نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Ömərin Peyğəmbərin(s) əmisi Abbasa təvəssül etməsi sonnat.net


Ömərin Peyğəmbərin(s) əmisi Abbasa təvəssül etməsi

Ömərin Peyğəmbərin(s) əmisi Abbasa təvəssül  etməsi


Şeyx Süleyman Nəcdi yazır: “Təvəssül yalnız Peyğəmbərə məxsusdur, başqalarında bu ixtiyar yoxdur”. Halbuki, Buxari “Səhih”də yazır: “Qıtlıq düşən kimi Ömər ibn Xəttab Peyğəmbərin əmisi Abbasın vasitəsilə Allahdan yağış istəyir və deyirdi: “İlahi, nə zaman qıtlıq və quraqlıq olurdu, Peyğəmbərimiz(s) vasitəsilə Səndən yağış istəyirdik, Sən də bizi sirab edirdin. İndi də Peyğəmbərimizin əmisinin vasitəsilə Səndən yağış istəyirik, bizi sirab elə!”. Ravi deyir: “Yağış da yağdı!”1.


Əhməd Zeyni Dəhəlan “Xülasətül-Kəlam”da Əllamə Qəstəlaninin2 “Məfahib” kitabına əsasən yazır: “Ömər Abbasın vasitəsilə Allahdan yağış istəyərək deyirdi:-Ay camaat! Peyğəmbər Abbasa, oğulun öz atasına hörmət etdiyi qədər hörmət edirdi. Siz də Abbasa, onun qədər ehtiram edin və onu Allah dərgahında vasitəçi qoyun!”-sünnilərin bu hədisinə əsasən, səhabələrin bütün işləri düzgündür: “Mənim səhabələrim ulduz kimidirlər, hansının dalınca getsəniz, hidayət olunarsınız”. Səhabələrdən biri Ömər, Peyğəmbərdən(s) qeyrisinə təvəssül etmişdir. Kim deyə bilər ki, qıtlıq illərində Peyğəmbərdən(s) yağış istəyənlər müşrik olmuşlar?  Yaxud, Əraf surəsinin 55-ci ayəsi olan “Rəbbinizi çağırın” və Cin surəsinin 18-ci ayəsi olan “Allahdan başqa heç kimi çağırmayın”-əmrinin əksinə getmişlər? Ya da Ömər bu işi ilə şirk etmişdir? Yaxud, Ömər dini vahabilər qədər bilmirmiş?-“Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”


 


 


--------------------------------------------------------------------------------


1 Xəlifənin Abbasa nə qədər inamı olub? Görəsən, ömürünü İslama həsr etmiş, Peyğəmbər(s) Əhli-beytinin parlaq nümayəndəsi olan Əli (ə) daha çox hörmətə layiqdir, yoxsa besətdən 15 il sonraya, yəni, Bədr döyüşünə qədər müşrik və kafir qalan və sonralar da bir elə islami rolu olmayan Abbas? Tarixi yaxşı mütaliə edənlər bilirlər ki, Ömərin bu hərəkətdən iki məqsədi vardı: 1.Diqqəti Əlidən (ə) yayındırmaq. 2.Abbasa göstərdiyi belə zahiri və mənasız hörmətlə guya, Peyğəmbər Əhli-beytinə öz ehtiramını nümayiş etdirmək.


2 Şəhabəddin Əhməd ibn Məhəmməd ibn Əbu Bəkr Qəstəlani Misri. “Əl-Məvahibüd-diniyyə fis-sirətin-nəbəviyyə” kitabının müəllifi və böyük sünni alimi olmuşdur. O, Cəlaləddin Süyutinin müasiri olub. Qəstəlani 923-cü h. ilində, Süyuti isə 910-cu h. ilində vəfat edib. Bu, 686-cı h. ilində vəfat etmiş Qütbüddin Əbu Bəkr Məhəmməd ibn Əhməd Məkki Qəstəlani deyil.

 


Ad
E-mail
*Mətn
Göndər