نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
“Qədir Xum” hadisəsi sonnat.net


“Qədir Xum” hadisəsi
Mehriban və bağışlayan Allahın adı ilə.



“Qədir Xum” hadisəsi və İslam Peyğəmbərinin (s) o gündə müsəlmanlara üçün irad etdiyi xütbə mütəvatir (müxtəlif insanlar vasitəsilə dəfələrlə eynilə nəql olunmuş xəbər, hədis yaxud rəvayətə mütəvatir deyilir) olaraq nəql olunmuşdur. Tam əminliklə demək olar ki, bu xütbə etibarca təvatür (təvatür: hədis və ya rəvayətin yetərincə, inandırıcı dərəcədə müxtəlif vasitələrlə nəql edilməsi deməkdir) həddini bir neçə dəfə aşmışdır. Məlum olduğu kimi "Qədir Xum" hadisəsindən bir neçə əsr keçməsinə baxmayaraq, Peyğəmbərimiz Həzrət Mühəmmədin (s) bu hadisə ilə bağlı xütbəsi haqda elm adamları tərəfindən heç bir şübhə qeydə alınmamışdır. Bu da öz növbəsində, xütbənin sənədinin mötəbər olmasının təkrar sübutudur.



Əhli-sünnə məzhəbli, Ziyaəddin adlı alim bu barədə demişdir: “Əgər Qədir hədisi (xütbəsi) mötəbər sayılmazsa olmazsa, müsəlmanlar arasında heç bir inanıla biləcək məsələ olmayacaqdır.” 



Müsəlmanlar, o cümlədən əhli-sünnə arasında yüzlərlə alim, tarixşünas, Quran təfsirçiləri və hətta şairlər öz əsərlərində “Qədir Xum” hədisini qeyd etmişlər. Araşdırmalar nəticəsində keçmiş alimlərdən və yazarlardan 26 müxtəlif ünvanda kitab, mövzuyla əlaqədar bizə yetişmişdir. 



Nümunə olaraq onlardan bəzilərinə işarə edirik: 



1. “Əl-vilayət”, bu mövzuda yazılmış ilk müstəqil kitab: Məşhur əhli-sünnə taixçisi və tanınmış təfsirçi Məhəmməd ibn Cərir Təbərinin əsəri.

Müəllif bu kitabda 75 vasitə ilə “Qədir” hədisini nəql etmişdir. O dövrün böyük yazıçılarından olan Həməvi “Möcəmul Udəba” kitabında “Fəzailu Əli ibn Əbi Talib” adlı başqa bir kitabı da Təbəriyə nisbət vermişdir. 



2. “Əl- vilayət fi təriqi hədisi Qədir”: Hafis ibn Üqbə Həmədaninin əsəri. Müəllif bu kitabda 105 vasitə ilə Qədir hədisini nəql etmişdir. 



3. “Təriqu hədisil-Qədir”: Əbutalib Əbdullah ibn Əhməd ibn Zeyd Ənbarinin əsəri. 



4. Əbubəkr Məhəmməd ibn Əmr “Cəabi” ünvanı ilə məşhur olan kitabında bu hədisi 125 vasitə ilə nəql etmişdir. 



Dövrümüzə dək şiə alimləri və yazıçıları isə bu barədə son dərəcə qiymətli elmi və ədəbi əsərlər özlərindən irs qoyub getmişlər.



Nümunə olaraq: 



20 cilddən ibarət “Əbəqatul ənvar” kitabı o növ əsərlərdəndir ki, tanınmış yazıçı, din xadimi Mir Həmid Hüseyn Hindi onun 12 cildini yazıb, yaratmışdır. Qalan 8 cild isə onun yüksək


"Qədir" hədisinin rəvayətçiləri: 1. Əbubəkr ibni əbi Quhafə (birinci xəlifə), 2. Ömər ibni Xəttab (ikinci xəlifə), 3.Osman ibni Əffan (üçüncü xəlifə),


dini savada malik oğlunun töhvəsidir. 



Ayətullah Əllamə Əmininin islam tarixi mövzusunda və şiə məzhəbinə aid ensklopedik dərəcədə yüksək elmi səviyyəli “əl-Qədir” kitabı hamı tərəfindən şah əsər kimi tanınmışdır.



Qeyd etmək lazımdır ki, müsəlmanlar üçün heç də az əhəmiyyətli olmayan "Qədir" hədisi müasir dövrdə bir çox sünnü alimlər və yazarlar üçün populyarlığını qoruyub saxlamış və hətta elmi təhqiqat mövzusuna çevrilmişdir.



Nümunə olaraq bir neçə müasir alimin adı ilə yanaşı, onların əsərlərinə işarə edirik: 



- Əhməd Zeyni Şafei, “əl-Futuhat əl-islamiyyə” kitabının müəllifi, 

- Şeyx Yusif Beyruti, “Əşrəful-muəyyəd” kitabının müəllifi, 

- Seyyid Mömin Şəblənci Misri “Nurul əbsar” kitabının müəllifi,

- Şeyx Məhəmməd Əbdi, “əl-Minar” təfsir kitabının müəllifi, 

- Əbdulhəmid Alusi Bağdadi, “Nəsrul-ləali” kitabının müəllifi, 

- Şeyx Məhəmməd Həbibullah, “Kifayətut Talib” kitabının müəllifi, 

- Doktor Əhməd Fərid, “Təliqat möcəmul udəba” kitabının müəllifi, 

- Əhməd Zəki Misri, “Təliqat Əğani” kitabının müəllifi, 

- Ustad Əhməd Nəsim Misri, “Təliqat divan mehyar Deyləmi” kitabının müəllifi, 

- Ustad Məhəmməd Məhmud Rafei, “Şeyxul haşimiyyat” kitabının müəllifi, 

- Hafiz Nasir Həzrəmi, “Təşnif Azan” kitabının müəllifi,

- Doktor Ömər Fərrux, “Həkimul Muəmmərə” kitabının müəllifi. 



Müsəlman tarixşünasların kitablarında 100-dən artıq (125) vasitəylə nəql olunmuş “Qədir” hədisinin rəvayətçilərindən bəziləri aşağıda adları çəkilən şəxslərdir ki, çoxları Peyğəmbərin (s) yaxın adamları və tanınmış səhabələridir. 



1. Əbubəkr ibni əbi Quhafə (birinci xəlifə), 2. Ömər ibni Xəttab (ikinci xəlifə), 3.Osman ibni Əffan (üçüncü xəlifə), 4.Təlhə ibni Əbdullah Təmimi, 5. Zubeyr ibni Əvam, 6. Əbbas ibni Əbdulmüttəlib (Peyğəmbərin (s) əmisi oğlu), 7. Usamə ibni Zeyd ibn Haris, 8. Ənəs ibni Malik, 9. Cabir ibni Əbdullah Ənsari, 10. Səd ibni əbi Vəqqas, 11. Əbdurrəhman ibni Ovf, 12. Həssan ibni Sabit, 13. Səd ibni Ubadə, 14. Əbu Əyyub Ənsari, 15. Əbdullah ibni Məsud, 16. Salman Farsi, 17. Əbuzər Ğəffari, 18. Əmmar Yasir, 19. Miqdad ibni Əsvəd, 20. Səmərə ibni Cündəb, 21. Səhl ibni Hənif, 22. Ubəyy ibni Kəəb, 23. Əli ibn Əbi Talib, (Məzlum ağa).

Qadınlardan isə: 24. Əsma binti Umeys, 25. Ümmü Sələmə (Peyğəmbərin (s) həyat yoldaşı), 26. Ayişə binti Əbubəkr (Peyğəmbərin (s) həyat yoldaşı), 27. Ümmi Hani binti Əbi Talib (Peyğəmbərin (s) əmisi qızı), 28. Xanımlar xanımı həzrət Fatimə (ə) (Peyğəmbərin (s) sevimli qızı).



İslamın keçmişində dərin iz qoymuş və tarixində özünə məxsus yer almış, Qədir Xum hadisəsindən milyonlarla müsəlman təsirlənmiş və Peyğəmbərdən (s) sonra Əli ibni


Tanrı elçisi, Həzrət Mühəmməd (s) üç gün Qədir Xumda intizar çəkmiş müsəlmanlar üçün öz xütbəsində nə buyurmuşdur?


Əbi Talibi (ə) özlərinə örnək, rəhbər və imam seçmişlər.



Tanrı elçisi, Həzrət Mühəmməd (s) üç gün Qədir Xumda intizar çəkmiş müsəlmanlar üçün öz xütbəsində nə buyurmuşdur? O həzrətin məsələyə yüksək əhəmiyyət verməsinin səbəbi nə idi?

"İmamət" yaxud "Doltluq" müsəlman üçün həqiqətən də önəmli məsələdirmi? Bu kimi suallar hər zaman öz cavabını axtarmaqdadır.



Məzhəbindən asılı olmayaraq hər bir müsəlman, xüsusən də elm və düşüncə sahibləri üçün "Qədir" hədisini bilmək və Peyğəmbərinin bəyanatıyla yaxından tanış olmaq istəyini, təbii qiymətləndiririk.



Bu səbəbədən, əlimizdən gələni əsirgəməməyi özümə borc bilib,  hadisəni altıncı əsrin məşhur və tanınmış təhqiqatçılarından olan Təbərsinin “Ehticac” kitabına uyğun tərcümə edib, əziz oxuculara təqdim edirik.



بسم الله الرحمن الرحيم يا ايها الرسول بلغ ما انزل اليك من ربك و ان لم تفعل فما بلغت رسالته و الله يعصمك من الناس

Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni çatdır, bunu etməzsənsə, deməli peyğəmbərlik borcunu yerinə yetirməmisən. Allah səni camaatdan qoruyacaq. Surə 5, ayə 67.



Ey insanlar! Allah təalanın mənə göndərdiyini sizə çatdirmaqda heç bir səhlənkarlıq etməmişəm və indi həmən ayənin nazil olma səbəbini sizlər üçün açıqlayıram. Allahın vəhy mələyi olan Cəbrail (ə) üç dəfə nazil olaraq Allah tərəfindən mənə bu məkanda dayanaraq bütün camaata məndən sonra Əli ibn Əbi Talibin mənim canişinim, müsəlmanların xəlifə və rəhbəri olduğunu çatdıram. 



Əlinin mənə olan nisbəti Harunun Musaya olan nisbətinə bərabərdir, bir fərqlə ki, mənimlə peyğəmbərlik tamamlanır. Allahdan və onun rəsulundan sonra Əli sizin ixtiyarınızdadır. Bundan əlavə Quranın başqa bir ayəsində buyurmuşdur: 



انما وليكم الله و رسوله و الذين امنوا الذين يقيمون الصلوة و يؤتون الزكاة و هم راكعون 

Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər. Surə 5, ayə 55.



Əli ibn Əbi Talib həmən şəxsdir ki, namaz qılarkən rüku halında möhtac şəxsə öz üzüyünü sədəqə vermişdir. Cəbraildən (ə) istədim ki, mənə bu işdə uğurum üçün Allahdan kömək istəsin. Çünki, sizlər arasında imanlı insanların az, münafiqlərin isə çoxluq təşkil etməsindən və günahkarın hiylə və fəsadlarından xəbərdar idim. Necəyki, Allah təala Quranda onları belə xatırladır: 



تقولون بافواهكم ما ليس لكم به علم و تحسبونه هينا و هو عند الله عظيم

bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül



Həzrət Mühəmmədin (s) məsələyə yüksək əhəmiyyət verməsinin nə səbəbi var idi?



(asan, qəbahətli sayılmayan) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Surə 24, ayə 15.

 

Hələdə bu dəstənin dəfələrlə mənə etdiyi əziyyətləri və Əliyə mənimlə çox vaxt birlikdə olduğundan diqqət yetirdiyim və əhəmiyyət verdiyim üçün mənə eşitdiyi hər bir şeyə inan sadəlövh insan demələrini yaddan çıxarmamışam. Tainki Allah təala bu ayəni nazil etdi: 



و منهم الذين يؤذون النبى و يقولون هو اذن قل اذن خير لكم يؤمن بالله و يؤمن للمؤمنين

Peyğəmbəri incidib, "O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır",- deyənlər də var. De: "O qulaq sizin üçün bir ne’mətdir. Allaha da inanır, mö’minlərə də. Surə 9, ayə 61.



Mən indi bu dəstəni ad və əlamətləri ilə bir-bir göstərə bilərəm, amma Allaha and olsun ki, mən onlarla alicənablıqla davranmışam və davranacağam. 



Amma bütün bunlar “يا ايها الرسول بلغ ما انزل اليك...” ayəsində qeyd olunmuş vəzifəmi yerinə yetirməyincə Allahın məndən razı qalmasına səbəb olmayacaqdır. 

Ey insanlar! Bilin ki, Allah Əli ibn Əbi Talibi sizlər üçün vəli, ixtiyar sahibi, imam, rəhbər və itaət edilməsi vacib olan şəxs müəyyən edib. Onun göstəriş və əmrləri şəxsiyyətindən və rəngindən asılı olmayaraq bütün mühacir və ənsara, ərəb və əcəmə vacibdir. 



Hər kəs Əliylə müxalifət edərsə lənət olunmuş və hər kəs ondan itaətkarlıq edərsə ilahi rəhmət ona şamil olacaqdır. Mömin, Əliyə iman gətirib onu təsdiq edən şəxsdir. Allahın rəhmət və bəxşişi Əlinin sözlərini eşidib, əmrlərinə tabe olan şəxslər üçündür. 



Ey insanlar! məni axrıncı dəfədir ki, bu məkanda görürsünüz. Sözlərimə yaxşı diqqət yetirin və Rəbbinizin əmrlərinə itaət edin. Allah sizin rəbbiniz, himayədarınız və ixtiyar sahibinizdir. Ondan əlavə Allahın rəsulu olan mən, Məhəmməd, sizlərin rəhbəriniz, himayədarınız və ixtiyar sahibinizəm. Məndən sonra qiyamət gününə kimi imamət və rəhbərlik Əli və onun, mənim nəslimdən olan övladlarıyla davam edəcək. Allahın halal etdiklərindən başqa heç bir halal və haram etdiklərindən qeyri tək bir haram yoxdur. Allah təala bütün halal və haramları mənə öyrətmiş, mənsə Əliyə öyrətmişəm. 



Ey insanlar! Elə bir elm yoxdur ki, Allah mənə öyrətməmiş olsun və mən də hər nə öyrənmişəmsə birbaşa Əliyə öyrətmişəm. 



Ey müsəlmanlar! Olmaya ondan üz çevirərək əksinə hərəkət edəsiniz, olmaya onun rəhbərliyi, imamlığı və əmrlərindən iatətkarlıqdan təkəbbürcəsinə boyun qaçırasınız! 

Batili məhv edib, haqqa tabe edən, Tanrı yolunda təhqir olunmadan çəkinməyən, Allaha və onun peyğəmbərinə


"İmamət" yaxud "Doltluq" hansı önəmlidir?


ilk iman gətirən, yalqızlıq çağında daima peyğəmbərlə yanaşı və ondan himayə edən, heç kimsənin ibadətdən anlayışı olmadığı bir zamanda peyğəmbərin kənarında Allaha ibadət edən şəxs, odur. 



Ey insanlar! Əlini hər kəsdən hörmətli və üstün tutun, çünki Allah onu hamıdan hörmətli və üstün hesab etmişdir. Onu özünüzə rəhbər seçin ki, Allah onu sizin rəhbəriniz və yol göstərəniniz olaraq təyin etmişdir. 



Ey insanlar! Əli, Allah tərəfindən seçilmiş imam və rəhbərdir. Heç vaxt Allah Əlinin vilayətini qəbul etməyənlərin tövbəsini qəbul etməyəcək və onları bağışlamayacaqdır. Allah Əlinin əmrindən itaət etməyən şəxslərlə belə rəftar etməyi özünə lazım və vacib hesab etmişdir. Dünya durduqca onları çətin və ağır əzab-əziyyər gözləyir. Heç bir zaman onun əmr və göstərişlərindən boyun qaçırmayın, əks təqdirdə kafirlər üçün hazırlanmış, odunu insanlardan və daşlardan tədarük görülən oda düçar olarsınız. 



Ey insanlar! Məndən qabaqkı bütün peyğəmbərlər və İlahi elçilər insanlara mənim gəlməyimi müjdə veriblər, mən peyğəmbərlərin sonuncusu və bütün aləmlər üçün dəlil və sübutam. Hər kəs bu məsələ barədə şəkk edərsə cahil kafir misalındadır və mənim sözlərimin birində şəkk edən şəxs mənim bütüm sözlərimə şəkk edən şəxsə bərabərdir və belə bir şəxs əzab və bəlaya layiqdir. 



Ey insanlar! Uca Allah bu fəzilətləri mənə verməklə mənə minnət qoyub və ehsan edib. Ondan savayı heç bir Allah yoxdur, dünyanın sonunadək mənim sitayiş və təşəkkürüm öz Allahımadır. 



Ey insanlar! Əlini hamıdan üstün tutun ki, məndən başqa bütün kişi və qadınlardan üstün və hörmətlidir. Bilin ki, Allah bizə xatir bütün dünya əhalisinə ruzi verir və yaradılmışların yaşamasını təmin edir. Mənim bu sözümü inkar edən hər bir şəxs Allahın lənət və qəzəbinə düçür olacaqdır. 



Agah olun ki, bütün bunları Cəbrail (ə) Allah tərəfindən mənə xəbər verərək buyurmuşdur: “Hər kəs Əliylə müxalifət və düşmənçilik edərsə, ürəyində onun vilayət və məhəbbətinə yer verməzsə, Mənim qəzəbimi qazanmışdır.” 

Deməli gərək hamı səhəri gün üçün nə hazırlaması barədə öz işlərinə diqqət yetirsin və Əliylə müxalifət etməkdən çəkinsin, olmaya Əlini qəbul etdikdən sonra yolunuzu azaraq öz fikrinizdən yayınasınız. Allah sizlərin hər bir işinizə agahdır. 



Ey insanlar! Əli o şəxsdir ki, Allah Quranda ondan “جنب الله” ünvanı ilə yad edərək cəhənnəmə düçar olanların


Həzrət Mühəmməd (s): Cəbraildən (ə) istədim ki, mənə bu işdə uğurum üçün Allahdan kömək istəsin...


diliycə buyurmuşdur:  



يا حسرتی على ما فرطت فى جنب الله


Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Surə 39, ayə 56.



Ey insanlar! Qurana diqqətlə fikir verin və ayələrini düşünərək dərk etməyə çalışın. Allaha and olsun, əlindən tutub sizə göstərdiyim bu şəxsdən başqa elə bir şəxs yoxdur ki, Quranın göstərişlərini sizə aydınlaşdıraraq, onun ayələrini təfsir etsin. 

Bu kişi mənim qardaşım Əli ibn Əbu Talibdir ki, onunla dostluq Allah tərəfidən mənə əmr edilmişdir. 



Ey insanlar! Əli və mənim pak övladlarım “Siql əsğər”, Quran isə “Siql əkbər” dir, onlardan hər biri digərindən xəbər verir və bir birlərini tamamlayaraq təsdiqləyirlər. Bu iki dəyərli şey qiyamət günü hövzün kənarında mənə yetişənədək heç bir zaman bir-birlərindən ayrılmayacaqlar. Onlar Allahın yer üzərində əminləri və əmrlərini icra edənlərdirlər. 



Ayıq olun ki, lazım olan sözləri dedim! 

Ayıq olun ki, lazım olan mətləb və məqsədi elan edib, sizlərə yetirdim! 

Bu işin Allah əmrinə əsasən baş tutduğunu izah etdim və Allah tərəfindən sizlərə yetirdim. 

Ayıq olun ki, “Əmirəl möminin” ləqəbinə mənim qardaşımdan başqa heç bir şəxs layiq deyildir, məndən sonra müsəlmanlara rəhbərlik məqamı (Əlidən qeyri) heç bir şəxsə halal deyildir. 



Peyğəmbər (s) bu zaman həzrət Əli ibn Əbi Talibin əlindən tutub, qaldırıb, camaata göstərərək, buyurdu: 

Ey camaat! Bu şəxs Əlidir, mənim gardaşm və vəsim, elmin mühafizəçisi və ümmət arasında mənim xəlifəm və canişinimdir. 

Əlidir, İlahi kitab quranın təfsirçisi və insanları haqqa doğru dəvət edən!

Odur, Allahın razılığını qazanmaq üçün tələsir. 

Haqq düşmənləriylə mübarizə edən və insanları günaha düşməkdən qoruayn, odur.

Odur, Allah rəsulunun canişini və insanların rəhbər və əmiri. 



Ey insanlar! Bütün bunları Allahın istəyi və göstərişilə deyirəm. Bütün bu dediklərim Allah tərəfindəndir və mən onlarda heç bir dəyişiklik etməmişəm. 



İndi deyirəm: Ey Rəbbim! Hər kəs Əlini dost bilərsə onu dost bil və hər kəs Əliylə düşmənçilik edərsə onunla düşmən ol. 

Ey Allahım, Əlini danan hər kəsə lənət et və onun haqq olduğunu qəbul etməyən hər kəsi, öz əzabına düçar et. 

Ey Allahım, indi sənin vəlin olan Əlini, öz xəlifəm və canişinim təyin etdim və dinin tamamlanmasına səbəb olan məsələni bu insanlara çatdırdım. 

Bütün bunlar sənin göstərişinlə idi ki, özün mənə vəhy edərək buyurmuşdun: 



و من يبتغ غير الاسلام دينا فلن يقبل منه و هو فى الآخرة من الخاسرين

Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! Surə 3, ayə 85.



Ey Rəbbim! Şahid ol ki, mən öz təbliğ vəzifəmi (peyğəmbərlik borcumu) yerinə yetirdim və sən şahidlərin ən yaxşısısan.

 

Ad
E-mail
*Mətn
Göndər