نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Nə üçün Hüseyn (əleyhis-salam) unudulmur? sonnat.net


Nə üçün Hüseyn (əleyhis-salam) unudulmur?

Bəşəriyyət tarixinin ən şanlı qəhrəmannaməsinə çevrilən İmam Hüseyn (əleyhis-salam)-ın həyat tarixinin əhəmiyyəti təkcə hər il milyonlarla insanın hisslər dalğasını təlatümə gətirməsində, bütün mərasimlərdən daha artıq həyəcanlı və əzəmətli bir mərasim yaratmasında deyil; əksinə onun əhəmiyyəti əsas etibarı ilə pak dini-insanı və ictimai amillərdən başqa bir amilinin olmamasındadır; bu tarixi hadisənin ildönümü münasibəti ilə təşkil olunan əzəmətli tədbir və yığıncaqların heç bir müqəddiməyə, təbliğat fəaliyyətlərinə ehtiyacı yoxdur və bu nöqteyi-nəzərdən də misilsiz bir hadisədir.

Bizim əksəriyyətimiz bu həqiqəti bilirik, lakin çoxları, xüsusilə qeyri-islami mütəfəkkirlər üçün hələ də düzgün şəkildə aydınlaşmayan, onların nəzərində müəmma şəklində qalan mühüm məsələ budur: nə üçün kəmiyyət və keyfiyyət baxımından oxşarı az olmayan bu tarixi hadisəyə bu qədər əhəmiyyət verilir?! Nə üçün anma mərasimləri hər il əvvəlki illərlə müqayisədə daha əzəmət və coşqu ilə keçirilir?!

Nə üçün hal-hazırda üməyyə silsiləsindən və onların tərəfdarlarından heç bir əsər-əlamət yoxdur. Hadisənin qəhrəmanları isə unudulmalı olduğu halda Kərbəla hadisəsi özünə əbədilik rəngi almışdır?

Bu sualın cavabını sözügedən inqilab hərəkatının əsil stimullarının axarlarında axtarmaq lazımdır. Biz təsəvvür edirik ki, bu məsələnin araşdırıb təhlil edilməsi islam tarixindən agahlığı olanlar üçün çox da mürəkkəb və çətin deyildir.

Daha aydın bəyanla ilə desək, qanlı Kərbəla hadisəsi hakimiyyət kürsüsünü ələ keçirmək, mal-dövlət qazanmaq, ölkə fəth etmək, ərazi  genişləndirmək və s. əldə etmək üçün iki siyasi rəqib arasında baş verən müharibə olmamışdır. Həmçinin bu hadisə qəbilə-tayfa imtiyazlarına əsaslanan iki tayfanın kin-küdurət üzündən qarşıdurmasından və kinlərinin partlayışından qaynaqlanmamışdır.

Bu hadisə həqiqətdə iki fərdi və əqidəvi fikri cərəyanın arasındakı mübarizəsinin aydın səhnəsidir ki, onun alovu bəşəriyyətin macəra ilə dolu olan tarixi boyu lap qədim zamanlardan indiyə qədər heç vaxt sönməmişdir.

Bu mübarizə bütün ilahi peyğəmbərlərin, dünyanın islahatçı və xilaskar insanlarının mübarizəsinin davamı və başqa sözlə desək, “Bədr” və “Əhzab” müharibələrinin davamı idi.

Hamımız bilirik ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) ictimai və ideoloji inqilab rəhbəri ünvanı ilə bəşəriyyətin hər növ bütpərəstlik və xurafatdan xilası, insanların hər növ cəhalət və zorakılıqdan azadlığı üçün qiyam edərkən zülmə məruz qalanları, haqq axtaranları – onlar bu ictimai dəyişikliyin ən mühüm ünsürləri idi – öz ətraflarına topladı. Bu zaman belə bir islahatçı və mütərəqqi hərəkatın müxalifləri – onların başında bütpərəst varlılar və Məkkə sələmçiləri dayanırdı – öz cərgələrini möhkəmləndirərək, bu səmavi nidanı məhv etmək, onun nurunu söndürmək üçün bütün qüvvələrini işə saldılar. İslamın ziddinə olan bu fəaliyyətlərin bünövrəsini əməvi partiyası qoymuşdu. Onların da başçısı Əbu Süfyan idi. Lakin axırda islamın gözqamaşdı


Ad
E-mail
*Mətn
Göndər