyğəmbər! Öz Rəbinin tərəfindən sənə nazil olmuşu tamamilə (camaata) çatdır, çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah, səni insanların (şərrindən) qoruyacaqdır. («MAИDƏ», айя 67)


Camaat! Allahın mənə göndərdiyini çatdırmqaqla səhlənkarlıq etməmişəm. İndi bu ayənin nazil olma səbəbini sizə aydınlaşdıraram:


Cəbrail üç dəfə nazil olub Alahımın salamını (ki, o özü salamdır)mənə çatdırdı. Göstəriş verdi ki, bu cəmiyyətin hüzurunda hamının qarşısında ayağa durub bütün ağlı-qaralı insanların hamısına elan etdim ki, məndən sonra Əli ibn Əbi Talib mənim qardaşım, vəsim, canişinim və həm də imamdır. Onun mənə olan nisbəti Harunun Musaya olan məqamı kimidir. Yalnız bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.


O Allah və peyğəmbərdən sonra sizin başçınız və rəhbərinizdir. Allah Təala barədə bir ayə nazil etdi: Sizin əsil vəliniz (sahibiniz) Allah, onun peyğəmbəri və iman gətirənlərdir: o kəslər ki, namaz qılır və rüku halında ikən zəkat verir. («MAИDƏ», айя 55)


Əli(Ə) yeganə kişidir ki, namaz qılarkən zəkat verdi. onun Allahdan başqa məqsəd və hədəfi yoxdur.


Mən Cəbraildən istədim ki, bu bəyanat elan etməkdə və çatdırmaqda məni üzürlü saysın. Çünki, müttəqilərin azlıq, münafiqlərin çoxluğu, günahkarların hiylələri və islama məsxərə edənlərin yalançılığından agah idim. Onların vəsfi barəsində Allah Təala Quranda buyurur: «(O sözləri) bir-birinizin dilinizdən alırdınız və bilmədiyiniz bir şeyi ağızdan-ağıza deyirdiniz və bu işin Allahın yanında böyük olduğuna baxmayaraq kiçik hesab edirdiniz».(Nur-15)Onlar bir dəfə deyil, dəfələrlə məni incitmiş və hətta məni «Üzun» (qulaq yəni hər şeyə inanan) adlandırmışlar. Əlinin(ə) mənimlə yoldaşlığına və mənim ona olan diqqətimdən belə hesab edirlər ki, beləyəm. Nəhayət Allah Təala bu barədə ayə nazil etdi: Bu müsəlmanlardan elələri də var ki, Peyğəmbəri incidib deyirlər: «O, tez inanandır» (Ya Muhəmməd!) de: (onun) tez inanmağı sizə xeyirlidir. (Tövbə-61)


Əgər istəsəydim belə söz deyənləri bəyan edər və bir-bir qadlarını çəkər və tanıtdırardım. Amma Allaha and olsun ki, onlar barəsində böyüklük edir və adlarını çəkmirəm. Əgər Allah Təalanın nazil etdiyini çatdırmasam Allah məndən bütün bunları qəbul etməz və məndən razı qalmaz. Sonra bu ayəni tilavət etdi: Ey Peyğəmbər! Öz Rəbinin tərəfindən sənə nazil olmuşu tamamilə (camaata) çatdır, çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah, səni insanların (şərrindən) qoruyacaqdır. (Maidə-67)


Camaat! Agah olun ki, Allah Təala Əlini(ə) sizə rəhbər təyin etmişdir. Onu sizə imam və öndər qərar vermişdir ki, onun sözünə baxmaq, əməllərini yerinə yetirmək mühacir, ənasr tabiin, köçəri, şəhərli, ərəb, qeyri-ərəb, azad, qul, kiçik, böyük, ağ və qaralara vacibdir və əmri icra olunmalı, sözünə baxılmalıdır.


Kim onunla müxalifət edərsə məlundur. Onun dalınca gedən Allahın rəhmətinə doğru gedir. Onu təsdiq edən mömündür: onun sözünə baxmaq, ona itaət etmək Allahın bağışlamasına səbəbdir.

 


Ad
E-mail
*Mətn
Göndər