نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Ömər Əbu BəKrİn Göstərİşİ İlə xəlİfə olur! sonnat.net


Ömər Əbu BəKrİn Göstərİşİ İlə xəlİfə olur!
Əbu Bəkr və onun ardıcıllarının aşkar dəlillərin əksinə olaraq şəxsi nəzəriyyələrini irəli sürdüyü və onu əməli olaraq həyata keçirdiyi ikinci hadisə budur: Əbu Bəkr vəfat edərkən vəsiyyət etdi ki, özündən sonra Ömər xəlifə olsun. Əmirəl-Möminin Əliyyibni Əbi Talib (əleyhis-salam) “Nəhcül-bəlağə”də Əbu Bəkrin barəsində buyurur:



“O, öz sağlığında xilafətdən kənara çəkilmək istəyirdi (dildə özünü xilafətdən kənara çəkib deyirdi ki, nə qədər ki, Əli sizin aranızdadır, mən heç nəyəm!), amma ölümündən sonra bu mənsəbi başqası (yəni Ömər) üçün hazırladı və onu dəvənin iki döşü kimi öz aralarında bölüşdürdülər.” (1)



Çox qəribədir! Bir nəfər sabahın cəzasından, qiyamət gününün hesab-kitabından azacıq belə qorxmadan, bir şeyi onun həqiqi sahibindən zorla alır, sonra isə istədiyi hər kəsə həvalə edir!



Sanki o, unutmuş və ya özünü unutqanlığa vurmuşdu ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) özündən sonra xilafəti Əli (ə)a və ondan sonra da onun məsum övladlarına tapşırmışdır. Halbuki, onlar iki ağır əmanətdən biridir: hər kəs onlara sarılsa yolunu azmaz; Hər kəs din işlərində onların getdiyi yolla getsə, haqqa, həqiqətə çatar.



O Əhli-beyt ki, tərəzinin gözündə Quranla bərabərdir və qiyamət günündə “Kovsər” hovuzunun yanında Peyğəmbərə çatana qədər o ikisi bir-birindən ayrılmayacaqlar.



Onlar elə pak sülalədir ki, Nuhun nicat gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat tapar və hər kəs ondan uzaq düşsə, qərq olar.



Onlar Bəni-İsrailin “Hittə” qapısına bənzəyir. (2) Hər kəs oraya qədəm qoysa, günahları bağışlanar. Onlar yer əhlinin ilahi əzabdan, İslam ümmətinin dində yaranacaq ixtilaflardan amanda qalması səbəbidirlər. Hərgah ərəblərdən hər hansı bir qəbilə onlarla müxalifətə qalxsa, işləri ixtilafa düşər və İblisin dəstəsinə çevriləcəklər.



Bu barədə çoxlu başqa hədislər də mövcuddur ki, imamların Peyğəmbərdən sonra xilafətə hamıdan artıq layiqli olduqlarını göstərir. “Əl-müraciat” kitabında onun bir qismi qeyd edilib. (3) Maraqlananlar oraya baxa bilərlər. (4)



––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––



(1) “Nəhcül-bəlağə”, 3-cü xütbə (2) Bu, Quranın iki yerində qeyd olunan məsələyə işarədir:

وَ  ادْخُلُوا الْباَبَ سُجَّدًا وَ قُولُوا حِطَّةٌ نَغْفِرْ لَكُمْ خَطاَياَكُمْ



“O qapıdan səcdə halında daxil olun və deyin: “Pərvərdigara, bizim günahlarımızı bağışla!” Biz də sizin xətalarınızı bağışlayaq.” “Bəqərə” surəsi, ayə:58

قُولُوا حِطَّةٌ وَ  ادْخُلُوا  الْباَبَ سُجَّدًا نَغْفِرْ لَكُمْ خَطاَياَكُمْ



“Bəni-İsrailə deyildi ki, “Hittə” qapısından Beytül-müqəddəsə daxil olun və səcdə edin ki, sizin günahlarınızı bağışlayım. Amma onlar o qapıdan daxil olmadılar.” “Əraf” surəsi, ayə: 161



(3) Bu hissəni “Əl-müraciat”ın 8-14-cü müraciətlərində görə bilərsiniz.



(4) Qəribədir ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Allahın əmri ilə Qədir Xumda Əli (əleyhissalam)-ı öz yerinə canişin təyin etdi, lakin (sünnülərin nəzərinə görə) hamısı adil olan (?!) səhabələrin heç biri onu qəbul etmədilər. Amma Əbu Bəkrin bircə işarəsi və sifarişi ilə Ömər onun canişini olur və heç kəs də etiraz etmir!

 

Ad
E-mail
*Mətn
Göndər