نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Fatimənin (с) evinə hörmətsizlik sonnat.net


Fatimənin (с) evinə hörmətsizlik

Ibn Əbil Hədid Nəhcül bəlağənin şərhinin altıncı cildində 66-cı xütbədə öz istinadı ilə Əbu Zeyd Ömər ibn Şəbəhdən, İbrahim ibn Mənzərdən, İbn Vəhəbdən, İbn Ləhiədən, Əbul Əsvəddən nəql edir ki, mühacirlərdən bir neçəsi Əbu Bəkrə biətin məşvərətsiz baş verdiyinə görə qəzəbləndilər. Əli(я) və Zubeyr də qəzəblənərək silahlı şəkildə Fatimənin(с) evinə gəldilər. Ömər də, Əbdül Əşhəl ailəsindən olan Üseyd ibn Həzir və Sələmə ibn Səlaqə ibn Qureyş daxil olmaqla, bir qrupla gəldi. Ömər qışqıraraq: Canım onun əlində olan kəsə and olsun ki, ya biət üçün çıxmalısınız, ya da ki, bu evi yandıracağam. O iki nəfər zorla evə daxil oldular. Fatimə(с) fəryad edərək o iki nəfəri Allaha and verdi, onlar Əli(я) və Zubeyrin qılıncını götürərək o qədər daşa vurdular ki, qılınclar sındı. Sonra isə Ömər Zubeyrin əlindən tutub qaldırdı, çəkərək qapıdan çıxardı və dedi: Bu iti saxlayın. Yenidən evə daxil oldu və Əliyə(я) dedi: Dur beyət elə! Əli(я) bu işdən çəkindi və gecikdi, Ömər onun da əlini tutub dedi: Dur! O durmadıqda Ömər onu çəkərək onunla da Zubeyrlə etdiyi şəkildə davrandı. Ömər və yoldaşları o iki nəfəri tələsik və kobudluqla məscidə apardılar. Əbu Bəkr qalxaraq xalq üçün xütbə oxudu və onlardan üzr istəyərək dedi: «Mənə beyət bir xətaya görə idi ki, Allah onun şərrindən qorudu, mən fitnədən qorxdum və Alaha and olsun ki, heç vaxt ona həris olmamışam, məxfi və ya aşkar olaraq Allahdan onu istəməmişəm. İndi isə boynuma böyük bir məsuliyyət qoyulmuşdur ki, ona gücüm çatmır. Çox istərdim ki, xalqın ən bacarıqlısı mənim yerimə onu öz öhdəsinə götürərdi».


 


Əllamə seyyid Mürtəza Əskəri «İki məktəbin baxışları» kitabında sənədlə nəql edir ki;


 


Tarixçilər, Əbu Bəkrə beyətdən boyun qaçırıb Əli(я) və Zubeyrlə birlikdə həzrəti Fatimənin(с) evində cəm olanların siyahısında aşağıdakı şəxslərin adlarını sadalamışlar:


 


Əbbas ibn Əbdul Müttəlib, Ütbə ibn Əbi Ləhəb, Səlman Farsi, Əbu Zər Ğifari, Əmmar ibn Yasir, Miqdad ibn Əsvəd, Burra` ibn Azib, Übəyy ibn Kəəb, Sə`d ibn Əbi Vəqqas, Təlhə ibn Übeydullah, Bəni Haşim, mühacir və ənsardan bir qrup.


 


Əli(я) və yoldaşlarının Əbu Bəkrə beyət etməkdən çəkinməkləri, onların Fatimənin(с) evini sığınacaq etməkləri tarix, sihah, müsnəd, ədəb, kəlam, rical və maarif kitablarında təvatür həddində (ardıcıllıqla) nəql olunmuş və doğruluğunda heç bir şəkk-şübhə yoxdur. Lakin bu kitabların müəllifləri, qalib partiya ilə sığınanların arasında baş verənlərin hamısını işıqlandırmaqdan xoşları gəlmədiyinə görə yalnız bilmədən qələmlərindən qaçanlardan başqa bir şey ələ verməmişlər. Bu az miqdar deyilənlərə nümunə olaraq, tarixin mühüm bir olayı barəsində Bəlazürinin qeyd etdiyi bir sözünü göstəririk:


 


«Əli(я) Əbu Bəkrə beyət etməkdən boyun qaçırdıqda, Əbu Bəkr, Ömər ibn Xəttaba göstəriş verdi ki, onu zorla da olsa onun yanına gətirsin. Ömər əmrə tabe oldu və nəticədə onunla Əli(я) arasında bir sıra mükalimələr oldu. Nəhayətdə Əli(я) ona dedi: - Südü yaxşı sağ ki, yarısı sənin payın olacaqdır – Allaha and olsun, bu gün onun hökumətindən ötrü etdiyin bu canfəşanlıq hamısı ona görədir ki, sabah səni başqalarından qabağa salıb xilafəti sənə tapşırsın».


 


Əllamə Əskəri sonra əlavə edir: Tarixçilər, Əbu Bəkrin əmri ilə Fatimənin(с) evinə hücum edənlərin adlarını belə qeyd etmişlər:


 


Ömər ibn Xəttab, Xalid ibn Vəlid, Əbdürrəhman ibn Ouf, Sabit ibn Qeys Şəmmas, Ziyad ibn Lubeyd, Mуhəmməd ibn Müslim, Zeyd ibn Sabit, Müslimə ibn Səlamə ibn Vəqş, Səəmə ibn Əsləm və Üseyd ibn Hüzeyr.


 


Alimlər, bu şəxslərin həzrəti Fatimənin(с) evinə hücum edərək daxil olmaqlarını və orada sığınanlarla rəftarını belə yazmışlar:


 


Əbu Bəkrə beyət etməkdən boyun qaçıran, mühacirlərdən bir qrupu, o cümlədən Əli(я) ibn Əbi Talib və Zubeyr silahlı və qəzəbli şəkildə Fatimənin(с) evinə daxil olaraq Əbu Bəkr və Ömərə bir qrup mühacir və ənsarın peyğəmbərin(с) qızı Fatimənin(с) evinə toplaşaraq Əli(я) ibn Əbi Talibin ətrafında birləşməsi barəsində arayış verdilər. Onlar bəyan etdilər ki, peyğəmbərin(с) qızının evinə toplaşanların məqsədi Əli(я) ibn Əbi Talibin xilafətinə beyət etməkdir.


 


Sonra isə Əbu Bəkr, Ömər ibn Xəttaba göstəriş verdi ki, Fatimənin(с) evinə gedib onları oradan çıxarsın, yığıncaqlarını dağıtsın və əgər müqavimət göstərsələr onlarla döyüşsün. Ömər bu fərmanı yerinə yetirmək üçün Fatimənin(с) evinə tərəf üz qoydu. Onun əlində (məş`əl kimi) bir yanan odun var idi. Qərara almışdı ki, onunla evə od vursun. (İbn Əbdu Rəbbih və Əbul Fida`nın yazdığına əsasən) Fatimə(с) onların qarşısına çıxdı və Ömərə dedi:


 


يابن خطاب، أجئت لتحرق داينا؟ قال: نعم، أو تدخلوا فى ما دخلت فى ما دخلت فيه الامة


 


Yəni, Ey Xəttab oğlu, gəlmisən ki, mənim evimi odlayasan? Ömər cavab verdi: Bəli. Yalnız xalqla həmrəy olsanız yandırmaram. Bəlazuri bu mövzunu belə yazmışdır:


 


... قال نعم على بابى؟ محرقا اتراك يابن خطاب


 


Yəni, Ey Xəttab oğlu, mənim üstümə evi odlamağa gəlmisən? Ömər cavab verdi: Bəli...


 


Əllamə Əskərinin - «bu kitabların müəllifləri, qalib partiya ilə sığınanların arasında baş verənlərin hamısını işıqlandırmaqdan xoşları gəlmədiyinə görə yalnız bilmədən qələmlərindən qaçanlardan başqa bir şey ələ verməmişlər» – sözünə qüvvət olaraq əlavə edirik: - Mübaliğəsiz demək lazımdır ki, İbn Əbil Hədid (Allah ona rəhmət eləsin) həqiqətdə çoxlu sirrləri açıqlamışdır. Lakin Fatimənin(с) evinə pənah gətirənlərə hücum hadisəsində, məlum olduğu kimi, yalnız «əgər bayıra çıxmasanız evi odlayacağam» cümləsi ilə kifayətlənmiş və daha odun gətirilməsi barəsində bir söz deməmişdir. Amma elə bu yazıçı iyirminci cilddə Cəməl döyüşünün və Əbi Bəkrin qızı Aişəyə bəzən hörmətsizliyin şərhi münasibəti ilə yazır:


 


«Fatimənin(с) evinin qapısını açmaq, evə daxil olmaq, evin qapısına odun yığmaq və od vurmaqla hədələmək ən yaxşı işlərdən (ki, Allah təala onun vasitəsi ilə islamı qorumuş və fitnə alovunu söndürmüşdür) sayıldığı halda, Ayişənin hörmət pərdəsini yırtmaq, cəhənnəmdə əbədi qalmağa səbəb olacaq kimi böyük günahlardan sayılması və bu işi görənlərdən üz döndərmək imanın mühüm işlərindən hesab edilməsiı necə mümkündür? Halbuki ən azı bunların hər ikisinin, Fatimə ilə Aişənin hörmətini saxlamaq bərabərdir. Hələ biz xoşlamırıq ki, sizə Fatimənin hörmətinin daha böyük olması, məqamının daha uca olmasını və peyğəmbərə görə onun hörmətinin qorunmasının daha mühüm olmasını deyək. Onun peyğəmbərin(с) bir parçası olması, əti və qanı rəsulullahın(с) bir parçası olması həyat yoldaşı olmaq ilə müqayisəolunmazdır. Çünki həyat yoldaşı ilə onun arasında evlilikdən başqa bir bağlantı yoxdur».


 


Yenə də həmin cilddə Bəni-Haşimin bütün fərdlərini (Arim) zindanında toplayaraq, zindanın qapısı ağzına bol-bol odun yığaraq onları odda yandırmaq məqsədi güdən Abdullah Zubeyrin işi xüsusunda məşhur tarixçi Məs`udinin sözlərini nəql edir:


 


Ürvət ibn Zubeyr qardaşı Abdullahı bu işdə (Bəni-Haşimi mühasirə edərək ətrafına odun yığıb odda yandırmaq istəməsində) üzürlü sayır və deyirdi: «Onun bu işdə məqsədi, müsəlmanlar arasında əqidə və söz ixtilafının yaranmaması və hamının ona itaət edərək vəhdət təşkil etməsi idi. Necə ki, Ömər ibn Xəttab bu işi, Bəni-Haşim Əbu Bəkrə beyət etməkdən boyun qaçırdıqda etdi və onları evdə olarkən evi odlamaq üçün odun yığdı».


 


Deyirik: Deməli əgər sırf söz vəhdətini qorumaq, əqidə ixtilafının qarşısını almaq və nizam-intizam məsləhətinə görə bəhanəsi ilə Ömər ibn Xəttab və Abdullah ibn Zubeyri peyğəmbərin qızının qapısına və Bəni-Haşimə od vurmasını üzürlü saymaq olarsa, onda şübhəsiz ki, tarixin bütün cinayətkarlarını bəşəriyyətin islahatçıları cərgəsində saymaq lazımdır. Çünki onlar da hamını özləri başında olduğu söz vəhdəti bayrağı altına cəm etməkdən başqa məqsəd güdmürlər.


Ad
E-mail
*Mətn
Göndər