نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Əbu Bəkrin Fatimə(s.ə) ilə söhbəti sonnat.net


Əbu Bəkrin Fatimə(s.ə) ilə söhbəti

Bir gün Ömər Əbu Bəkrə dedi ki, gedək Fatimə(s.ə)-nin yanına. Biz onu incitmişik.


Ömər Əbu Bəkrlə birgə Fatimə(s.ə)-nin evinə gəldi. İçəri daxil olmağa icazə istədikdə həzrəti- Zəhra(s.ə) onlara icazə vermədi. Onlar Əli(ə.s)-nin hüzuruna gəlib onunla bu barədə danışaraq Əmirəl-möminin(ə.s)-i bu işdə vasitə etdilər. İmam Əli(ə.s) Fatimə(s.ə)-dən icazə aldı. Əbu Bəkrlə Ömər Fatimə(s.ə)-nin hüzuruna gəldikdə həzrəti-Zəhra(s.ə) üzünü onlardan yan çevirdi. Ona salam verdilər, lakin Zəhra(s.ə) onların salamlarını almadı.


Əbu Bəkr dedi:


- Ey Rəsuli-əkrəm(s)-in məhbubu. Allaha and olsun, Peyğəmbər(s)-in qohumları öz qohumlarımdan mənə daha əzizdir. Mən səni qızım Ayişədən də çox istəyirəm. Çox istərdim ki, həzrəti-Mühəmməd(s)-in yerinə mən öləydim, ondan sonra sağ qalmayaydım. Sən mənə elə baxırsan ki, guya mən fəzilətlərini bilə-bilə sənin hüququnu tapdayıb Atan(s)- dan qalan mirasını əlindən alıram?! Mən atan Rəsulullah(s)-dan belə eşitmişəm:


«Biz peyğəmbərlər özümüzdən sonra miras qoymuruq. Bizdən sonra qalan sədəqədir».


Fatimə(s.ə) buyurdu:


-Əgər mən sizə atamdan bir söz desəm, ona əməl edərsizmi?


Ömərlə Əbu Bəkr dedilər:


- Bəli, əməl edərik.


Fatimə(s.ə) buyurdu:


- Sizi Allaha and verirəm! Məgər eşitməmisinizmi ki, Peyğəmbər (s) buyurub:


«Fatimənin sevinci mənim sevincim, onun qəzəbi mənim qəzəbimdir. Kim qızım Fatiməni sevindirsə, məni sevindirib, kim Fatiməni qəzəbləndirsə, məni qəzəbləndiribdir».


Dedilər:


- Bəli, bu sözü Rəsulullahdan da eşitmişik.


Fatimə(s.ə) buyurdu:


- Allah və mələkləri şahiddir ki, siz məni qəzəbləndirdiniz, sevindirmədiz. Mən Peyğəmbər ilə görüşəndə sizdən o Həzrətə şikayət edəcəyəm.


Əbu Bəkr dedi:


- Mən Allahın və sənin qəzəbindən Allaha pənah aparıram.


Sonra Əbu Bəkr elə şiddətlə ağladı ki, az qala, ruhu bədənindən çıxsın. Fatimə(s.ə) ona buyurdu:


- Allaha and olsun, qıldığım hər namazdan sonra sənə qarğış edirəm.


Əbu Bəkr ağlar halda Fatimə(s.ə)-nin evindən çölə çıxdıqda insanlar onun ətrafına toplaşdılar. Əbu Bəkir onlara dedi:


-Sizin hər biriniz gecələr öz xanımınızın yanında dincəlir, bir-birinizlə qolboyun olub şad-xürrəm yaşayırsınız. Lakin məni bu çarpışmanın arasında tək qoydunuz. Mənim sizin beyətinizə ehtiyacım yoxdur. Mənə etdiyiniz beyəti pozun!


Ətrafdakılar dedilər:


- Ey Peyğəmbər(s)-in canişini, xilafət sənsiz düzəlmir, çünki sən hökumət işlərində bizdən daha təcrübəlisən, əgər sən hakimiyyətdən əl çəksən, Allahın dini məhv olar.


Əbu Bəkr dedi:


- Allaha and olsun, əgər dinin süst olmaq qorxusu olmasaydı, Fatimə(s.ə)-nin bu sözünü eşidəndən sonra öhdəmdə bir müsəlmanın beyəti olsaydı belə, mən bir gecə də yatmazdım.


İbn Qüteybə yazır: «Əli(ə.s) Fatimə(s.ə) vəfat edənə qədər Əbu Bəkrə beyət etməd (Hətda tarixi araşdırsaq Əbu Bəkrin (ə) Əli(ə) beyət elədiyini görərik). Fatimə(s.ə) Atasının vəfatından sonra 75 gündən artıq yaşamadı». (Bu, İbn Qüteybənin yazısının sonudur).


Ad
E-mail
*Mətn
Göndər