نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Ömər vəsiyyətlə xəlifə oldu sonnat.net


Ömər vəsiyyətlə xəlifə oldu

«Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan beyətinin geri götürülməsini istəyir ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyi başqasına vəsiyyət edir. Bu iki nəfər xilafəti dəvənin iki döşü öz aralarında böldülər. Birinci şəxs dünyadan köçdü rəhbərliyi isə hamar olmayan sərt yerdə yerləşdirdi. O, ürəkləri yaralayırdı. Onunla görüş əziyyətverici idi. Onun səhvləri etdiyi üzrxahlıqları saysız hesabsız idi. Onunla ünsiyyətcilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub öz başına buraxdıqda isə süvarisini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi.


 


Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq səhvə yol verdi və doğru yola qədəm qoymadan haqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum.


 


İkinci şəxsdə öz yolunun sonuna yetişdi və başqa saraya yollandı. Xilafətin seçkisini isə bir qrupun ixtiyarına buraxdı. Güman edirdi ki, mən də onlardan biriyəm».(Şiqşiqiyyə xütbəsi)


 


İbn Əbil Hədid, adı çəkilən xütbənin şərhində yazır, «Əbu Bəkr can verən halda ikən Osmanı çağırdı, ona göstəriş verdi ki, bir əhdnamə yazsın və dedi ki, belə yaz!» :


 


«Bismillahir-rəhmanir-rəhim. Bu bir əhd və vəsiyyətdir ki, Abdullah ibn Osman müsəlmanlar üçün yazır. Amma sonra» burada Əbu Bəkr huşunu itirdi. Osman özü yazmağa başladı: «Bilin ki, Ömər ibn Xəttabı sizə xəlifə etdim». Əbu Bəkr ayıldı və dedi: «Yazdığını oxu!» Osman onu oxuyan kimi Əbu Bəkr təkbir deyib şad oldu və dedi: Xəyal edirəm ki, qorxurdum əgər bu huşsuzluq halımda ölsəydim xalq ixtilaf edərdi. Dedi: Bəli, Əbu Bəkr dedi: Allah Təala İslam və müsəlmanlar tərəfindən səni mükafatlandırsın. Sonra da o vəsiyyətnaməni tamamlayaraq göstəriş verdi ki, onu camaata oxusunlar».


 


Təbəri öz «tarix»ində bu macəranı şərh edərək yazır: «əbu Bəkr ölüm yatağında Osmanı tək çağırdı. Ona fərman verdi ki, yaz. Osman yazmağa başladı, Əbu Bəkr dedi:


 


«Bismillahir-rəhmanir-rəhim. Bu Əbu Bəkr ibn Əbu Quhafənin müsəlmanlara vəsiyyətidir. Amma sonra(burada Əbu Bəkr huşunu itirdi. Osman tələsik vəsiyyətnaməni belə tamamladı) mən Ömər ibn Xəttabı özümə canişin və sizə xəlifə seçmişəm. Bu yolda sizə xeyirxahlıq əsirgəməmişəm».


 


Burada Əbu Bəkr gözünü açıb Osmana dedi: oxu görüm nə yazmısan? Osman da yazdığını Əbu Bəkr üçün oxudu. Əbu Bəkr mətləbləri eşidib təkbir dedi və əlavə etdi:


 


Ondan qorxdum ki, huşsuzluq halımda dünyadan gedərəm və mənim canişinliyim üstündə ixtilaf düşər? Osman cavab verdi: Bəli. Əbu Bəkr dedi: Yazdığınla müvafiqəm. Allah sənə islam və müsəlmanlardan xeyir versin, sonra o, yazını imzaladı.


 


Təbəri, sonra əlavə edir:


 


Ömər, əlində xurma ağacından bir budaq tutmuş halda, Peyğəmbər(с) məscidində camaatın arasında oturmuşdu. Əbu Bəkrin azad etdiyi (şədid), əlində Ömərin vəliəhdlik kağızı olduğu halda o cəmiyyətin içində idi. Ömər, üzünü camaata tutub dedi: «camaat, Allah Rəsulunun canişininin sözlərinə qulaq asıb fərmanına itaət edin. O, deyir: Mən sizə xeyirxahlğımı əsirgəməmişəm».


 


Yəqin ki, əziz oxucular diqqət edirlər ki, bu Ömər cənablarıdır ki, iki il nə qədər qabaq, Rəsulullah(с) xəstəlik yatğında olanda vəsiyyət etmək istərkən dedi: «Xəstəlik ona qalib gəlmişdir. Allahın kitabı bizə bəsdir, « Amma cənab Əbu Bəkr vəsiyyət etdiyi zaman bihuş olduğu və vəsiyyətinin ardını Osman özündən yazdığı halda demir ki, xəstəlik ona qalib gəlmişdir. Niyə? Çünki, bu cənabın xeyrinə vəsiyyət edir. Bu, Əlinin(я) dediyi həmin «süddür» ki, buyurmuşdur: «Sağırsan ki, onun yarısı sənin payın olacaqdır».


 


Bu gün də cənab Osman xəlifə can verdiyi halda və bihuş olan zaman Ömərin adını yazır. Yəni həmin yerdən bir daha süd sağır ki, günün birində yarısı onun olsun

Ad
E-mail
*Mətn
Göndər