نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Həzrət Əli(ə)-ın yüksək məqamını vəsf edən gözəl bir bəhri təvil sonnat.net


Həzrət Əli(ə)-ın yüksək məqamını vəsf edən gözəl bir bəhri təvil

Əli (ə) kimdir?- Həzrət Əli(ə)-ın yüksək məqamını vəsf edən gözəl bir bəhri təvil


Sordu bir şəxs Əli(ə) kimdir? Nə təbibdir, nə həkimdir ki, Xudayidir onun sidqü vəfası, qurtaran dəm bu sual, gəldi cavabı, necə bir möcüzə baş verdi, İlahi, gecədən oldu işıq selləri peyda,elədi həqqi hüveyda dedi:

  “Ey bəndə, eşit bil Əlidir(ə) aşiqi-bimisli ki, Qurandı ona vasifü məddah, bu kitabla onu vəsf eylədi Allah. “İnnəma”, “Ənfüsəna”, “ Taha”vü “Yasin” sona yetməz edə təfsirin əgər alim ola min, hələ “ Vəşşəms”, hələ var sureyi “İnsan”, “Qul kəfa”, “əy yuhərrəsul” , “ La fəta”, sureyi “Rəhman”, hanı insanda bu imkan biləki şəni-Əlidə(ə) nə deyir məniyi-Quran?! “İnnəl əbrarə yəşrəbunə min kəsin kanə mizacuhə kafura”- deyə əmr etdi İlahi, keçilər cümlə günahi, eləsə dərk bu ayati əgər kafir olan da, hanı bir kimsə söz ilə belə tərif oluna cümlə-cahanda: “Əfəmən kanə möminən”, yəni varmi Əliyə(ə) tay, Əlisiz(ə) cümlə-əməl zay, bunu bir kimsə özündən deməz əlhəq, belədir Xaliqi-yəzdan buyuran ayeyi-mütləq, belə şərh eylədi bu ayələri Əhmədi-Muxtar(s), axı üstün daha kim var,edə məna bu şərafətli kəlamı, özünü anlamaz heç vaxt tanımaz kim ki İmami, Əlidir(ə) gənci-nübuvvətdə elə dürri-girami ki, ona söykənib öyrəndi peyəmbərliyi, Allahi təmami Əlidir(ə) həqq özü, həqqdir Əlinin(ə) cümlə mərami, odu bir beyti müqəddəs ki, ona daxil olan kəs, soyunur cümlə günahın, geyinir ədl silahın, eliyir zülm ilə dəva ki,ola dəhrdə bərpa bəşərin həqqi-hüquqi,tapa məna bəşəriyyət ara Quran olub hər kimsə Əlizadə aça sidqilə meydan ki,ola razi Xudasi, Əlidir(ə) çünki cahanda bəşərin rahi-hüdasi...” bu zamanda dedi: “ əhsən yerü göylər və ağaclar və çiçəklər,cəmi quşlar və mələklər və yağışlar və küləklər dedi bir kəlməyə əhsən bütün aləm, tutub üz göylərə söylər Hacı Soltan, dayanıb əmrə mühəyya kömək ol ya Əli(ə) mövla, kömək ol ya Əli(ə) mövla”.

 

Bəhri-təvil Hacı Soltan Əlizadəyə məxsusdur


 


Ad
E-mail
*Mətn
Göndər