نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Əbu Bəkrin son günləri sonnat.net


Əbu Bəkrin son günləri

İbn Əbil Hədid, «Nəhcül Bəlağə»nin 26-cı xütbəsinin şərhində yazır: Əhməd ibn Əbdül Əziz Cövhəri «Əl-Səqifə» kitabında və Mübərrəd «Əl-kamil» kitabında Əbdürrəhman İbn Oufdan nəql etmişdir ki, o demişdir.


 


Əbu Bəkrin ölümü ilə sonlanan xəstəliyi zamanında onun iyadətinə getdim. Salam verib soruşdum ki, halı necədir. O, oturdu. Mən dedim: Allaha şükr ki, salamatsan. Dedi: Məni sağlam görməyinə baxma, mənim dərdim vardır və siz mühacirlər də mənim üçün bir proble yaratmışsınız ki, bu dərdimə qarışıb. Mən özümdən sonra sizin üçün bir əhd qərar verdim və öz nəzərimdə sizin ən yaxşınızı sizə rəhbər seçdim. Amma hər biriniz «hakimiyyətin ona çatacağı ümidi ilə» burun salladınız.


 


Əbdürrəhman dedi: Bu xəstəliklə çox danışma ki, səni narahat edər. Allaha and olsun ki, sən yaxşı qəsd etmisən və sənin dostun da yaxşı qəsd etmişdir. Xalq da iki qrupdur: Səninlə həməqidə olanlar, onlar səninlə mübarizə etməyəcəkdir və müvafiq olmayanlar, onlar da öz rəylərini sənə bildirəcəklər. Əbu Bəkr sakitləşdi, azacıq sükut etdi. Abdürrəhman dedi: səndə mühüm bir şey görmürəm, Allaha şükürlər olsun. Dünyanın da elə bir dəyəri yoxdur. Allaha and olsun ki, biz səni yalnız saleh və islahatçı şəxs kimi tanıyırıq. Əbu Bəkr dedi: «Mən yalnız etdiyim üç şeyə təəssüflənirəm, ey kaş onları etməyəydim, yerinə yetirməyəydim. Üç şeyə də təəssüflənirəm ki, ey kaş onları edəydim. Üç şeyi də çox istərdim ki, Peyğəmbərdən(с) soruşaydım, soruşmadım. «


 


(Təbərinin «Tarix», Məsuqinin «Muruc Əl-ləhəb», İbn Əsakirin «Tarix»i və ibn Əbil Hədidin «Nəhcül Bəlağə»nin şərhi) Xəlifənin işlərini öz dilindən aşağıdakı tərtiblə düzmüşlər:


 


1. «Ey kaş etməyəydim amma etdim» dediyi üç şey:


 


a) İstərdim ki, ey kaş Fatimənin(с) qapısını açmayaydım, onun dava üçün bağlanmasına baxmayaraq azad buraxaydım.


 


b) İstərdim ki, ey kaş Bəni Saidə Səqifəsi günü bu işi, o iki kişidən (Ömər ya Əbu Ubeydə) birinin boynuna qoyaydım və o əmir, mən isə vəzir olaydım.


 


c) İstərdim ki, ey kaş yol kəsəni (Əyas ibn Abdullah ibn Əbdüsəlma-yolkəsənlik edirdi) mənim yanıma gətirdikləri zaman onu oda atıb yandırmazdım. Onu ya qılıncla öldürər ya da azad edərdim.


 


2. «Etmədiyim, amma ey kaş edəydim» dediyi üç şey:


 


a) İstərdim ki, ey kaş Əşəsi mənim yanıma gətirdikləri vaxt onun boynunu vuraydım. Çünki, belə görünür ki, o kömək etmədiyi heç bir şər və fitnə yoxdur.


 


b) İstərdim ki, Xalidi dindən dönənlərlə müharibəyə göndərdiyim gün, özüm «Zülqissə»də qalardım və mmüsəlmanlar qələbə çalmadıqda onlara kömək olardım.


 


c) İstərdim ki, Xalidi Şama göndərdiyim zaman Öməri də Əraqa göndərəydim və hər iki əlimi Allah yolunda açaydım.


 


3. Amma o üç şey ki, ey kaş Peyğəmbərdən(с) soruşaydım, amma soruşmadım:


 


a) Birincisi budur ki, Peyğəmbərdən(с) xilafətin kimə məxsus olduğunu soruşub, onlarla mübarizə və müxalifət etməyəydim.


 


b) İstərdim ki, o həzrətdən Ənsarın da xilafətdə payı olub olmadığını soruşaydım.


 


c) İstərdim ki, Peyğəmbərdən(с) bibi və bacıqızının mirası barədə soruşaydım. Buna öz ehtiyacım vardır.


 


İndi isə əziz oxucu –hər kimsənsə, özün qəzavət elə. Bu cənab, öz ömrünün sonunda, 63 yaşında, iki il nə qədər xilafət təcrübəsi ilə bu nəticəyə gəlmişdir ki, ey kaş Peyğəmbərdən(с) xilafətin kimin olduğunu doruşaydım. Ey kaş Səqifədə xilafəti o iki nəfərdən birinin boynuna qoyaydım. Kaş Fatimənin qapısını açmazdım. Bəs bu şəxs bu mühüm məsələdə necə özünə haqq qazandırdı və bəşəriyyətin seyr karvanını azdırdı?!


Ad
E-mail
*Mətn
Göndər