نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Müaviyənin məktubunun təhlili sonnat.net


Müaviyənin məktubunun təhlili

1. Məktubların araşdırılmasına başlamazdan əvvəl iki nöqtəni əziz oxucuların yadına salmaq istəyirəm. Birincisi budur ki, Təlhə və Zubeyr Məkkədə hamıdan qabaq iman gətirmiş 8 nəfərdəndirlər və bütün 20 ili (10 Məkkədə, 10 il Mədinədə) dini diriltmək və islamı saxlamaq üçün əziyyət çəkib qılınc vuranlardandırlar. İkincisi isə budur ki, Müaviyə tüləqadandır(azad olunmuş) və Məkkənin fəthində müsəlman olanlardandır. Yəni ən azı 17 il onlarla əks cəbhədə düşmən kimi döyüşənlərdəndirlər.


 


İndi isə Peyğəmbərin(с) rihlətindən 25 il keçmiş və Müaviyə Osmanın qətlindən sonra kəmərini bağlayıb ki, islamı məhvə aparsın. Ən yaxşı yol isə parçala və hökm sür» –prinsipindən istifadə etməkdir. Təəssüflər olsun ki, islamın əvvəllərindən indiyədək mücahid olan Təlhə və Zubeyr elə bir vəziyyətə düşmüşlər ki, islamın barışmaz düşməni olan Müaviyə asanlıqla onlardan Bəni Üməyyə islamının xeyrinə istifadə edə bilir və bu iki nəfəri öz əlində alət edə bilir. (Bu Təlhə və Zubeyrin ilk problemidir, sonrakılar isə)


 


2. Müaviyənin məktubunun müştərək və həssas nöqtələri: 1. Siz öndə gedənlər cənnətlə müjdələnənlərdənsiniz. 2. Siz Ömərin seçdikləri və xilafət şurasının üzvlərisiniz. 3. Allah rizası və söz birliyini qorumaq üçün qiyam edin. 4. Mən Şamı sizin hakimiyyətiniz üçün –kim birinci qiyam etdi. Onun üçün, sonra da digəri üçün –hazırlamışam.


 


3. Biz tələsik Əbu Talib oğlunun bütün fəzilətlərini bir tərəfə bir tərəfə qoyub, bu iki şeyxin etdiyi işləri gerçəkliklə araşdıraq. Osman xalqın əli ilə öldürüldü, sonra camaat Əli ibn Əbi Talibə(ə) beyət etdi. Hamıdan əvvəl bu iki cənab beyət etdilər. Müaviyənin onlar üçün sadaladığı fəzilətlərdən 13 il öncə xilafət şurasında özləri yəqin etmişdilər ki, Əli Əli(ə) onların hamısından fəzilətldir. Sonra Müaviyə yazmışdı ki, əşəreyi mübəşşərənin üzvüsünüz hədisin səhih olduğunu fərz etsək, Əli də o 10 nəfərdən biridir biridir ya yox? Sonra yazmışdır ki, siz Ömərin xilafət çurasına seçdiyi 6 nəfərdənsiniz -Əli də o 6 nəfərdən biri idi ya yox?


 


4. İndi əgər bu iki cənabdan siz hansı fəzilət sahibisiniz ki, Əliyə(ə) beyət etdikdən sonra bu beyəti sındıraraq bütün insani kamilliyin zirvəsində olan və hətta sizin ilə eyni zamanda cənnətə daxil olacaq bir adamın üstünə qılınc çəkirsiniz –sualını soruşsaq böyük günah etmiş oluruqmu? Yalnız bir məsələ qalır. O da budur ki, bu cənablar –dünənin sayılıb-seçilən, mücahid və irəlidə gedən –təəssüf ki, bu günün, varidatını bir az əvvəlki səhifələrdə yazdığımız ən varlı və sərvətli və buna görə də ən tərəddüddə qalan müsəlmanları Əli(ə) hakimiyyətindəki həqiqi islami dəyərlərə tab gətirə bilmirdilər və bilməzdilər. Niyə? Niyəsi məlumdur. Çünki bu gün boğazadək pul, məqam post və rəyasətə şəhvət gölməçəsinə düşmüşlər. Bunlar da hamısı mənəvi tərəqqinin qarşısını alan ən böyük sədd və yolkəsəndir. Bütün yer kürəsinə və istisnasız olaraq bütün zamanlar yarıdiqqətlə baxmaq kifayət edir ki, keçmişlə indini müqyisə edib pul, məqam şəhvətinin, dünyadan azad olmuşları izzət və şərəf zirvəsindən zillət quyusuna necə salmasının şahidi olasan.


 


5. Aşağıda qismən qeyd olunan (gələcəkdə onun hamısını qeyd edəcəyik ) Əli əleyhissalamın xialfətinin ikinci günü söylədiyi birinci xütbəsi bu iki nəfərə və bütün küləkgətirən sərvətləri milyarddan keçmişlərə bir qulaqburması idi, İmam Əli(ə) buyurdu:


 


«... Mən sizi Peyğəmbərimizin (Allahın salamı ona və ailəsinə olsun) aydın yolu ilə aparacağam. Mənə nə göstəriş verilibsə, sizin üçün əgər mənimlə düz olsanız əməl edəcəyəm. Allahdan kömək istəməliyik. Bilin ki, mənim Rəsulullaha(с) nisbət vəziyyətim, onun rihlətindən sonra da onun olandakı vəziyyətim kimidir... Diqqətli olun! Birdən sabah sizlərdən, dünya aldatmış, özləri üçün abad yerlər , axar çaylar düzəldən, yeyin atlar minən və gözəl çöhrəli kənizləri xidmətçi götürən ki, həqiqətən bu onlar üçün ayıb və ardır, bir dəstəni buişlərdən saxlasam və özləri də bildikləri öz hüquqlarını qaytarsam, xoşları gəlməyəcək və rəva olmayan iş bilib deyərlər ki, Əbu Talibin oğlu bizi öz hüququmuzdan məhrum etdi!. . Hamınız Allah bəndələrisiniz, sərvət də Allahındır. O sizin aranızda bərabər bölünəcəkdir və onda heç kəsin heç kəsə üstünlüyü yoxdur..».


 


Xilafətin 3-cü günü İmam Əlinin(ə) göstərişi ilə o həzrətin katibi Übeydullah ibn Əbi Rafi müsəlmanların aylıqlarını onların arasında bərabər şəkildə bölərək hər kəsə 3 dinar verdi. Nəticədə, İbn Əbil Hədid öz şeyxi Əbu Cəfər Əskafidən nəql edir ki, Əlinin(ə) bu sözləri (və bu əməli) onların (Təlhə və Zubeyr) xoşuna gəlməyən və kin bəsləmələrinə səbəb olan ilk iş oldu.


 


6. Sonra Müaviyənin dili ilə desək, ictimai mövqeləri Rəsulullahın(с) həvariləri olan və istər-istəməz dünənədək Bəni Üməyyə ilə əks cəbhələrdə qılınc vuran Təlhə və Zubeyr cənabları bu gün düşmən qarşısında müştərək mənafe taparaq gəlib səmimi şəkildə bir-birinin əlini sıxaraq hökmranlıq barədə peyman bağladılar. Gələn fəsillərdə bu barədə yazacağam. Amma indi tələsik bir işarə ilə kifayətlənirik. İbn Əbil Hədid 91-ci xütbənin şərhində yazır:


 


Ertəsi gün (mal bölgüsünün səhəri) sübh namazından sonra, hələ camaat məsciddə olarkən, Təlhə və Zubeyr gəlib Əlidən(ə) uzaq bir yerdə oturdular. Sonra Mərvan, Səid və Ubeydullah ibn Zubeyr gəlib onların yanında oturdular. Sonra da Qureyşdən bir qrup gəlib onlara birləşərək bir saat astadan söhbət etdilər. Vəlid ibn Uqbə ibn Əbi Müit (Osmanın xilafəti zamanı Kufənin valisi) qalxıb Əlinin(ə) yanına gəldi və dedi: Ey Əbəl Həsən! Sən hamını müsibətə salmısan. (Bizim qanlarımız sənin boynunadır). Öz barəndə, atamı Bədr müharibəsində öldürmüsən, dünən Osmanın evindəki döyüşdə qardaşıma kömək etməyib zəbun etdin, Səid ibn Asın atasını ki, Qureyşin öküzü idi –Bədr müharibəsində öldürmüsən, Mərvanın atasını, Osman onu özünə birləşdirəndə nakəs və alçaq adlandırdın. Halbuki, biz Əbdü Mənaf övladları sənin və sənin kimi şəxslərin qardaşlarıyıq. İndi sənə bu şərtlə beyət edirik ki, Osman zamanın da bzi ə çatan malları bağışlayasan və onun öldürəsən. Əgər biz səndən qorxsaq səni buraxıb Şama gedəcəyik.


 


7. İmamın baxışında Bəni Üməyyə ilə hesabı pak idi. Yəni onların olub-olmamağı, müvafiq ya müxalif olması bir qara qəpiyə dəymirdi. Amma Təlhə və Zubeyr niyə? Ona görə də onları məscidin bir guşəsinə dəvət edib səmimi şəkildə oturdub (soruşdu: Sizi nə ölüb tutub? Ki, söz birliyini sındırır və xilafət kürsüsü uğrunda yarışırsınız?) Buyurdu: Sizi Allaha and verirəm, Məgər siz ikiniz tam öz istəyinizlə mənə beyət etmək üçün gəlmədiniz? Mən istəmədiyim halda məni hakimiyyətə siz çağırdınız? Dedilər: Bəli, belə idi. Sonra buyurdu: Siz məcburiyyət və təzyiq olmadan mənə beyət edib əhd bağlamadınızmı? Dedilər: Biz sənə bu şərtlə beyət etdik ki, işləri bizdən xəbərsiz etməyəsən və hər bir işdə bizimlə məsləhətləşəsən. Məsləhətləşmələrdə bizə hökm etməyəsən. Bilirsən ki, bizim digərlərindən fəzilətimiz çoxdur, amma işləri və mal bölgüsünü bizimlə məsləhətləşmədən edirsən.


 


8. İbn Əbil Hədid, Əbu Cəfər Əsqafinin(Allah onlara rəhmət eləsin) sözlərindən nəql edərək yazır:


 


Rəvayət olunur ki, Zubeyr camaatın qarşısında demişdir: Bu Əli(ə) tərəfindən mükafatdır! Osmanın işində onun üçün o öldürülənədək qiyam etdik. Elə ki, bizim köməyimizlə istədiyinə çatdı, biz üstün olduqlarımızı bizdən üstün tutdu.


 


Təlhə də dedi: Biz özümüzü qınamalıyıq. Biz şuradan üç nəfər qalmışdıq. Birimizin – Səd ibn Əbi Vəqqasın – Əlidən(ə) xoşu gəlmirdi. Biz ikimiz ona beyət etdik, əlimizdə olanı ona verdik. Amma o əlində olanı bizdə saxladı. İndi belə olmuşuq ki, dünənki, ümidimizdə səhv etmişik, sabaha da bu gün səhvimizi başa düşdüyümüzə görə ümidimiz yoxdur.


 


9. İndi aydın oldu ki, cənab Müaviyə haradan bildi ki, bu iki nəfəri axmaq hesab etmək olar. Bu cənablar xilafətin ikinci günü, hüquq bərabərliyinin icrasına görə dillərini şikayət və giley-güzara açırlarsa, təbiidir ki, Müaviyənin qulaq və gözləri surətlə bu giley-güzarları, şikayətləri və narazılıqları ona məlumat verəcəkdirlər. Ərəbin siyasətçisi adı ilə məşhur olan Müaviyə də onları elə ələ saldı ki, onları


 


خسر الدنیا و الاخره


 


xəsirəddünya vəl axirət etdi.


 


10. Müaviyə o iki nəfərdən başqalarına yazıdığı mktublarda onları beyəti sındırmağa təhrik etdi. Aşağıda o məktublardan hissələri verməklə fəsli sona yetiririk. Gələcəkdə bu məsələyə bəlkə biz də qayıtdıq.


 


Müaviyə Mərvan ibn Həkəmə yazdı: ... Özünü elə xar və zəbun göstər ki, o qövm ona kömək və intiqamdan naümid olsunlar. Eyni zamanda toyuq öz cücələrinin yanında dən axtardığı kimi onların işlərini ara və Hicazda kin-kudurət yarat ki, mən Şamı kin-kudurətə vadar edərəm.


 


Səid ibn Asa məktubunda yazmışdır: ... Bilin ki, Əmir əl-möminə (Osman) sizə görə irad olunurdu və sizə görə öldürüldü. İndi niyə ona kömək etmir və qanunu tələb etmirsiniz? Halbukisiz onun babalarının övladı, qohumları və qanunu tələb edənlərisiniz.


 


Abdullah ibn Amirə yazdı: İndi fəsad şölələnmiş, yeni taziyanə gəlməmiş, yara çirklənməmiş və üzü qopmamış, qəzəblənmiş şir hücum edərək çənə sümükləri ovu udmamış qiyam et, ayağa qalx, işlərində qara yalquzaq kimi ehtiyatlı ol.


 


Vəlid ibn Üqbəyə məktubunda yazmışdı: Ey Üqbənin oğlu tərpən. Həyatın ləzzəti, Hər halda yaz gününün günorta vaxtında əsən yandırıcı güləkdən yaxşıdır. Bil ki, qardaşın Osman səndən bərk uzaqlaşdı. İndi özünə kölgə axtar ki, ona pənah aparasan.


 


Yəli ibn Üməyyəyə yazmışdı:... İndi Əraqa daxil olmağa hazırlaşın. Amma Şamı mən sənin üçün hazırlayıb möhkəmlətmişəm. Təlhə ibn Abdullaha da yazmışam ki, Məkkədə səninlə görüşsün ki, Əmirəlmöminin Osmanın məzlum qanını alınmasına dəvətdə sözünüz bir olsun. Abdullah ibn Amirə də yazmışam ki, Əraqda işləri səhmana salamağı öhdəsinə götürsün.


Ad
E-mail
*Mətn
Göndər