نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Müaviyənin ölümü sonnat.net


Müaviyənin ölümü

Ürəyim istəyir ki, iki imamın - İmam Həsən(ə) və İmam Hüseynin(ə) gövhər kimi və pisləri vuran sözlərini oxucu ilə birlikdə yenidən oxuyaq. İmam Müctəba(ə) Kufədə Kufə və Şam əhalisinin izdihamı qarşısında Müaviyəyə xitab edərək dedi: «Ey Əlinin adını tutan adam, mən Həsənəm, atam Əlidir. Sən   Müaviyəsən, atan Səxrdir. Mənim anam Fatimə, səninki isə Hinddir. Mənim babam Peyğəmbərdir(s), sənin baban isə Ütbədir. Mənim nənəm Xədicədir, sənin nənən isə Fətilədir. Allah biz iki nəfərdən birinə - ad-sanı daha alçaq, əsil-nəsəbi   daha xəcalətli, keçmişi daha pis, küfr və nifaqlı keçmiş şəxsə lənət etsin».


 


İkinci söz. İmam Hüseynin(ə) Müaviyənin məktubuna cavab yazarkən işlətdiyi bir cümlədir ki, o, bu cümlə ilə ona belə xəbərdarlıq etdi: «Sən deyirsən ki, hər iki mətləb bir həqiqətdən danışır: «Mən bu ümmət üçün sənin hakimiyyətindən daha böyük bir fitnə tanımıram... Allaha and olsun, mən heç bir məsləhəti səninlə müharibə və cihad etməkdən üstün hesab etmirəm... Bil ki, Allah sənin bu işini unutmayacaq, sən günahsızlardan şübhələnir, onlara böhtan atırsan və əyyaş, itoynadan oğulcığazını isə hakimiyyətə gətirirsən».


 


Hər iki Həzrətin(ə) sözünün canı bu idi ki, onun (Müaviyənin) xəcalətli əsil-nəsəbini ona xatırlatsınlar. Yəni sənin əsil-nəsəbin baxımından keçmişin elə idi, mənsəb və məqam baxımından belə. Buna əsasən hər kim o məlum keçmişindən azca vaxt keçdikdən sonra gəlib yaşıl sarayda otursa, dini hökumət ruhiyyəli bir adam ola bilməz.


 


Sonrakı mühüm məqam budur ki, həmin iki bəyanat arasında təxminən 18 il zaman fasiləsi var idi. Belə ki, İmam Müctəbanın(ə) buyurduqları 41-ci ilin ortalarında deyilmiş, İmam Hüseynin(ə) məktubu isə Müaviyənin ömrünün sonlarında, yəni 58-ci h.q. ilinə yaxın bir vaxtda yazılmışdır. Hər iki məsumun buyurduqları bunu göstərir ki, Müaviyə bu 18 ildə müsəlmanlara islam adı ilə hakimlik etməsinə baxmayaraq, əqidəsində azacıq dəyişiklik belə etməmiş və etməməli idi də.


 


Eləcə də «İmam Həsən islahatçı idi, İmam Hüseyn isə davakar» - deyən dardüşüncəli adamlara bir cavabdır. Çünki bu zaman fasiləsi (Tarix bizə deyir ki, İmam Müctəba(ə) məşhur fikrə əsasən hicrətin 50-ci ilinin səfər ayının 28-də şəhid olmuşdur). Bir çox digər məsələlərə də aydınlıq gətirir:


 


1. İmam Həsən(ə) öz imamət dövrünün əvvəllərində qiyam etdi, sonra isə dayandı. İmam Hüseyn(ə) isə öz imamət dövrünün əvvəlində uzun-uzadı sükut edib, sonra qiyam etdi və bu da onun şəhadəti ilə nəticələndi. Hər iki imam təxminən öz imamət dövrünün on ilini Müaviyə ilə müasir olmuşlar.


 


2. Hər şeydən əhəmiyyətlisi budur ki, bu iki imamın arasında yaş fərqi bir ildən də azdır. Çünki İmam Həsən(ə) hicrətin ikinci, ya üçüncü ilinin ramazan ayının ortalarında, İmam Hüseyn(ə) isə hicrətin üçüncü, ya da dördüncü ilinin şəban ayının 3-də doğulmuşlar. Hər ikisi beş Ali Əbadan biri, cənnət cavanlarının ağası, Əli Mürtəzanın(ə) və Fatimə Zəhranın(s) balalarıdır. İtaəti vacib olan məsum imamlardır və ümumiyyətlə, həyatın bütün maddi və mənəvi işlərində bərabər imtiyaza malikdirlər. Bu müddəa müqəddəs peyğəmbərlikdən gələn aydın ifadələrlə öz yerində sübut olunmuşdur. Biz də öz iddiamızı sübuta yetirmək üçün yüzlərlə hədisin arasından birini deməklə kifayətlənirik:


 


Böyük Əllamə Əmini (r) «Fatimeyi Zəhra» kitabında «Bağdadın tarixi», Xarəzminin «Mənaqib», «Kifayətül Mətalib», «Dəməşq şəhərinin tarixi», İbn Əsakirin «Tarix»indən nəql edərək İbn Abbasdan belə rəvayət edir ki, Peyğəmbər (s) buyurdu:


 


ليلة عرج بى الى السماءة رايت على باب الجنة مكتوباً: لا اله لا الله، محمد رسول الله، على حبيب الله، الحسن و حسين صفوة الله فاطمة خيرة الله، على مبغضيهم لعنة الله


 


«Göyə merac etdiyim gecə cənnətin qapısına bu kəlmələrin yazıldığını gördüm. Tək Allahdan başqa Allah yoxdur, Məhəmməd(s) Allahın peyğəmbəridir, Əli Allahın sevimlisidir, Fatimə, Həsən və Hüseyn Allahın seçdikləridir. Allahın lənəti onlara kin bəsləyib düşmənçilik edənlərə olsun».


 


3. Nə İmam Həsən(ə) qorxaq idi, nə də İmam Hüseyn qorxmaz idi. Lakin onların dövrləri elə idi ki, Həsənin(ə) düşməni çoxbilmiş, Hüseynin(ə) düşməni isə küt və axmaq idi. Təqdir də belə idi: İmam Hüseynin(ə) düşdüyü vəziyyətdə şəhadət piyaləsi içilməli, İmam Həsənin(ə) düşdüyü vəziyyətdə isə sülh vasitəsi ilə həyat mənbəyi qorunmalı idi. Bu iki mahiranə plan Bəni Üməyyənin islamın kökünü kəsmək niyyətini aşkara çıxardı və islam məktəbinin dünyanın sonunadək əbədi saxlanılmasını təmin etdi.


 


Müaviyə Həsənlə(ə) sülhdən sonra islamı və Məhəmmədin(s) adını aradan qaldırmaqla qarşıda xoş günlərinin başlanacağını təsəvvür etməsinə və zahirən Müaviyənin Mavərənnəhrdən Nilin mənsəbinədək olan böyük bir ərazidə hakimiyyətdə olmasına baxmayaraq, bu iki alicənabın varlığı onun həyatını elə zəhərləyirdi ki, «Əl-Fütuh»un müəllifinin bildirdiyinə əsasən, o, ölüm yatağında da davamlı olaraq deyirdi: «Mənimlə sənin məsələn uzun çəkəcəkdir, ey Hücr, mənim səninlə nə işim vardı, ey Əmr ibn Həməq, nə üçün sənə müxalifətçilik etdim, ey Əbi Talibin oğlu?»


 


Ad
E-mail
*Mətn
Göndər